Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                        Avropa İttifaqından 2 Azərbaycan vətəndaşına SANKSİYA .....                        Bakıda bəzi sexlərin fəaliyyəti dayandırıldı - VİDEO .....                        Xüsusi Təyinatlıların buraxılış mərasimi keçirilib .....                        Ərdoğanın oğlundan atasına dəstək çağırışı .....                        Azərbaycanda bu heyvan növləri yoxa çıxıb .....                       
28-09-2025, 16:41
Hindistanda izdiham: Ölənlərin sayı 40-a çatdı


Hindistanda izdiham: Ölənlərin sayı 40-a çatdı

Hindistanın Tamil Nadu ştatında siyasi mitinqdə baş verən izdihamda ölənlərin sayı 40-a çatıb, 124 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə ştatın səhiyyə naziri M. Subramanian məlumat verib.
Onun sözlərinə görə, şənbə günü 36 nəfər xəstəxanaya aparılarkən yolda, daha dörd nəfər isə xəstəxanaya yerləşdirildikdən sonra ölüb. Onlardan doqquzu uşaqdır.
Nazir əlavə edib ki, yaralıların vəziyyəti əsasən stabildir.
Şənbə günü on minlərlə insan Karur rayonunda tanınmış aktyor və siyasətçi Vijayin mitinqində iştirak etmək üçün toplaşıb. O, 2026-cı ilin əvvəlinə təyin edilmiş ştat məclisi seçkiləri üçün təbliğat aparıb.
Yerli sakinlər qeyd ediblər ki, izdihamı idarə etmək üçün tədbirin ətrafında çoxlu barrikadalar və kəndirlər qurulub. Lakin aksiya o qədər böyüyüb ki, onu idarə etmək mümkün olmayıb. Siyasətçi 6 saatlıq gecikmədən sonra çıxışına başlayanda xaos və izdiham yaranıb.
28-09-2025, 16:24
Ukraynanın itkiləri məlum oldu


Ukraynanın itkiləri məlum oldu

Rusiya müharibənin 1313-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 87 130 PUA-sı, 631 zenit-raket kompleksi, 25 273 tank və digər zirehli texnikası, 1 592 reaktiv yaylım atəş sistemi, 30 010 artilleriya və minaatanı, 42 797 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
28-09-2025, 16:13
Moldovada parlament seçkiləri baş tutub - YENİLƏNİB


Moldovada parlament seçkiləri baş tutub - YENİLƏNİB

Moldovada parlament seçkiləri baş tutmuş hesab edilib.
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti məlumat yayıb.
MSK-nın məlumatına görə, yerli vaxtla saat 14:30-a səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçmiş Moldova vətəndaşlarının 33%-dən çoxu seçkilərdə iştirak edib. Bu, seçkiləri etibarlı elan etmək üçün tələb olunan minimum seçici sayıdır.
MSK günün birinci yarısında seçici fəallığının nisbətən aşağı olduğunu bildirib. Bununla belə, günortadan sonra həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə rəqəmlər yaxşılaşıb.

