Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
11-12-2025, 16:00
Təbrik edirik!


Təbrik edirik!

Bu gün Zəngəzur mahalının Gığı Kənd Orta Məktəbinin 1975-ci il məzunu Həsən Piriyevin doğum günüdür. O Həsənin ki, məktəbi bitirəndən sonra düz 50 il yeniyetməlik dostumuzun üzünə həsrət qalmışıq. Elə ilk görüşümüzdə onun da dostların həsrətini necə çəkdiyinin şahidi olduq. Çox sevincli idi. Həm də ona görə ki, sinif yoldaşlarının isti münasibətini, doğmalığını və onu necə sevdiyimizi indi, ahıl çağında daha yaxşı hiss edirdi.
Bu görüşdən sonra Həsən bütün sinif yoldaşlarımızı öz halal süfrəsinə, əlinin qabarı, alnının tərilə qazandığı çörəyindən qismət kəsməyə dəvət elədi.

Nəbi, Xürrəm, Ramiz, Tamxil, Sahib, Sərvər, Pərvaz vədələşib Həsənin başına yığışdıq. Digər dostlarımız da telefon bağlantısı ilə səsimizə səs verib məclisimizə qoşuldular. Beləcə Həsənin sayəsində, xoş xatirələrlə yaddalan bir gün keçirdik. Bu gün isə bütün sinif yoldaşları Həsəni doğum günü münasibəti ilə təbrik edir, ona sağlam, uzun ömür arzulayırlar.

Əzizimiz Həsən, dünyamıza xoş gəlmisən! Ailənizə, övladlarınıza əminamanlıq, xoş güzəran arzusu ilə Gığı məktəbinin 1975-ci il məzunları!
11-12-2025, 15:55
Pezeşkian Qazaxıstanda Tokayevlə görüşdü


Pezeşkian Qazaxıstanda Tokayevlə görüşdü

İran Prezidenti Məsud Pezeşkian Qazaxıstana rəsmi səfər edib.
Məsud Pezeşkian Astanada Prezident Kasım-Jomart Tokayevlə görüşüb.
Görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış edən Kasım-Jomart Tokayev beynəlxalq aləmdə yüksək nüfuza malik İranın Qazaxıstanın Yaxın Şərqdə etibarlı tərəfdaşı olduğunu vurğulayıb.
O, Məsud Pezeşkianın səfərinin ikitərəfli əməkdaşlığın yeni səviyyəyə qaldırılmasına güclü təkan verəcəyinə əminliyini ifadə edib.
Qazaxıstan liderinin sözlərinə görə, nəqliyyat-logistika sahəsində əlaqələrin möhkəmləndirilməsi üçün əhəmiyyətli potensial var.
Pezeşkian İranın Mərkəzi Asiya regionu ilə mehriban qonşuluq münasibətlərinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
“Qazaxıstan bölgədəki vacib tərəfdaşımız və Xəzər dənizi ilə həmsərhəd olduğumuz qonşudur. Prezident Kasım-Jomart Tokayevlə aktual məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Biz bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı, istehsal, mədənçilik, nəqliyyat və logistika, elm, mədəniyyət, yeni texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə etdik. Düşünürəm ki, danışıqların nəticələrini yaxın gələcəkdə görəcəyik. Beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri üst-üstə düşür”, – Məsud Pezeşkian deyib.
11-12-2025, 15:49
Gömrükdəki əməliyyat “Mehdiyev işi” ilə əlaqəlidir? - YENİ FAKTLAR


