Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 27-04-2022, 09:01
Yasamalda narkotiklərə qarşı maarifləndirmə tədbiri keçirildi.


Yasamalda narkotiklərə qarşı maarifləndirmə tədbiri keçirildi.


"Miqrasiya Sahəsinin İnkişafı İctimai Birliyi,QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində 4-cü tədbirini Yasamal rayonunda 2 saylı Bakı Baza Tibb Kollecində keçirmişdir.
Layihə rəhbəri Vidadi Fətullayev, ölkəmizdə vətəndaşların sağlamlığı sahəsində dövlətimiz tərəfindən həyata keçirilən islahatlardan,narkotiklərə və narkomanlığa qarşı 2019-2024-cü illəri əhatə edən Dövlət proqramı çərçivəsində görülən işlərdən bəhs etdi və bu mübarizədə hüquq-mühafizə orqanları ilə birlikdə cəmiyyətimizin də aktiv rol almasının vacibliyinə diqqət çəkdi,həmçinin dövlət qurumlarının hazırladıqları statistik məlumatlar,102 və 802 qaynar xəttləri barədə iştirakçılara ətraflı məlumatlar verdi.Bu il Gənclər Günündə keçirilən görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin bütün gənclərimiz üçün hər zaman bir şüar olacağına inandığını bildirən QHT sədri,gəncləri bu mübarizədə daha da fəal olmağa çağırdı.
12 və 13 aprel tarixlərində 2 gün davam edə
n tədbirin ikinci günündə gələcəyin tibb işçiləri olacaq tələbələrlə görüşdə Bakı şəhər Narkoloji Dispanserinin psixoloqu Günay Babayeva, narkomanlığın psixoloji tərəflərini ətraflı şəkildə izah edən təlim proqramı ilə çıxış etdi və mövzu ilə bağlı verilən sualları cavablandırdı.Müəllim və tələbələr tərəfindən maraqla qarşılanan təlimdə, iştirakçılar öz çıxışlarında tədbirin təşkilatçılarına və həyata keçməsinə dəstək verən bütün qurumlara minnətdarlıqlarını bildirdilər.

Narkotik vasitələr,zərərli vərdişlər və narkomanlığa qarşı mübarizə üzrə hazırlanmış maarifləndirici buklet və çap materiallarının paylandığı tədbirin sonunda,aktiv iştirakçılara İctimai Birlik tərəfindən Sertifikatlar təqdim edildi.

Vidadi Fətullayev
“Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri


Paylaş



Bölmə: Sosial / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!