***

09:41

Bu gün Moldovada parlament seçkiləri keçirilir.
Sentyabrın 28-də Moldovada parlamentin XII çağırışına seçkilər başlayıb.
Seçicilər 101 deputatı dörd il müddətinə seçəcəklər. Səsvermə məntəqələri yerli vaxtla 07:00-dan 21:00-dək (Bakı vaxtı ilə 08:00-dan 22:00-dək) açıq olacaq.
Seçkilərin etibarlı sayılması üçün seçici siyahısına daxil olanların azı üçdə biri iştirak etməlidir.
Vətəndaşlar yalnız ölkə daxilində deyil, xaricdə yaradılan məntəqələrdə səs verə bilirlər. İlk dəfə olaraq, diaspora seçicilərinə 10 ölkədə poçtla səsvermə imkanı verilib.
Ümumilikdə seçkilərdə 23 iştirakçı qeydə alınıb: 15 siyasi partiya, 4 seçki bloku və 4 müstəqil namizəd. Parlamentə düşmək üçün partiyalar 5%, bloklar 7%, müstəqil namizədlər isə 2% səs baryerini keçməlidirlər.
Seçkilərin əsas rəqabəti hakim “Fəaliyyət və Həmrəylik Partiyası” (PAS) ilə müxalif “Patriot Bloku” arasında gedir. PAS-ın əsas vədi 2028-ci ildə Avropa İttifaqına üzvlük müqaviləsinin imzalanmasıdır. Partiya həmçinin əhalinin gəlirlərinin ikiqat artırılmasını, ixracın və yol infrastrukturunun genişləndirilməsini vəd edir.
“Patriot Bloku” isə qaz tariflərinin yarıbayarı azaldılacağı, bütün məktəblilərə pulsuz qida təmin ediləcəyi və pensiya yaşının yenidən 57 ilə qaytarılacağı ilə çıxış edir. Blokun aparıcı simaları İqor Dodon, Vladimir Voronin və Vasili Tarlevdir. Onlar seçkilərdən sonra nəticədən asılı olmayaraq etiraz aksiyaları keçirəcəklərini açıqlayıblar.
Ekspertlər proqnoz verirlər ki, PAS təxminən 40% səs toplasa belə, parlamentdə çoxluq əldə edə bilər.
28-09-2025, 15:59
Içimizdə qopduq özümüzdən!


İçimizdə qopduq özümüzdən!

Bir yarpaq kimi sovruluruq uzaqlara. Daim yetişməyə çalışırıq bir nöqtəyə, vergüllər arasında itdiyimizin fərqinə varmadan. Mənasız həyatın axışında məna tapmağa çalışan zavallı insanlarıq biz.
Bir payız yarpağı qədər xəfif iradəmizlə, öz həyatımızı şəkilləndirdiyimizi düşünürük, əslində küləyin bizi apardığı tozlu, yağışlı cığırlarla getsək belə. Lakin biz, bilmədiyimiz yerlərdə yox, öz içimizdə itən insanlarıq. O qədər uzaqlaşmışıq ki, sadəcə dalırıq bulanıq düşüncələrə, baxıriq uzaqlara. Amma gözlər boş baxır, qulaqlar səsləri eşidir, lakin dərk etmir, artıq heç nə əvvəlki kimi deyil. Musiqi ruhunuza toxunmur, sözlər qəlbinizi oxşamır, günəş içinizi isitmir. Aynaya baxıb gördüyümüz simadan, yuxusuzluqdan qaralan gözlərdən, yorğunluqdan şişmiş üzümüzdən diksinirik.
Bir gün kitabın arasından təsadüfən düşən uşaqlıq şəkiliniz çarpır nəzərinizə. Yaxından baxırsınız o balaca uşağa, bütün xatirələriniz keçir zehninizin dolanbac küçələrindən. Gözləriniz qeyri-ixtiyari yaşarır, üzünüzdə açıqlanmaz bir təbəssüm yaranır. O məsum simalı uşağa qarşı qəlbdən bir sevgi yaranır, onun kiçik aləmində etdiyi dəcəlliklərə rişxəndlə və fəxrlə gülürsünüz. Rəğbətlə baxdığınız o uşağa, artıq aynada nifrətlə baxdığınızı unudursuz.
İçimizdə qopduq özümüzdən!
Zamanla artıq məsumluqdan sıyrılıb, boynumuza yığılan yüklərin altında əzildik. Indisə özümüzə baxamaz hala gəldik. Aynalarla deyildir bizim savaşımız, içimizdəki ayna qırıldıqdan sonra qalarmı bir mənası?
Artıq o qədər çox səs var ki, içimizdəki cılız fısıltıya kar olduq, aynada baxdığımız insanın məsumiyyətinə kor olduq, qəlbimizdən keçən sözlər yerinə deməli olduğumuz sözləri səsləndirdiyimiz an lal olduq. İtdik, batdıq, öldük lakin dirilmədik. Özümüzə xəyanət etdiyimiz an köçdü ruhumuz bu dünyadan. Özünü təslim etdi səmalara, buludlara, uzaq sonsuzluğa...
Biz insanlar - qəlbindəki arzuları torpağa basdırıb, ruhunu səmaya tapşıran bitmişliyin adını qoyduq həyat...
Daha başlamadan məğlub olduq yaşamağa...

