Azərbaycanla Gürcüstan arasında saziş imzalandı .....                        Tofiq Yaqubluya 9 il həbs verildi .....                        Fransa təkrar-təkrar əsassız iddialar səsləndirir - RƏSMİ .....                        Ceyhun Bayramov Qazaxıstana getdi .....                        Spiker Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO .....                        DTX rəisi Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşdü .....                        Ehtiyatda olan hərbçilər orduya çağrıldı - FOTO .....                        Sahil Babayev ona yüksək vəzifə verdi .....                        Ermənistanın təcavüzü nəticəsində 4 min azərbaycanlı itkin düşüb .....                       
Tarix : 7-05-2021, 16:07
Bayram namazının vaxtı açıqlandı
“Rəsmi olaraq mayın 13-ü və 14-ü Ramazan bayramı günü kimi qəbul olunub. Ramazan bayramı günündə qılınan namaz şəriətdə qılınması vacib olan namazlar sırasında deyil. Bu, müstəhəb namazdır”.

Butov.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayayev bildirib. Onun sözlərinə görə, insanlar bir yerə toplaşaraq bu namazı qılarsa, bunun böyük savabı var:

“Amma pandemiya şəraiti yenə də davam edir, kütləvi yığışmaq qadağası var. Bütün mərasimlər qadağandır, toy, hüzr mərasimləri və bir yerə kütləvi toplaşmaq mümkün deyil. İctimaiyyətin müəyyən orqanlara müraciəti var ki, mümkün olarsa, məsafə saxlamaqla və digər qaydalara əməl etməklə insanlara məscidlərdə cümə namazlarını birgə qılmağa şərait yaradılsın. Amma TƏBİB-in Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasən verdiyi qərara görə, kütləvi şəkildə bir yerə toplaşaraq namaz qılmaq məsləhət görülmür. Quran da, Peyğəmbərimiz də buyurub ki, xəstəlik təhlükəsi varsa, insanlar mütləq qorunmalıdır. Biz də bu məsələyə dəstək olmalıyıq. Düşünürük ki, hələ məscidlərdə namazların kütləvi şəkildə qılınmasına şərait yoxdur, ümid edirik ki, bu, müvəqqəti haldır. Ümidvarıq ki, pandemiya tezliklə başa çatacaq və insanların məscidlərdə namaz qılmaq imkanı olacaq. Hazırda pandemiya şəraiti davam etdiyi üçün istəyən hər kəs öz ailə üzvləri ilə evində 2 rükət bayram namazı qıla bilər. Ramazan ayında iftar süfrələri ilə bağlı insanlara tövsiyə etdik ki, çəkdikləri xərci pul və ya ərzaq şəklində ehtiyacı olan ailələrə paylasınlar, savabdan kənar qalmasınlar. Bayram namazı da müstəhəb olduğu üçün heç bir nigarançılıq yoxdur, evində istər tək, istər ailə üzvləri ilə qılına bilər”.

F. Nurullayev qeyd edib ki, şəriətdə bayram axşamı fitrə zəkatının çıxarılması buyurulub:

“Kimin imkanı varsa, fitrə zəkatını bildiyi, tanıdığı imkansız, ehtiyacı olan ailələrə verir. İstəyənlər mayın 13-ü Ramazan bayramında bayram namazını Zöhr namazına qədər qıla bilərlər”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!