Qazaxıstan nefti Bakı–Tbilisi–Ceyhan kəmərinə yönəldir .....                        Murad Quliyev barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatdı .....                        Kreml Avropa liderlərini Moskvaya dəvət etdi .....                        "Söyüş blogerləri"nin ekstradisiyası niyə baş tutmur? - Səbəblər AÇIQLANDI .....                        İlham Əliyev Fərman imzaladı .....                        Putin Trampın elçisi ilə kürəkənini 3 saat gözlədib .....                        Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq .....                        Yasamalda onlarla ailə məhkəməyə kütləvi müraciət hazırlayır - QALMAQAL .....                        Daha bir minib-düşmə yeri yaradıldı - FOTO .....                       
Tarix : 1-10-2015, 08:47
"Sədərək" "çökür": sahibkarlar mağazaları qapadıblar - FOTO


"Sədərək" Ticarət Mərkəzində çalışan bir qrup sahibkar sentyabrın 29-da icarə haqqına etiraz olaraq mağazaları açmayıb.

Butov.az bildirir ki, bu barədə məlumatı musavat.com-a ticarət mərkəzində çalışan sahibkarlar veriblər. İcarə haqqını ödəyə bilməyən sahibkarlar bazar rəhbərliyindən də güzəşt görmədikləri üçün mağazaları açmayıblar.

Son zamanlar "Sədərək" və "Binə" ticarət mərkəzlərində sahibkarların vəziyyətinin həddən artıq çətinləşməsi haqda bir neçə dəfə məlumat vermişik. Manatın devalvasiyası, Rusiyadakı iqtisadi durum, son olaraq isə Çin yuanının öz dəyərini itirməsi sahibkarları çıxılmaz vəziyyətə salıb.

Alıcılıq qabiliyyətinin isə dəfələrlə aşağı düşməsi əksər sahibkarlın bazarları tərk etməsinə səbəb olub. Artıq hər iki ticarət mərkəzində yüzlərlə mağaza boşalıb.

Hazırda mağazalarda çalışanların əksəriyyəti mağaza sahiblərinin özləridir. İcarəyə götürülən mağazaların çoxu boşaldılıb.

Bazarda icarə əsasında işləyənlərin verdikləri məlumata görə, mağaza sahibləri onlara güzəşt etsələr də, bazar rəhbərliyi heç bir güzəşt etmir: "Bazara müştəri gəlmir. Günlərlə heç icarə haqqını da çıxara bilmirik. Hamı görür ki, bazara gələn yoxdur. Amma bazar rəhbərliyi bunu nəzərə almır. İcarə haqqında heç bir güzəşt edilmir".

Bazarda çalışanlar deyirlər ki, icarə haqqını verə bilməyənlər məcbur qalıb, mağazaları bağlayıblar. Dünən rəhbərliyin göndərdiyi şəxslər bildiriblər ki, problemi həll etməyə çalışacaqlar. Bir neçə gün ərzində rəhbərliklə sahibkarlar arasında görüş keçiriləcəyi vurğulanıb.

Sahibkarlar rəhbərliklə görüşdən sonra problemin həll edilməyəcəyi təqdirdə, mağazaların qalan hissəsinin də boşalacağını bildiriblər.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!