"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 4-12-2020, 12:18
AQTA 43 obyektdə pozuntu aşkarladı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəmkir, Sabirabad, Ağstafa, Mingəçevir) üzrə 488 ictimai iaşə obyektində 901 monitorinq keçirilib.
Butov.az xəbər verir ki, AQTA-dan Azvision.az -a verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 43-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə obyektləri aşağıdakılardır.

Bakı şəhəri üzrə:

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev.68 ünvanında yerləşən, hüquqi şəxs "Kobra" kiçik müəssisəsinə məxsus yeməkxana, Həsən Əliyev ev 90D ünvanında yerləşən, fiziki şəxs Məmmədov Şəadət Arif oğluna məxsus obyekt, A. M. Şərifzadə ev 33 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Sənan Rasim oğluna məxsus “Kaktus” restoranı, Nizami Rayonu, Qara Qarayev pr. ev.69 ünvanında yerləşən, fiziki şəxs Heydərov Sahib Sabir oğluna məxsus “Ləzzət dönər” evi, Nəsimi rayonu, Alı Mustafayev 37B ünvanında yerləşən, fiziki şəxs İsmayılov Pənah Ələddin oğluna məxsus kafe, Nəsimi rayonu, Alı Mustafayev 3 mkr ev.10 K ünvanında yerləşən, fiziki şəxs Arzu Ekici Bayraməli qızına məxsus kafe, Binəqədi rayonu, Süleyman Sani Axundov ev.1 A ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Səfa Rəşadət oğluna məxsus “Cıdır Düzü” restoranı, Yasamal rayonu, Şərifzadə ev.2 M. ünvanında yerləşən, fiziki şəxs Bayramov Qalib Taryel oğluna məxsus “Quzu Təndir” restoranı, G.Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Həsənov Nail Telman oğluna məxsus kafe, Səbail rayonu, Yusif Məmmədəliyev ev.19 m.1 A ünvanında yerləşən, fiziki şəxs Muradov Kamran Namiq oğluna məxsus “Nutelland” kafesi, hüquqi şəxs "Nabikoğlu" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Chef Baku” kafesi, Yeni Günəşli qesəbəsində yerləşən, fiziki şəxs Rüstəmov Samin Ələddin oğluna məxsus kafe, Lökbatan qəs., keçid 1596 ünvanında yerləşən, fiziki şəxs Əliyev Elməddin Nazim oğluna məxsus "Lion Garden" kafesi, Həsən Əliyev, ev 115A ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Fuqan oğluna məxsus kafe, Sulutəpə qəs., R. Allahverdiyev 11 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Bəhmən Məhəmməd oğluna məxsus kafe, H.Cavid pr. ev 8 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Alsavad Xalid oğluna məxsus “Şaurma №1” restoranı, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.24a ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Elgün Zakir oğluna məxsus kafe, Səbail rayonu, Neftçi Qurban Abbasov küç., ev.7 M. ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xəyyam Hüseyn oğluna məxsus yeməkxana, Biləcəri, R.İsmayılov 8 ünvanında yerləşən, fiziki şəxs Namazov Telman Fərəc oğluna məxsus “Rəmiş” kafesi;

Sumqayıt şəhəri, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Rəhimov Zaur Tofiq oğluna məxsus "Köz Dönər" kafesi, 9-cu mkr ünvanında yerləşən, fiziki şəxs Şamıyev Elvin Rəhim oğluna məxsus “Hicaz Dönər” kafesi, 13-cü mkr ünvanında yerləşən, fiziki şəxs Əliyev İlham İsmayıl oğluna məxsus "Tea" kafesi, Səməd Vurğun ev.25 ünvanında yerləşən, fiziki şəxs Zamanov Rasim Nadir oğluna məxsus "Rəvan" çay evi, 17-ci mkr ünvanında yerləşən, fiziki şəxs Ağayev Seymur Engels oğluna məxsus "Ordubad" kafesi, 3 mkr. Bakı küçəsində yerləşən, fiziki şəxs Cəfərov Nurəddin Allahverdi oğluna məxsus "Lider Dönər" kafesi, 34-cü məh. ünvanında yerləşən, fiziki şəxs Bayramov Müşviq Etibar oğluna məxsus "Dönər Kabab" kafesi, 3-cü mkr ünvanında yerləşən, fiziki şəxs Şıxvəliyev İlham Gülməmməd oğluna məxsus "Bahar" kafesi, 40-cı məh. ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Bəhram Sədirxan oğluna məxsus "Nərgiz" kafesi, Bədəlbəyli küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Həsən Qaimşad oğluna məxsus "Nübar" kafesi;

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Mirzəyev Elçin Yaşar oğluna məxsus "Qədim Bakı" kafesi, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Bağırov Həşim Məmməd oğluna məxsus kafe, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Əlizadə Şahin Qərib oğluna məxsus "Zirvə" kafesi, Xırdalan şəh., H.Əliyev prospektində yerləşən, fiziki şəxs Soltanov Ramin Rəfayət oğluna məxsus "Aziz Baba" dönər evi, Saray ŞTQ-də yerləşən, fiziki şəxs Səmədov Rasim Rafiq oğluna məxsus "Ziya" kafesi, Buzovna ştq ev.342 M. ünvanında yerləşən, fiziki şəxs Əskərov Azər Firudin oğluna məxsus “Sherlocks” kafesi;

Digər şəhər və rayonlar üzrə:

Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Kosayev Qara Mirzə oğluna məxsus kafe;

Şəmkir, Dəllər qəsəbəsində yerləşən, fiziki şəxs Aslanov Rövşən Akif oğluna məxsus kafe; Gəncə şəhəri Ş.İ.Xətai 157 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Məmmədəli İslam oğluna məxsus kafe, Ş.İ.Xətai ev.0 M.0 ünvanında yerləşən, fiziki şəxs Tağızadə Heydər Fazil oğluna məxsus dönər evi, Təbriz küçəsi ev.315 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Kamran Sədrəddin oğluna məxsus yeməkxana;

Mingəçevir şəhərində yerləşən, fiziki şəxs Hacıyev Nurlan Arzuman oğluna məxsus obyekt, H.Hüseynov küç., ev.30 M. ünvanında yerləşən, fiziki şəxs Abbasov Rubail Yaşar oğluna məxsus restoran, Maqomayev 14 ünvanında yerləşən, fiziki şəxs Rövşən Bilalov Rasim oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!