İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR .....                        Gəncədə kanalizasiya xətti partladı - Xəsarət alanlar var .....                        Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq .....                        Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb .....                        Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür .....                        McDonald's qiymətləri 15% artırdı .....                        Neftdən asılılığı azaltmaq üçün qanunları dəyişdilər .....                        Pezeşkian göstəriş verdi: İran-ABŞ danışıqları başlayır .....                        İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - FOTO .....                       
Tarix : 2-02-2017, 20:11
Azərbaycanda çirklənmiş göllər və çayların adları açıqlandı

“Abşeron göllərindən Yasamal gölü çirklənmiş, Böyükşor, Masazır, Kürdəxanı, Xocahəsən, Bül-bülə, Qırmızıgöl çox çirkli göllərə aid edilib”.
Butov.az-ın "Ölkə.Az"a istinadən xəbərinə görə, bu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin 2016-cı il üzrə hesabatında öz əksini tapıb.
Hesabatda bildirilib ki, Böyük Qafqazın cənub yamaclarından axan çaylar əsasən kənd təsərrüfatı çirkab suları ilə çirklənməyə məruz qalsa da, il ərzində Qanıx çayında Əyriçayın mənbəyindən 1.7 km aşağıda, Balakənçay, Talaçay, Əyriçay, Katexçay, Dəmiraparançay, Kürmükçay, Göyçay, Türyançay və Qarasu çaylarında özünütəmizləmə aktiv olduğundan çox zəif çirklənmə səviyyəsi müşahidə edilib və bu çayların suyu təmiz su sinfinə aid olub: “Böyük Qafqazın şimal-şərq yamaclarından axan çaylar - Qusarçay (Quzun kəndi ərazisində), Qudyalçay, Qaraçay, Vəlvələçay (Təngəaltı kəndi ərazisində) çaylarının çirklənmə səviyyəsi çox zəif olub. Bu çaylar təmiz su sinfinə aid edilib. Kiçik Qafqaz regionunun çayları - Ağstafaçay, Qabırrı çayı, Tovuzçay, Şəmkirçay, Kürəkçay çayları (Qoşqarçay istisna olmaqla) mülayim çirklənməyə məruz qalıb. Qoşqarçayın çirklənməsində isə Daşkəsən şəhərinin kommunal-təsərrüfat, məişət çirkab suları və zəylik alunit–filiz kombinatının, Daşkəsən filiz zənginləşdirmə kombinatının tullantı suları böyük rol oynadığından bu çay çirklənmiş su sinfinə aid edilib. Ağstafaçayda aparılan müşahidələr göstərib ki, Qazax şəhəri ərazisində çayın çirklənmə səviyyəsi mülayim çirklənmiş su sinfinə aiddir".

Lənkəran - Astara zonasının çayları - İstisu çayı və Viləşçay mülayim çirklənmiş, Təngərud və Lənkərançay isə təmiz su sinfinə aid edilib. Ağstafa və Şəmkir su anbarlarında suyun keyfiyyəti mülayim çirklənmiş, Mingəçevir və Ceyranbatan su anbarlarında suyun keyfiyyəti təmiz su sinfinə aid edilib.

Hesabatda qeyd olunub ki, Kür çayı suyunun keyfiyyəti əsasən yuxarı və aşağı axınlarında pisləşir: “Bunun səbəbi yuxarı axında Gürcüstan ərazisindən axıdılan transsərhəd çirkləndiriciləri, aşağı axında isə Araz çayının tökülməsi və çay boyunca yerləşən yaşayış məntəqələrindən, xüsusən də Şirvan və Salyan şəhərlərindən axıdılan sənaye və məişət çirkab sularıdır. Bu ərazidə suyun keyfiyyəti mülayim çirklənmiş su sinfinə aiddir. Aşağı axında Zərdab və Surra məntəqələrində nisbətən zəif çirklənmə səviyyəsi müşahidə olunur. Bu da həmin məntəqələr boyunca qeyd edilən ərazidə çaya axıdılan çirkləndiricilərin miqdarının azalması ilə bağlı olub”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!