Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
Tarix : 15-07-2021, 18:23
Sabahdan paytaxtda daha bir marşrut xətti nağdsız ödəniş sisteminə keçir

Bakı şəhərinin marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Nağdsız ödəniş sisteminə keçidin, sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edən agentlik bildirib ki, “BakıKart”a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.
İyulun 16-dan 62 nömrəli marşrut xətti (Sabunçu d/st.-N.Tusi küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Xətai rayonu üzrə Neapol 32, N.Tusi küç.137, N.Tusi 294Q, S.Ə.Şirvani küçəsi ünvanlarında, Sabunçu rayonu üzrə Əsildar Məmmədəliyev 76, Kişvəri Dilməqani 11, Sabunçu qəsəbəsi - Şəhər şosesi ünvanlarında, Nizami rayonu üzrə Qara Qarayev pr. 102, Əzim Əzimzadə 34/64, Azər Manafov küç., Qara Qarayev 89, Qara Qarayev pr.1 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Dövlət başçısının tapşırığına uyğun olaraq son 5 ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 minədək sərnişin (ümumi sərnişinlərin 42 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!