Trampın iqamətgahına daxil olmaq istəyən şəxs güllələnib .....                        Ukrayna ordusu əks-hücumlara başladı .....                        Hindistan ABŞ-la danışıqları təxirə saldı .....                        Xamenei öləcəyi təqdirdə hökumətin işi ilə bağlı plan hazırlatdırır .....                        Pakistan bu ölkəyə zərbə endirdi - Ölənlər var .....                        Yollarda görünüş 500 metrədək məhdudlaşacaq .....                        Rusiyada bu hava limanı bağlandı .....                        Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medal qazandı .....                        Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanın iştirakı mənasızdır - Kreml .....                       
Tarix : 1-11-2019, 09:12
Qabiliyyət imtahanlarındakı tələblər orta məktəb proqramından kənara çıxmamalıdır
Bundan sonra “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənni üzrə qabiliyyət imtahanı verəcəklər.
Butov.az AzNews.az-a istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bu haqda məlumat yayıb.
O, qeyd edib ki, Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən “Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanının məzmunu ilə bağlı yeni, qərar qəbul edib.
“Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənni üzrə qabiliyyət imtahanı verəcəklər.
“Əvvəllər isə abituriyentlər 3 fəndən (rəngkarlıq, kompozisiya, rəsm xətt) qabiliyyət imtahanı verirdilər. Deməli, kifayət qədər sadələşdirilib.
Yeniliyə görə qabiliyyət imtahanının yekun nəticəsi isə “məqbul”la qiymətləndirilir, əvvəl isə 10 ballıq şkala ilə qiymətləndirilirdi.
Abituriyentlərin yalnız Rəsm fənni üzrə qabiliyyət imtahanı vermələri ona görə yaxşıdır ki, onlar orta məktəbdə ancaq bu istiqamət üzrə bilik və bacarıqlara yiyələnirlər. Ümumiyyətlə qabiliyyət imtahanlarındakı tələblər orta məktəb proqramından və normativlərindən kənara çıxmamalıdır. Xüsusi ilə, həqiqətən qabiliyyət imtahanındakı şərtlərin, tələb və normativlərin orta məktəblərdə tədrisinin vəziyyətini qaldırmaq lazımdır.
Misal üçün, gələn il “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər Rəsm və Kompozisiya fənləri üzrə qabiliyyət imtahanı verəcəklər və Rəsm fənni üzrə qabiliyyət imtahanında abituriyent gipsdən olan antik baş çəkiləcəkdir. Monitorinq apardım, sorğuda iştirak edən məktəblərin şagirdləri gipsdən olan antik başla orta məktəbldə tanış olmayıblar. Bunun üçün xüsusi hazırlıq lazımdır. Və ya Bədən tərbiyəsi üzrə normativlər 16-17 yaş üçün deyil. Normativlərin təsnifatında tələblər yaş kateqoriyasına görə xüsusi olsa da, DİM tərəfindən keçirilən bədən tərbiyəsi ixtisası üzrə qabiliyyət imtahanlarında tələblər ümumidir”.
Eksper qeyd edib ki, ona görə də xüsusi qabiliyyət tələb edən imtahanları daha da sadələşdirməliyik.
“Digər tərəfdən isə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Texnologiya Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız bir qabiliyyət imtanı verirlər. Düşünürəm ki, bir imtahan ilə abituriyentlərin, 16-17 yaşlı uşaqların imkanlarını məhdudlaşdırmaq olmaz. Bu qədər universitet üçün bir imtahan azdır. Rəsm fənni üzrə qabiliyyət imtahanı ödənişli əsaslarla bir neçə dəfə olmalıdır ki, abituriyentlərin şansı artsın”.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!