"Qarabağ"ın oyununda bərabərlik qolu .....                        "Qarabağ"ın oyununda bərabərlik qolu .....                        Oğuzda ağır qəza: iki nəfər yaralandı .....                        Bu ölkənin səfiri Azərbaycandan gedir .....                        Prezidentdən Kəlbəcərlə bağlı qərar .....                        Bu nazirliyin işçilərinin sayı artırıldı .....                        Əməkdar artist: "Oğlum gözümüzün qarşısında getdi" .....                        Lavrovla Fidan Suriyanı müzakirə etdilər .....                        Başın sag olsun, Türkiyəm! .....                       
Tarix : 21-11-2019, 13:04
AQTİ-də “Açıq qapı” günü keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) vətəndaşlar üçün “Açıq qapı” günü keçirilib.
Butov.az-a verilən məlumata görə, görüşdə əvvəlcədən qeydiyyatdan keçmiş vətəndaşlar, həmçinin KİV nümayəndələri iştirak ediblər. AQTİ-nin İdarə Heyətinin sədr müavini Camal Quliyev bildirib ki, “Açıq qapı” gününün keçirilməsində məqsəd vətəndaşlara İnstitutun fəaliyyət istiqamətləri, laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik, keyfiyyət göstəriciləri üzrə aparılan müayinə və analizlər barədə ətraflı məlumat verməkdir.
Qeyd olunub ki, qida təhlükəsizliyinin təmin edilməsində vətəndaşların aktiv iştirakını həyata keçirmək üçün onların maarifləndirilməsi vacibdir. “Açıq qapı” gününün təşkili də bu tədbirlərdən biridir. İdarə Heyətinin sədr müavini vətəndaşları bu prosesdə aktiv iştirak etməyə çağırıb.
Vətəndaşlara məlumat verilib ki, İnstitutun bazasında Bakıda və regionlarda ən müasir tələblərə cavab verən laboratoriyalar yaradılıb. Seçilmiş potensiallı kadrlar təlimə cəlb edilərək, laboratoriyalarda müvafiq işlə təmin olunublar. Laboratoriyalarda müayinələr beynəlxalq standartlara uyğun, müasir metodlarla həyata keçirilir.
O da qeyd olunub ki, laboratoriyalarda yaradılan imkanlar Azərbaycanda əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi ilə yanaşı, qida məhsullarının ixrac imkanlarının genişlənməsinə də şərait yaradır.
Görüşdə iştirakçılara Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə daxil olan vətəndaş müraciətləri, sahibkarlarla əməkdaşlıq, İnstitutda aparılan elmi araşdırmalar, keçirilən təlimlər barədə də məlumat verilib. Daha sonra vətəndaşlar laboratoriyalarda aparılan müayinələri əyani şəkildə, yerindəcə müşahidə ediblər. Görüş çərçivəsində vətəndaşları maraqlandıran suallar ətraflı cavablandırılıb. Sonda iştirakçılar səmərəli görüşə görə təşəkkürlərini bildiriblər.
AQTİ-də “Açıq qapı” günü keçirilib


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!