“Ana dilim, varlığım” - yaddaşlardan silinməyəcək .....                        Trampın iqamətgahına daxil olmaq istəyən şəxs güllələnib .....                        Ukrayna ordusu əks-hücumlara başladı .....                        Hindistan ABŞ-la danışıqları təxirə saldı .....                        Ülviyyə Fətəliyeva Azərbaycan çempionu oldu .....                        Xamenei öləcəyi təqdirdə hökumətin işi ilə bağlı plan hazırlatdırır .....                        Pakistan bu ölkəyə zərbə endirdi - Ölənlər var .....                        Yollarda görünüş 500 metrədək məhdudlaşacaq .....                        Rusiyada bu hava limanı bağlandı .....                       
Tarix : 25-07-2022, 10:33
Azərbaycanın bu ərazilərində leysan yağıb

Milli Hidrometeorologiya Xidmətinin iyulun 25-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Düşən yağışın miqdarı Lənkəranda 24 mm, Qrızda 23 mm, Xaltanda 22 mm, Altıağacda 17 mm, Qobustanda 16 mm, Astarada 14 mm, Şabran, Xınalıqda 13 mm, İsmayıllı, Şahdağda 12 mm, Şamaxı, Sumqayıtda 11 mm, Şəki, Kürdəmir, Qubada 9 mm, Qəbələ, Ağsu, Qusarda 8 mm, İmişlidə 7 mm, Ləzədə 6 mm, Ordubadda 5 mm, Biləsuvarda 4 mm, Mingəçevir, Ağdamda 3 mm, Lerik, Göyçay, Sarıbaşda (Qax) 2 mm, Naxçıvan, Şahbuz, Ağdərə, Göygöl, Naftalan, Zaqatala, Yardımlı, Bərdə, Yevlax, Beyləqan, Sabirabad, Cəfərxan, Salyanda 1 mm-dək olub.

Havanın temperaturu iyulun 24-də Bakıda iqlim normasından 1.3 dərəcə aşağı olub. Maksimal temperatur Naxçıvan MR-da 30-35 dərəcə isti, Bakıda və Abşeron yarımadasında 28, dağlıq rayonlarda 21, aran rayonlarında 32 dərəcəyədək isti olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti iyulun 25-i gündüzədək davam edəcək. İyulun 26-27-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!