Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 7-10-2015, 11:13
“1 dəqiqəlik efirə 3540 manat tələb etmək...”


Media eksperti Ələsgər Məmmədli İctimai televiziya və radio yayımları şirkətinin parlament seçkilərində pullu təşviqatın qiymətləri ilə bağlı açıqladığı rəqəmlərə münasibət bildirib.

Butov.az “Qafqazinfo” istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert qeyd edib ki, açıqlanan qiymətlərə görə, reklamın bir dəqiqəsi 3540 manata (ƏDV daxil olmaqla) prime-time qiymətidir: “ Ən aşağı qiymət isə saat 11:50-də olan qiymətdir, onun da dəqiqəsi 1416 manatdır. İctimai Teleradionun yaranmasındakı məqsədi gərək onu idarə edənlər (Baş Direktor və onun direktorlar Şurası) və nəzarət edənlər (Yayım Şurası) tam dərk etsinlər. Bunu dərk etmədən, ictimai yayım yaratmaq və yaşatmaq olmaz. Hazırda İctimai yayım ağır böhran keçirir. Niyə siyasi təşviqatın ödənişli vaxtının qiyməti astronomikdir? Bu qiyməti kim, hansı kriteriyaya görə müəyyən edib? İctimai Yayımın istədiyi qiyməti müəyyən etmək hüququ varmı, bu legitim sayıla bilərmi? Qiymət yaratmaq üçün hansı kriteriyalar nəzərə alına bilərdi?”.

Ekspert bildirib ki, ictimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır: “Siz məqsədlər arasında “yaxşı pul qazanmaq”, “kommersiya ilə məşğul olmaq”, “efiri satmaq” bəndlərinə haqlı olaraq rast gələ bilməzsiniz. Çünki, ictimai yayımın belə bir məqsədi yoxdur və ola da bilməz. Həmin qanunun 3-cü maddəsində 9 yayım prinsipi sayılıb.

3.0.1. müstəqillik;
3.0.2. informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü;
3.0.3. plüralizm və dözümlülük;
3.0.4. açıq siyasi maraqlardan uzaqlaşma;
3.0.5. ümumi maraqların uzlaşdırılması və təmin edilməsi;
3.0.6. milli özünüdərkin inkişaf etdirilməsi;
3.0.7. universallıq;
3.0.8. rəngarənglik;
3.0.9. başqalarından fərqlənmə.
Bu 9 prinsipin hər hansı birində “gəlir əldə etmək”, “mənfəət güdmək” kimi prinsiplər yoxdur. Amma əvəzində həsrət qaldığımız “plüralizm”, “informasiyanın tərəfsizliyi”, “başqalarından fərqlənmə” prinsipləri var.

Minimum əmək haqqı 105 manat olan ölkədə vətəndaşının 43200 dəqiqəsinə 397 manat (1 dəq=0,009 qəpik) aylıq orta əmək haqqı ödənən ölkədə 6 illik lisenziyanı 1000 manata əldə edən televiziyaların 1 dəqiqəlik efirə 3540 manat tələb etməsi normaldırmı? Xüsusilə, Qanunun 5-ci maddəsinə görə (maddə 5. İctimai yayım fəaliyyətinə dövlət tərəfindən müddətsiz və ödənişsiz lisenziya verilir və tezlik ayrılır)- bir qəpik lisenziya və tezlik üçün xərci çıxmadan əbədi bu haqqa sahib olan yayımçı belə davranmalıdırmı?

