Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Tarix : 6-04-2017, 19:17
"Şöhrət" ordenli veteran jurnalist Mətbuat Şurasında olub

Əməkdar jurnalist, "Şöhrət" ordenli qələm sahibi Əli İldırımoğlu Mətbuat Şurasında (MŞ) olub, seçilmiş əsərlərinin yeni çapdan çıxmış 12 cildliyini şuraya təqdim edib.
Butov.az xəbər verir ki, MŞ-dan "Report"a verilən məlumata görə, 90 yaşlı veteran jurnalisti salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətində ömrünü-gününü jurnalistika peşəsinə sərf etmiş şəxslərin əməyi daim yüksək qiymətləndirilir. O bu məqsədlə MŞ-nin tərkibində Ahıl Jurnalistlər Məclisinin yaradıldığını diqqətə çatdırıb.
MŞ sədri ahıl jurnalistlərin gənc jurnalistlər üçün mühüm təcrübə mənbəyi olduğunu vurğulayıb.
Veteran jurnalist Ə.İldırımoğlu jurnalist peşəsinin incəliklərindən söz açıb. Müasir dövrdə inkişaf etmiş jurnalistika ənənələrinin mövcudluğunun pozitiv tərəflərinə diqqət yetirib. O, həmçinin son illər özünün bədii yaradıcılıq fəaliyyəti barədə də məlumat verib.
Qeyd edək ki, Məmişov Əli İldırım oğlu 17 noyabr 1927-ci ildə Qubadlı rayonunda anadan olub. 1955-ci ilin yanvar ayından 1991-ci ilin sonuna qədər "Xalq qəzeti"nin (o zamankı “Kommunist”) xüsusi müxbiri kimi çalışıb. Daha sonra “Həyat” qəzetində eyni vəzifədə işləyib. Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət olan "Yazım-yazmayım", "Mayaklar", "Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər" kitablarının, "Həmin adam", "Közərən sətirlər". "Mənim rəncbər atam'", iki hissədən ibarət olan "Zorən jurnalist", "Aqibət". "Qarlı gecələr", "Daş yağan gün" romanlarının müəllifidir.
Ə.İldırımoğlu 1988-ci ildə "Əməkdar jurnalist" adına layiq görülüb. Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə "Türk Ədəbiyyatına Xidmət" beynəlxalq mükafatı ilə təltif edilib. Ustad jurnalist həmçinin Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!