Türkiyədə ailə faciəsi: Azadlığa çıxan şəxs dörd nəfəri öldürüb .....                        Zelenski: "Təhlükəsizliklə bağlı vacib beynəlxalq görüşlər planlaşdırılır" .....                        Zaqatala sakini Oğuzda damdan yıxılıb .....                        Zaqatala sakini Oğuzda damdan yıxılıb .....                        Fidan Azərbaycan-ABŞ əlaqələrindən danışdı .....                        Pezeşkianla dövlət televiziyası arasında gərginlik: canlı yayım kəsildi .....                        İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb .....                        Bakıda nazirin başına iş gəldi - 60 min dollarlıq QALMAQAL .....                        Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar .....                       
Tarix : 28-09-2015, 08:59
Azərbaycanın internetdən istifadəyə görə dünya REYTİNQİNDƏKİ yeri açıqlandı


Azərbaycan internetdən istifadə göstəricisinə görə 192 ölkə arasında 63-cü pillədə qərarlaşıb. Hazırda 3,2 milyard insan internetə çıxış imkanına malikdir ki, bu da dünya əhalisinin 43 faizini təşkil edir.

Butov.az Modern.az-a istinadən xəbər verir ki bu barədə Birləşmiş Millətlər Təşkilatının 2015-ci il üçün “Genişzolaqlı İnternetin vəziyyəti” adlı hesabatında qeyd edilib.

Ötən il bu göstərici 2,9 milyard nəfərə bərabər olub. İnkişaf etmiş ölkələrdə internetə çıxış səviyyəsi maksimum həddinə çatdığı halda, inkişaf etməkdə olan ölkələrdə bu göstərici əhalinin yalnız 35 faizi üçün əlçatandır. BMT tərəfindən daha az inkişaf etmiş ölkələr kimi müəyyənləşdirilmiş 48 dövlətdə vəziyyət xüsusilə ağırdır. Belə ki, əhalinin 90 faizindən çoxu internetə qoşulma imkanına malik deyil.

Qeyd edək ki, internetdən istifadə göstəricisinə görə Azərbaycan reytinq cədvəlində 192 ölkə arasında 63-cü pillədə qərarlaşıb. Bu rəqəm ölkəmizdə əhalinin 61 faizinin internetdən istifadə etməsi anlamına gəlir.

Belarusda əhalinin 59, Qazaxıstanda 54, Gürcüstanda 48, Ermənistanda 46 faizi internetə çıxış imkanına malikdir.

İslandiyada internetdən istifadə edənlərin sayı 98,2 faiz, Norveçdə 96,3 faiz və Danimarkada 96 faiz təşkil edir.

Genişzolaqlı rabitənin nüfuzetmə səviyyəsinə görə lider olan Monako əvvəlki kimi İsveçrəni cüzi olaraq qabaqlayır. Hazırda Monako, İsveçrə, Danimarka, Niderland, Lixtenşteyn və Fransada stasionar genişzolaqlı rabitənin nüfuzetmə səviyyəsi 40 faizi ötür, halbuki 2013-cü ildə yalnız İsveçrə bu göstəriciyə malik olub.

Hazırda mobil genişzolaqlı rabitə üzrə bütün aktiv müqavilələrin 50 faizi Asiya-Sakit okean regionunun payına düşür və adambaşına düşən 3 müqavilə üzrə Çin bu göstərici üzrə liderdir, Sinqapur (100 nəfərə 156 müqavilə) və Küveyt (100 nəfərə 140 müqavilə) müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Ümumilikdə dünyanın 79 ölkəsində yaşayan əhalinin 50 faizdən çoxu internetə çıxış imkanına malikdirlər. 2014-cü ildə bu göstərici 77 ölkə idi.

İnternetə aşağı çıxış səviyyəsinə malik ölkələr Afrikada Saharadan cənubda yerləşən ölkələrdir.


Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!