Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin! .....                        TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq .....                        Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı .....                        Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq .....                        İlham Əliyev Zelenski ilə görüşdü - FOTO .....                        ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO .....                        Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü .....                        Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur” .....                        İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır" .....                       
Tarix : 27-01-2017, 19:30
“Baksell” 7 ölkə operatoru ilə razılaşdı

“Baksell” şirkəti xarici ölkələrə səfər edən abunəçilərinə rouminqdə olarkən internetə ən sərfəli şərtlərlə çıxışı təmin etmək üçün dünyanın daha 7 aparıcı telekommunikasiya operatoru ilə yeni razılaşmalar imzalayıb.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, şirkət abunəçilərinin hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə etmək imkanına malik olduğu ölkələrin siyahısını genişləndirir.

Bu ilin yanvar ayından etibarən, Gürcüstan, Ukrayna, İsrail, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan kimi bir neçə yeni istiqamətlərə səfər edən “Baksell” abunəçiləri rouminqdə olduqca sərfəli olan data xidmətlərindən faydalanmağa başlayıblar. Hal-hazırda, “Baksell” abunəçiləri dünyanın 28 ölkəsində bu təklifdən faydalanmaq imkanına malikdirlər (Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, İran, Böyük Britaniya, Almaniya, ABŞ, BƏƏ, Çexiya Respublikası, İtaliya, Niderland, Macarıstan, İspaniya, Qazaxıstan, İsrail, Yunanıstan, Portuqaliya, Rumıniya, İrlandiya, Malta, Özbəkistan, Misir, Yeni Zelandiya, Qırğızıstan, Tacikistan, Albaniya, Cənubi Afrika).

Bu razılaşmalar sayəsində yuxarıda sadalanan ölkələrdən hər hansı birinə səfər edən “Baksell” abunəçiləri hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə etmək imkanına malik olacaqlar. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.

Qeyd etmək lazımdır ki, səfərdə olan “Baksell” abunəçiləri “Baksell Roaming” mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, “Baksell”lə onlayn əlaqə yaradaraq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artıra bilirlər. “Baksell Roaming” mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün keçid: http://www.bakcell.com/az/bakcell-rouminq-ap


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!