Ofeliya Qafarova
28-09-2025, 15:42
Loran Blan istefaya göndərildi


Loran Blan istefaya göndərildi

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu baş məşqçisi Loran Blanı istefaya göndərib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yerli çempionatın son turunda “Əl-Nəsr”ə məğlubiyyətdən (0:2) sonra fransalı mütəxəssislə bağlı qərar verilib.
Qeyd edək ki, Fransa millisinin sabiq baş məşqçisi 2024-cü ilin iyulundan “Əl-İttihad”ı çalışdırır. Komanda onun rəhbərliyi altında ilk mövsümündə liqa və Kral kubokunu qazanıb. “Əl-İttihad” bu mövsüm Səudiyyə Ərəbistanı çempionatına ardıcıl üç qələbə ilə başlayıb və yalnız son turda uduzub. Komanda 4 turdan sonra 9 xalla 3-cü pillədədir.
28-09-2025, 15:15
Şair Yavuz Bülent Bakiler vəfat etdi


Şair Yavuz Bülent Bakiler vəfat etdi

Türkiyəli şair Yavuz Bülent Bakiler vəfat edib.
Bu barədə Türkiyə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, 89 yaşlı şair "Harman", "Yalnızlık", "Duvak" ve "Seninle" kimi şeir kitablarıyla məşhur idi. Şair həmçinin Azərbaycan mədəniyyətinə və ədəbiyyatına dərindən bağlılığı ilə tanınırdı.
28-09-2025, 15:11
ŞƏHİD -- ŞAHİD


ŞƏHİD -- ŞAHİD

...Dayan! – deyib, yaxın gəldi, öpdü onun alnından
Yay gününün xoş səhəri, bir də dağlar küləyi...

(S.Vurğun)
Şəhadətin mübarək, ŞƏHİDİM...

İnsan oğlu ağrılara qarşı təhəmmülsüzdür. Hər kəs də öz ağrısını daha güclü, dözülməz bilir. Ancaq mən hər zaman Günəşimizin doğuşundan başlamış, zülmət qaranlığın çökməsinə, ildırımın qəzəbinə, yağışın səpilməsinə, üzərində çaylar axan daşların hansı sızıltı ilə cilalanmasına, torpağın bağrından qopan hər bir cücərtinin necə bir ağrı, həsrət dolu eşqlə işığa doğru can atmasına, habelə canlı aləmin öz ətrafına -- oranın flora və faunasına müvafiq şəkildə formalaşan hər bir əzasının hansı dərəcəli müqavimətlər toplusunun hesabına ərsəyə gəlməsi prosesinə insan zəkasının dərk etməyəcəyi mübhəm olduğu qədər də çəkilməz bir acının nəticəsi olduğuna təsirlənmişəm..
Mənə görə, Haqq, Gözəllik, Həyat uğrunda özünü unudub ümumun önünə keçən, bununla da müqəddəs yürüşə -- cihada tapınan hər bir qəlb şəhidlik məqamındadır.
Düşünün, dan yerini çatlatması ilə qızardaraq müqəddəsliyin ta əzəliliyindən boylanan əbədiyyət Günəşimizə varlıq fəlsəfəsi simvolu olan Eşq və Acı çəkmək görəvi, habelə bundan rişələnən Yaranış və Candan qopan Can kimi bir missiya əslində bir-birinin içində doğ(ul)an, ayrılmaz şəkildə cilvələnən, eyni zamanda da bir-birinin sonuna rəvac verrməklə laməkan candaşlarına növbəti dünya qazandıran müqəddəs qüvvə daşıyıcılarıdır. Bu mənada, təbiətin 1 gününü bir insanın nəsibinə yazılmış ömür payı ilə üz-üzə qoymaq mümkündür. "Bütün yollar Romaya aparır" timsalı, bu fırlanan dünyanın da hər bir nəfəs dərimi arasında müqəddəs eşqlə səngiməz acının ellipsvari bir trayektoriya çizmiş olduğunu dərk edəriksə, Şəhadətliyin də Ana torpağa nədən birmənalı şəkildə doğma olduğunu və bu müqəddəsliyə hər mənada say-seçmə aşiqlərinin layiq görüldüyünü həqiqətən anlayar, Göylərin bu unikal qərarını ruhən qəbul edərik.
Elə isə, ruhu Yaradanına, şəfəqləri yaradıldığı, tapşırıldığı cahana bağlı, mahiyyəti acılardan yoğrulmuş sönməz eşqin özü olan Günəş öz ruh əkizlərini -- bu müqəddəs missiyalı mücahidlərini -- bəşəri şəhadətlilərini şəfəqlərinə qarışdırrmağa niyə tələsməsin ki?..
Hörmətlərimlə: Gülgəz NUR