Gömrükdəki əməliyyat “Mehdiyev işi” ilə əlaqəlidir? - YENİ FAKTLAR

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş
İdarəsində başlanan cinayət işi çərçivəsində Dövlət Gömrük Komitəsinin bir neçə vəzifəli şəxsi saxlanılıb.
Komitənin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə, İdarənin Liman Məntəqəsinin rəisi Fərid Usubov saxlanılanlar arasındadır. Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov da həbs edilib.
Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsi dəniz daşımaları və neft ticarəti ilə bağlı strateji yüklərə nəzarət edən qurumlardan biridir. Dövlət Gömrük Komitəsinin rəsmi saytında yerləşdirilən məlumata görə, hazırda İdarəyə Həsən Eyubov rəhbərlik edir.
Ondan əvvəl isə sözügedən qurumun rəisi Telman Mehdiyev olub. “EuroHome” ticarət mərkəzinin gizli sahibi olduğu iddia edilən Mehdiyev 2022-ci ilə qədər bu quruma rəhbərlik edib. Daha sonra Qərb Baş Gömrük İdarəsinin rəisi təyin edilib. O, 2023-cü ilin yanvarında “pensiya yaşı” ilə əlaqədar istefaya göndərilib.
Gömrük xidməti generalı olan Telman Mehdiyev ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. General Ramiz Mehdiyevin qardaşı oğlu kimi təqdim edilsə də, açıq mənbələrdə onların ailə bağları təsdiqlənmir. Ramiz Mehdiyev uşaqlıq illərini Naxçıvanda başqa ailədə keçirib və onun bioloji qohumları barədə ziddiyyətli məlumatlar mövcuddur.
Son günlər isə Telman Mehdiyevin adı yenidən gündəmə gəlib. “Ramiz Mehdiyev işi” çərçivəsində mümkün həbs olunacağı iddia edilən şəxslərin siyahısında onun da adının hallandırıldığı deyilir. Hazırda Dövlət Gömrük Komitəsində aparılan əməliyyatların "Mehdiyev işi" ilə əlaqəli olub-olmadığını məlum deyil.
Saxlanılan şəxslərə 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.
11-12-2025, 15:44
Əli Əsədov Türkmənistana getdi - FOTO


Əli Əsədov Türkmənistana getdi - FOTO

Bu gün Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfər edib.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Mammetxan Çakıyev və digər rəsmi şəxslər qarşılayıblar.


11-12-2025, 15:30
İlham Əliyev Türkmənistanın Prezidentinə məktub göndərdi


İlham Əliyev Türkmənistanın Prezidentinə məktub göndərdi

Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova məktub ünvanlayıb. Məktubda deyilir:
Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı ürəkdən təbrik edirəm.
1995-ci ilin dekabrın 12-də 185 ölkənin yekdil dəstəyi ilə BMT Baş Assambleyası tərəfindən Türkmənistanın daimi bitərəflik statusunu tanıyan qətnamənin qəbul edilməsi ölkənizin tarixinə qızıl hərflərlə həkk olunan əlamətdar hadisə idi. Bitərəflik siyasətini yürüdən ölkəniz ötən dövr ərzində bütün sahələrdə sürətlə inkişaf edərək əhəmiyyətli uğurlara imza atmışdır.
Türkmənistanın bitərəflik statusu sülhsevərlik, dialoq və qarşılıqlı hörmət prinsiplərinə söykənən xalqınızın tarixi irsinə və adət-ənənələrinə əsaslanır. Bu gün Türkmənistanın daimi bitərəflik siyasəti regionda və qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində vacib rol oynayır.
Biz ölkənizin bitərəflik siyasətinə daim hörmətlə yanaşırıq. Məhz bu səbəbdən Azərbaycan Respublikası həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.
İnanıram ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkmənistan dövlətlərarası münasibətlərinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, strateji tərəfdaşlığımızı dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Türkmənistan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm.
11-12-2025, 15:26
Xocalıda məqbərə yeri aşkarlandı


