Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                        Piyadanı maşın vurdu - Tıxac yarandı .....                       
Tarix : 31-05-2016, 16:27
Ağcaqanad, həşərat dişləməsi zamanı İLK TİBBİ YARDIM


Yayda həşərat dişləmə hadisələri çoxalır. Belə hallarda da ilkin müdaxilənin əhəmiyyəti çox böyükdür. Həşərat, arı, hörümçək, milçək dişləmələri zamanı ilk olaraq nə etməliyik?

Butov.az Lent.az-a istinadən bu məsələ ilə bağlı sizə lazım olacaq mühüm məlumatları paylaşır.

Havalar çox isti olanda hər kəs qapı-pəncərəsini açıq qoyur. Belə hallarda həşərat dişləmələri daha çox olur.

Pederus həşəratının səbəb olduğu allergiya gecələr göynəməyə yol açır. Həşərat daha çox gecələr ortaya çıxdığı üçün insan dərisi ilə təmas edərkən “paederin” adlanan ifrazat buraxır. Nəticədə həmin bölgədə su toplanması, şiddətli göynəmə hissi verən kiçik yaralar, qaşıntı ortaya çıxır.

Bundan başqa sıx rastlanan həşərat dişləmələrindən biri də ağcaqanad dişləməsidir.
Əvvəlcə ağcaqanad dişləyən bölgəni sabunlu suyla təmizləyib buz kompresi edin.
Bəzi insanlarda ağcaqanad dişləyən bölgədə qızartı, səpki meydana gəlir, dodaqlarda şişmə, nəfəs alma çətinliyi, ya da ürək döyüntüsü kimi problemlər ortaya çıxır.
Hörümçək dişləməsində isə həmin bölgəni mütləq sabunlu su ilə yuyun. Spirt, kolonya kimi məhsullar qətiyyən istifadə etməyin. Bölgə təmizləndikdən sonra özəl kremlərdən sürtün.

Əqrəb dişləməsi zamanı da bölgəni sabunlu su ilə təmizləyib üzərindən bir az yüngül bandajla sıxıb həkimə gedin.

Arı sancması zamanı isə analflaktik şok yaşana bilər. Arının sancdığı yeri də sabunlu su ilə təmizləyib soyuq kompres edin. Dodaqlarda, dildə şişmə olarsa, həyati təhlükə riski olduğu üçün həkimə gedin.

Can alan “Krım Konqo” qızdırma xəstəliyinə yol açan gənə dişləmələri zamanı ilkin müdaxilənin doğruluğu çox vacibdir. Gənələrin həkimlər tərəfindən çıxarılması lazımdır. Ancaq gənəni özünüz çıxarmaq istəyirsinizsə, gənənin üzərini qatı ağ vazelinlə örtüb gənənin nəfəs almasın əngəlləyin. Nəfəs almaz halda olduğunda daha asanlıqla çıxara bilərsiniz.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!