Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
Tarix : 17-03-2021, 12:18
Azərbaycanda antikorrupsiya strategiyası ilə bağlı tədbir keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin təşkilatçılığı ilə videoformatda “Azərbaycanda antikorrupsiya strategiyası və gələcəyə baxış” mövzusunda tədbir keçirilib.

Butov.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, tədbirdə DVX-nın və İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən digər dövlət xidmətlərinin vəzifəli şəxsləri iştirak edib.

Görüşü giriş sözü ilə açan Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi institusional tədbirlər və islahatlar barədə məlumat verib.

Tədbirdə çıxış edən Açıq hökumətin təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Platformasının, Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq şəbəkəsinin koordinatoru, “Konstitusiya Araşdırmaları Fondu”nun Prezidenti Əliməmməd Nuriyev antikorrupsiya strategiyasının əsas istiqamətləri, bu sahədə yeni fəaliyyət planı barədə danışıb. Natiq dövlət orqanlarında risk qiymətləndirilməsinin aparılması, nəzarət mexanizmlərinin səmərəliliyinin artırılması üçün müstəqil qiymətləndirmə aparılması, ictimai iştirakçılığın genişləndirilməsi, gücləndirilməsi, maraqların toqquşması və digər xüsusatlar üzrə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi, dövlət orqanlarında korrupsiya hüquqpozmaları ilə bağlı komissiyalarda, şuralarda vətəndaş cəmiyyəti və media nümayəndələrinin təmsil olunması və s. vacib məsələlər haqqında ətraflı məlumat verib.

DVX-nin İnsan resursları baş idarəsinin rəis müavini Toğrul Əhmədov “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və ondan irəli gələn Fəaliyyət Planı” mövzusu üzrə təqdimatla çıxış edib. O, çıxışında “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın Dövlət Vergi Xidmətinin fəaliyyətində praktiki tətbiqi məsələlərinə toxunub, Milli Strategiyada dövlət orqanlarının fəaliyyəti ilə bağlı nəzərdə tutulan istiqamət və tövsiyələr, Milli Fəaliyyət Planından irəli gələn tədbirlər, o cümlədən, DVX-də korrupsiya risklərinin qiymətləndirilməsi, vergi orqanı əməkdaşları üçün elektron təlim kurslarının hazırlanması, etik davranış və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti barədə məlumat verib.

Tədbir müzakirələrlə davam edib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!