Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 7-09-2021, 14:03
Boşanmalar kəskin artıb


Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub ki, Azərbaycanda 2021-ci ilin ilk 6 ayı ərzində 23 231 nəfər nikaha daxil olub, 8168 nəfər boşanıb.
Psixoloq Gülnar Orucova isə qeyd edib ki, ölkəmizdə boşanmalar heç vaxt bu qədər çox olmayıb:
“Sovet dönəmində qadınlar daha səbirli idi. Ağsaqqallar, ağbirçəklər böyüklük edə bilirdirlər. Hazırda cəmiyyətdə aqressiyanın artması onların da düzgün olmayan qərarlar verməsinə gətirib çıxarır. Elə ailə məsələlərinin şahidi oluruq ki, evin böyükləri məsələni həll etmək yerinə, çıxış yolunu ailəni dağıtmaqda görürlər. Bu yaxınlarda qəbul etdiyim xanım pasientim bildirdi ki, oğlumun gəlinimlə ailə qurmasına razı deyildim. Bildirdi ki, nə olur-olsun, onları ayıracağam. Ağbirçək xanımın bu sözü deməsi qəbuledilməzdir”.
Psixoloq qeyd edib ki, ailə problemlərinin günahını bəzən qadınlarda görənlər də var:
“Qadınların onlara verilən azadlıqdan sui-istifadə etdiklərini düşünürlər. Azadlıqla özbaşınalıq tam fərqli şeylərdir. Bəzi qadınlar bunu səhv salırlar. Əvvəllər bir ailənin təməli tam 3 ildən sonra möhkəmlənirdi. İndi isə 3 ildən tez müddətdə, hətta 6 ay sonra boşanmalar başlayır. Tərəflər səbir edəcək vəziyyətdə deyillər. Çünki psixoloji durumları yerində olmur. Evliliyə hazır olmayanların, xüsusən qızların ailə qurması sonda problem yaradır”.
G.Orucovanın sözlərinə görə, hazırda xəyanət üstündə boşanmalar daha çox olur:
“Əvvəllər qadınlar xəyanətə göz yumurdu. İndi isə buna səbir etmirlər. Bizə müraciət edən pasientlərin çoxu xəyanətə görə boşananlardır. Ayaqlarının üstündə dayana bilən qadın həyat yoldaşından yalnız sevgi və hörmət istəyir. Sevgi, sədaqət və hörmətin olmadığı yerdə ailədən söhbət gedə bilməz. Elə qadınlar var, uşaqlarına görə dözüb gözləyir ki, zamanla düzələr. Lakin çoxunda bu təmkin qalmayıb. Günümüzdə diqqət etsək, hər gün stress faktoru daha da çoxalıb. Stressə davamsız insanların sayı getdikcə artır. Son 2 ildə pandemiya şəraiti də insanlarda gərginlik, əsəb, stress formalaşdırdı. Bu kimi hallar da boşanmaların sayının sürətlə artmasına səbəb oldu.”


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!