Xocalıda məqbərə yeri aşkarlandı

Builki arxeoloji qazıntılar nəticəsində Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib.
Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.
Hesabatda vurğulanıb ki, arxeoloq Şamil Nəcəfov Xocalı tarixi-arxeoloji kompleksi ərazisində tədqiqatlar aparıb. Bu il aparılan tədqiqatlar nəticəsində nekropol ərazisində yerüstü əlamətləri görünməyən, 70 sm dərinlikdə Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib.
Eyni zamanda, nekropolda tunc dövrünə aid daha bir kurqan aşkar edilib.
Hesabatda o da vurğulanıb ki, arxeoloq Müzəffər Hüseynov Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpə nekropolunda tədqiqatları davam etdirib.
Tədqiq edilmiş 38 nömrəli qəbirdə maraqlı dəfn adəti qeydə alınıb. Belə ki, içərisi materiallarla zəngin qəbir kamerası ağacla örtüldükdən sonra, ağacın üzərinə yenidən saxsı qablar və bəzək əşyaları qoyulub. Qəbir kamerasını örtən ağacların üzərinə arxeoloji materialların qoyulması ənənəsi əsasən Skif kurqanlarında izlənir.
Bildirilib ki, Muncuqlutəpə nekropolunda bu dəfn adətinin qeydə alınması Xocalı–Gədəbəy mədəniyyətinə məxsus tayfaların yeni dəfn ənənəsi kimi qiymətləndirilə bilər.
11-12-2025, 15:17
Qarabağda 4 min itkindən 500-nün qalıqları tapılıb - AÇIQLAMA


Qarabağda 4 min itkindən 500-nün qalıqları tapılıb - AÇIQLAMA

"Bu il Qarabağda insana aid 50-ə yaxın sklet qalıqları aşkarlanıb və ailələrinə təhvil verilib".
Bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun məhkəmə arxeologiyasının şöbə müdiri Akif Quliyev bildirib.
“Ümumilikdə 4 minə yaxın itkinimiz var. Onlardan 500 nəfərə yaxını aşkar edilib və laboratoriyaya göndərilib”, - Akif Quliyev qeyd edib.
O bildirib ki, bu il Kəlbəcər, Ağdərə, Xocavənd, Qubadlı, Zəngilan, Ağdam və s. ərazilərdə tədqiqat işləri aparılıb: “Əsasən şahid ifadələri ilə bağlı bu ərazilərdə tədqiqat aparmışıq. Tədqiqat zamanı sklet qalıqları ilə yanaşı, bütöv skletlər də aşkarlanıb”.
O bildirib ki, şöbə tərəfindən Tərtər, Beyləqan, Gəncə məzarlıqlarında naməlum qəbirlərin ekshumasiyası həyata keçirilib: “Bundan başqa, Bakının Şəhidlər xiyabanında da həmin qəbirlərdən DNT analizləri üçün qalıqlar götürülüb. DNT müsbət nəticələndikdən sonra həmin qalıqlar ekshumasiya edildi və ailələrinə təhvil verildi”.
Şöbə müdiri bildirib ki, 2025-ci il üçün tədqiqat işləri yekunlaşıb: “2026-cı ildən müvafiq qurumlarla birgə tədqiqat işlərini davam etdirəcəyik”.
11-12-2025, 15:00
Gömrük Komitəsinin saxlanılan əməkdaşları 6-ya çatdı


Gömrük Komitəsinin saxlanılan əməkdaşları 6-ya çatdı

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadənin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanıldığı barədə xəbər vermişdik.
Gömrük Komitəsinin daha 3 əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb.
Komitənin əməkdaşları Zaur Haşımov, Fərrux Haqverdiyev və Fariz Məhərrəmov barəsində də məhkəmənin qərarı ilə qətimkan tədbirləri seçilib.
Onlara Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov, Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov və digər şəxslər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İş üzrə ilkin olaraq ümumilikdə 6 nəfər ittiham olunur.
İş üzrə dəymiş ziyanın həcminin 5 milyon manatdan çox olduğu ehtimal edilir.
11-12-2025, 14:37
Şuşakəndə növbəti köç: 14 ailə doğma yurda qayıtdı - FOTO


Şuşakəndə növbəti köç: 14 ailə doğma yurda qayıtdı - FOTO

Dekabrın 11-də Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu mərhələdə Şuşakəndə 51 nəfərdən ibarət 14 ailə köçürülüb.
Mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyini, yol, su, elektrik, qaz və digər kommunal infrastrukturun tam təmin olunduğunu vurğulayıb.Sakinlər də doğma yurda qayıtmağın sevincini bölüşüblər.








11-12-2025, 14:32
Prezident məhkəmə ekspertizasına dair 5 illik Konsepsiyanı TƏSDİQLƏDİ


Prezident məhkəmə ekspertizasına dair 5 illik Konsepsiyanı TƏSDİQLƏDİ

Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya” təsdiq olunub.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək; Konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!