Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 6-11-2019, 07:09
ADMİU-da maaşlar 20 faiz artırılıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurasının iclasında əməkhaqlarının yüksəldilməsi məsələsi müzakirə olunub. Butov.az-a verilən məlumata görə, ADMİU-nun rektoru professor Ceyran Mahmudova bildirib ki, son illər ərzində Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində böyük işlər görülüb. Prezidentin verdiyi sərəncamlar ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılmasına böyük təsir göstərib. Sevindirici haldır ki, ölkə miqyasında gedən iqtisadi islahatlar elm və təhsil sahələrində də böyük canlanmanın yaranmasına və bu sahədə çalışan insanların maddi rifahının yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Sosial islahatlar paketində təhsil sahəsinin də mühüm yer tutması dövlətin bu sahəni fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi daim diqqətdə saxlamasının bariz göstəricisidir.
Rektor qeyd edib ki, “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının 6-cı bəndinin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli Qərarı Universitetimizdə çalışan əməkdaşların əməkhaqlarının yüksəldilməsi üçün zəmin yaradıb. Bu qərar təhsil işçilərinin maddi rifahının yaxşılaşdırılmasına, işçilərin əməkhaqlarının artırılmasına, eyni zamanda, ali təhsil müəssisələrinin maliyyə imkanlarının yaxşılaşmasına, maddi-texniki bazasının gücləndirilməsinə xidmət edəcək. Biz var gücümüzlə çalışmalı və dövlətin göstərdiyi etimadı doğruldaraq, tədrisi müasir dünya standartları səviyyəsinə qaldırmalı, yüksək ixtisaslı kadrlar yetişdirməliyik.
Çıxış edənlər bildirib ki, Nazirlər Kabinetinin qərarı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi tərəfindən böyük sevinc hissi ilə qarşılanıb.
Elmi Şuranın yekun qərarına əsasən, Universitetin əməkdaşlarının əməkhaqları 20 faiz artırılıb. Qərar yalnız professor-müəllim heyətinə yox, həm də texniki işçilərə şamil olunub.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!