Cəlilabad sakini Bakıda dəm qazından öldü .....                        Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş... .....                        Şərif Trampdan İranla bağlı xahiş edib .....                        "Real" evdə uduzdu, "Arsenal" səfərdə qalib gəldi .....                        Ağdaban qətliamından 34 il ötür .....                        Küveyt hakimiyyəti: "Evlərinizdə qalın" .....                        ABŞ Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq etdi .....                        Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı .....                        Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? - YENİ QAYDA - VİDEO .....                       
Tarix : 19-07-2022, 16:32
Azərbaycanla Türkiyə arasında ailə, qadın, uşaq problemləri sahəsində əməkdaşlığın istiqamətləri müzakirə edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradovanın dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Derya Yanıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə iyulun 19-da görüş keçirilib.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə komitə sədri Bahar Muradova qonaqları salamlayaraq, ölkələrimiz arasındakı əlaqələrin möhkəm tarixi əsaslara söykəndiyini bildirib. Qeyd edib ki, dövlətlərarası münasibətlər təkcə Azərbaycanın və Türkiyənin deyil, eyni zamanda, regionun maraqlarına uyğun fəaliyyət göstərməyə şərait yaradır.
Bahar Muradova bu günədək ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlərin qurulduğunu və bundan sonra da bu işin uğurla davam etdiriləcəyini vurğulayıb. Həmçinin 44 günlük Vətən müharibəsindən danışan komitə sədri hər zaman olduğu kimi, Azərbaycanın haqq mübarizəsində də Türkiyənin ölkəmizə göstərdiyi siyasi dəstəyin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyini, yerli sakinlərin öz yurdlarına qaytarılması işlərinə artıq başlanıldığını söyləyib. Diqqətə çatdırıb ki, bu gün Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılıb.
Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık rəhbərlik etdiyi nümayəndə heyətinin səmimi qarşılanmasına görə komitə sədrinə minnətdarlığını bildirib. O, Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, sosial və digər sahələrdə əlaqələrin davam etdiyini, iki ölkənin bir-biri ilə tarixi bağlarının olduğunu diqqətə çatdırıb.
Nazir Cənubi Qafqaz regionunda sülhün təmin edilməsinin, əhalinin təhlükəsiz şəraitdə yaşamasının vacib olduğunu, Türkiyənin hər zaman bölgədə bu istiqamətdə gedən proseslərə önəm verdiyini vurğulayıb. D.Yanık Azərbaycanla Türkiyə arasında əməkdaşlığın həm ölkələrimiz, həm region, həm də beynəlxalq aləmdə önəmli olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin ölkələrimiz arasında ailə, qadın, uşaq problemləri sahəsində əməkdaşlığın istiqamətləri və birgə layihələr müzakirə edilib.
Xatırladaq ki, komitənin əməkdaşları bir müddət əvvəl Türkiyədə təcrübə mübadiləsində olublar.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!