Bəlkə, kimsə durub deyə bilər ki, 6-cı maddədə “reklam fəaliyyəti ilə məşğul olmaq”-bir hüquq kimi yayımçıya verilib, bunda nə var ki! Bəli, bu hüquq verilib. Amma birincisi, bunun olması normal deyil. İctimai yayımın maliyyə təminatı qanun gərəyi dövlət tərəfindən təmin edilib. İkincisi, reklam əmtəə və xidmətin tanıdılmasıdır. Parlamentə seçilmək istəyən şəxs nə özünü əmtəə kimi satmağı, nə də gəlir gətirəcək xidmət təklif etməyi hədəfləmir. Namizəd sadəcə özünü, gələcək platformasını, siyasi baxışlarını, görmək istədiyi ölkəni seçicisinə anlatmaq istəyir. Bunun adı ictimaiyyətin bilgiləndirilməsi və doğru seçim etməsinə köməkdir. Bu prosesdə məhz İctimai yayıma ciddi yük düşür. Necə ki pulsuz efir vaxtı bu məqsədlə ayrılır, cüzi ödənişli efir vaxtı da müəyyən edilərək, marjinal düşüncələrin cəmiyyətə çatmasında və zamanında siyasi məqamlara yolunun bağlanmasında ictimai yayım vasitə olmalıdır .İctimai yayım öz efirini müxtəlif baxışlı siyasilərin gizlətmək istədikləri tərəflərini cəmiyyətə çatdırmaqda ciddi rol almalıdır. Namizəd özünü, düşüncələrini gizlətmək istəsə belə, məhz jurnalistlər bunu açığa çıxarmaqda vasitəçi olurlar. Demokratik dünya təcrübəsini görmək yetərlidir”

Ekspert İctimai yayımın efir qiymətinin necə müəyyən edilməsinə də aydınlıq gətirib. O bildirib ki,
Bunun üçün birinci yol İctimai Yayımın efirinə qoyulan dövlət qiymətidir: “Məhz dövlət illik bir dəyər müəyyən edərək, onun xərclərini əhatə edir. “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.7.2.3. bəndindən görürük ki, 2015-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinə verilən mərkəzləşdirilmiş xərclər adı altında maliyyə yardımının miqradı 16 milyon 552 min 800 manat olub. Yəni 24 saat yayımlanan bir televiziya və 24 saat yayımlanan bir radionun bir il ərzində efirdə olduğu saniyələrin miqdarı 63 milyon 115 min 200 saniyədir. Deməli hər saniyəyə dövlət 26,2 qəpik pul ödəyir. Əgər bu meyar əsas götürülsə, ən yüksək qiymət bir dəqiqə üçün 15 manat 74 qəpiyi keçməməlidir. Amma, unutmaq olmaz ki, bu dəqiqələrin dəyərini onsuz da dövlət ödəyir. Deməli, burda televiziyanın məqsədi gəlir qazanmaq yox, xərcləri kompensasiya etmək olmalıdır. Belə olan halda, həmin müddətin maya dəyəri çıxarılaraq, qiymət müəyyən edilməsi də doğru addım olar. Maya dəyəri dövlət tam kompensasiya etdiyindən, teleradio siyasi çıxışlar üçün dəqiqəsi 1 manat müəyyən edilsə belə, bu mənfəətli olacaq.

İkinci yol, illik reklam gəlirlərinin qanunvericiliyə görə reklam vaxtına bölünməsi ilə alınan rəqəm ola bilər. Bir il ərzində televiziya maksimum 104 min 904 dəqiqə reklam üçün vaxt ayıra bilər. Televiziya illik reklam gəlirlərini bu vaxta bölərək, dəqiqənin qiymətini müəyyən edə bilər. Təəssüf ki, İctimai yayımın rəsmi səhifəsində keçən il ərzində teleradionun reklam gəlirlərinə dair heç bir məlumata rast gəlmədim. Odur ki, Teleradioya bir informasiya sorğusu göndərdim. Ümid edirəm ki, 7 iş günü ərzində bu rəqəmi də mənə açıqlamış olacaqlar. Amma bu rəqəm olmasa da, indi açıqlanan qiyməti reklam vaxtına vurmaqla müəyyən ehtimal əldə etmək olar. Əgər İctimai Yayımın rəhbərliyi belə bir qiyməti havadan qoymadıqlarını, hansısa maliyyə əməliyyatlarına görə hesabladıqlarını deyirlərsə, deməli illik 104 min 904 dəqiqəlik reklam vaxtını dəqiqəsi 1416-3540 manatdan satmaqla ildə 148 milyon 544 min 064 mantla - 371 milyon 884 min 680 manat arası reklam gəliri əldə edirlər. Bu gəlirdən imtina etməmək üçün yenə bu qiyməti qoyublar”.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!