26-11-2023, 22:09
Türkiyə və İran Prezidentləru Qəzzanı müzakirə etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.
Məlumatı Türkiyə tərəfi yayıb.
Telefon danışığı zamanı Qəzza zolağındakı vəziyyət, fələstinlilərə humanitar yardım və bölgədə daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.
Liderlər Ankarada keçiriləcək Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının hazırlıqları və gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar.
26-11-2023, 21:27
İsrailin Baş naziri Qəzza zolağına getdiİsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına gedib.
Bu barədə "Times of Israel" nəşri yazıb.
Bildirilir ki, Baş nazir İsrail ordusunun əsgərləri ilə görüşüb. O, HƏMAS qruplaşmasına qarşı müharibənin davam edəcəyini bildirib.
26-11-2023, 20:55
Məktəbdə insident: Şagird döyüldü, müəllim töhmət aldıBakıda 90 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi ilə bağlı məlumat yayılıb.
Məktəbdən bildirilib ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.
Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.
Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.
Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı jurnalist İntiqam Valehoğlu sosial şəbəkə hesabında paylaşıb.
26-11-2023, 20:44
“Sumqayıt” və “Zirə” oyunu qolsuz başa vurduNoyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunun sonuncu görüşündə “Sumqayıt” və “Zirə” komandaları üz-üzə gəliblər.
“Kapital Bank Arena”da keçirilən qarşılaşmada qapılara top vurulmayıb və komandalar meydandan qolsuz heç-heçə ilə ayrılıblar.
Bununla da Azərbaycan Premyer Liqasının XIV turuna yekun vurulub.
On dörd turdan sonra Premyer Liqaya 29 xalla “Qarabağ” klubu liderlik edir. “Zirə” 28 xalla ikincidir. Aktivlərində 22 xal olan “Sumqayıt” üçüncü, “Səbail” isə dördüncü pillədə yer alıb. Çempionatda sonrakı yerləri “Araz-Naxçıvan” (21 xal), “Neftçi” (19), “Sabah” (16), “Turan Tovuz” (15), “Qəbələ” (11) və “Kəpəz” (10) tutur.
26-11-2023, 20:10
HƏMAS daha 14 israillini sərbəst buraxdıHƏMAS girov saxladığı daha 14 israillini sərbəst buraxıb.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Qırmızı Xaç Cəmiyyətindən alınan məlumata görə, oktyabrın 7-dən Həmas hərəkatının əsirliyində saxlanılan 14 israilli girov və digər 3 əcnəbi yardımçılara təhvil verilib. Beləliklə, HƏMAS girovların üçüncü qrupunu azad edib.
Qeyd edək ki, bundan əvvəl HƏMAS ilk mərhələdə 13 İsrailli, 10 taylandlı və 1 filippinlini azad etmişdi. 13 İsrail və 4 Tayland vətəndaşından ibarət ikinci qrup noyabrın 26-na keçən gecə sərbəst buraxılıb.
26-11-2023, 19:49
Tanınmış meyxanaçının vəziyyəti ağırlaşıb - VİDEO“Ağakərimin vəziyyəti demək olar ki, yaxşı deyil. 7 ilə yaxındır ki, o, yataq xəstəsidir. Ağakərim nə otura, nə dura bilir”.
Bunu meyxanaçı Ağamirzə Məmmədov qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.
60 yaşlı söz xiridarı bildirib ki, yataq xəstəsi olan həmkarı Ağakərimin qulluğunda övladları durur:
“Ağakərimə övladları baxır. Halal olsun onlara. Ağakərim insanları tanımır. O, illər əvvəl insult keçirib. Şəkər xəstəsidir, təzyiqi var”.
Meyxanaçı efirdə digər həmkarları ilə bağlı da danışıb.
26-11-2023, 17:46
Yaşar Gülər Azərbaycanda səfərdədirTürkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" səhifəsində məlumat yayıb.
Türkiyə müdafiə nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda azərbaycanlı həmkarı Zakir Həsənov qarşılayıb.
Yaşar Gülər Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin toplantısında iştirak edəcək.
26-11-2023, 17:35
Sabirabadda yanğın - Xəsarət alan varSabirabadda yanğın olub, xəsarət alan var.
Bu barədə FHN-dən bildirilib.
Rayonun Çiçəkli kəndində həyətyanı sahəyə yığılan 40 ton ot bağlamasının 15 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
26-11-2023, 17:09
Aİ ölkələri Rusiyadan gizli təbii qaz alıbSanksiyalara baxmayaraq, Avropa İttifaqı (Aİ) ölkələri gizli şəkildə 2023-cü ildə 6,1 milyard avro dəyərində Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib. Bu da Rusiyanın bütün ixracının yarıdan çoxunu təşkil edir.
Bu barədə “Teleqraf” məlumat yayıb.
Nəşr qeyd edib ki, Avropaya, o cümlədən Baltikyanı ölkələrə LNG yüklərinin sayı artmaqda davam edir.
Ən böyük idxalçılar İspaniya və Belçikadır. Onların alışları 50% artaraq ümumi LNG idxalının müvafiq olaraq 26,5% və 37,2%-ni təşkil edir.
Mütəxəssislər Rusiyanın mayeləşdirilmiş təbii qazına tələbatın artımını Aİ-nin iqtisadiyyatı karbonsuzlaşdırma planları ilə əlaqələndirirlər. 2030-cu ilə qədər CO2 emissiyaları 55% azalmalıdır.
26-11-2023, 16:34
HƏMAS dörd liderinin öldüyünü təsdiqlədiFələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam” qruplaşması dörd liderinin öldüyünü təsdiqləyib.
Bu barədə HƏMAS-ın teleqram kanalında dərc olunan məlumatda deyilir.
Öldürülənlər arasında Vael Rəcəb, Rafaat Salman, Ayman Siyam və Şimal Briqadasının komandiri Əhməd əl-Qandur da var.
İsrail tərəfi isə bəyan edib ki, Fələstinin HƏMAS radikal təşkilatının silahlı qüvvələrinin 10-dan yüksək rütbəli komandiri məhv edilib.
İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir. İsraildə 1,4 min, Qəzza zolağında isə 7 mindən çox fələstinlinin həlak olduğu bildirilir.