28-09-2025, 14:49
Türkiyədə güclü zəlzələ


Türkiyədə güclü zəlzələ

Türkiyənin Kütahya vilayətinin Simav rayonunda zəlzələ olub.
Bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) məlumat yayıb.
Vurğulanıb ki, 5,4 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla saat 12:59-da qeydə alınıb.
Zəlzələ İstanbul və İzmirdə hiss edilib.
28-09-2025, 14:02
İran: 16 İsrail pilotunu öldürdük


İran: 16 İsrail pilotunu öldürdük

İran öz raketləri ilə 16 İsrail pilotunu məhv edib.
Bunu İranın ali lideri Əli Xameneinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi bildirib.
“Biz komanda və idarəetmə mərkəzlərinə zərbələr endirdik. İran bir neçə raketi ilə İsrail ərazisində 16-dan çox israilli pilotu öldürüb”, - Səfəvi bildirib.
İranın “Sepah Pasdaran” Teleqram kanalı bildirib ki, müharibə zamanı Rusiya daim koordinasiyada idi.
28-09-2025, 13:35
Rusiyanı diplomatiyaya məcbur etməliyik - Zelenski


Rusiyanı diplomatiyaya məcbur etməliyik - Zelenski

Ukrayna Silahlı Qüvvələri Rusiyaya zərbələr endirməyə davam edəcək.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz Telegram kanalında məlumat verib.
"Biz Rusiyanı diplomatiyaya məcbur etmək üçün cavab zərbələrini davam etdirəcəyik", - deyə Zelenski yazıb.
Qətiyyətli addımlar atmaq üçün vaxt çoxdan çatıb deyən Zelenski ABŞ, Avropa, G7 və G20 ölkələrini Rusiyanın Ukraynaya zərbələrinə cavab verməyə çağırıb.
Zelenski bildirib ki, Rusiya Silahlı Qüvvələrinin sentyabrın 28-nə keçən gecə həyata keçirdiyi kütləvi hücum 12 saatdan çox davam edib. Onun sözlərinə görə, Rusiya ordusu təqribən 500 pilotsuz uçuş aparatı (PUA) və 40-dan çox raket, o cümlədən hipersəsli "Kinjal" raketlərindən istifadə edib.
Sentyabrın 28-nə keçən gecə Rusiya qüvvələri Ukraynadakı hərbi obyektlərə birgə zərbə endirib. Məlumata görə, Ukrayna səmasında 100-dən çox PUA aşkarlanıb. Bundan əlavə, Ukraynanın bir sıra digər bölgələrində, o cümlədən Sumi, Çerniqov və Odessada da partlayış səsləri eşidilib. Gecə hücumu zamanı Rusiya qüvvələri Zaporojye bölgəsində də mühüm infrastruktur obyektlərinə zərbələr endirib.
Sentyabrın 28-də səhər saatlarında Ukraynanın "Strana.ua" nəşri Rusiyanın "Geran-2" pilotsuz təyyarələrinin Kiyevi mühasirəyə alması barədə məlumat yayıb.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələri Zelenskinin bunkerini məhv edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!