Bakıda vəzifəli şəxs QƏTLƏ YETİRİLDİ .....                        İran "Sülh Sammiti"nə getmədi .....                        Bu şərtlə hücumları dayandırarıq... - Husilər .....                        Moskva Bakı ilə problemli məsələlərin həllini gözləyir - Kreml .....                        Dünyanın ən gözəl paytaxtı .....                        Tatarıstanda qayıq qəzası - 2 nəfər öldü .....                        "Taliban" kimi müki əhalini hədəfə almırıq - Pakistan .....                        Azərbaycanda 16 yaşlı qız ana oldu .....                        Mingəçevirdə zirzəmidən körpə tapıldı .....                       
Tarix : 11-02-2020, 14:30
AMEA-da kadr ixtisarları oldu

Yaxın dövrlərdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müxtəlifyönlü islahatların aparılması nəzərdə tutulur.
Butov.az Trend.az-a istinadən xəbər verir ki, bunu AMEA-nın akademik katibi Əminağa Sadıqov deyib.
O bildirib ki, bura struktur islahatları da aid ola bilər:
"Artıq Rəyasət Heyəti Aparatında müəyyən kadr ixtisarları olub. Eyni zamanda, strukturun optimallaşdırılması istiqamətində də müəyyən işlər görülüb".
Ə.Sadıqov qeyd edib ki, AMEA elmi tədqiqatlar apararkən kadr potensialı və maliyyə resurslarını dünya elminin tələb etdiyi istiqamətə yönəldəcək: "AMEA-nın 2020-2025-ci il üzrə inkişaf proqramı qəbul olunub. Bu proqramda akademiyanın inkişafı ilə bağlı mühüm müddəalar öz əksini tapıb. Eyni zamanda, prioritet istiqamətlərin müəyyənləşdirilməsi, resursların daha çox həmin istiqamətlərə yönəldilməsi nəzərdə tutulur".
AMEA-nın akademik katibi əlavə edib ki, dünya elmində daha çox aktual olan sahələr - nanotexnologiyalar, molekulyar biologiya, informasiya texnologiyaları və digər tədqiqatların Azərbaycanda da gündəmdə olmasını istəyirlər:
"Bununla yanaşı, respublikanın özünün sosial-iqtisadi inkişafının tələblərindən doğan məsələlərlə bağlı tədqiqatların aparılması gündəmdədir. Bu, daha çox tətbiqi tədqiqatların aparılmasını tələb edir. Buna görə də yaxın illərdə əsas tədqiqat istiqamətləri bu sahə üzrə olacaq". (trend)


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!