20-11-2023, 17:33
Ermənistan gələcəyini milli maraqlarına əsasən planlaşdırmalıdır - PrezidentErmənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdır. Bunların müstəmləkə siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-da Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında deyib.
“Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
20-11-2023, 16:34
İşğaldan azad olunmuş ərazilərdə silahsızlaşdırma prosesi davam edirAzərbaycanın qazandığı 44 günlük müharibədən sonra da ərazilərimizə də qanunsuz silahlar daşınılıb. Hələ də silah anbarları aşkarlanır.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov bildirib.
Biz bu gün görürük ki, bu ərazilərdə hələ də silahsızlaşdırma prosesi davam edir.
20-11-2023, 16:09
XİN və Müdafiə Nazirliyi birgə brifinq keçirirAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə brifinqi keçirilir.
Brifinq Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik korpus və hərbi attaşelər üçün nəzərdə tutulub.
Brifinqdə XİN sözçüsü Ayxan Hacızadə və Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov iştirak edir.
20-11-2023, 15:38
Halal dərman vasitələri ayrı daşınmalıdır - Şöbə müdiri“Standarta əsasən, halal dərman vasitələri digər dərman vasitələrindən ayrı daşınmalı və saxlanmalıdır”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye sahəsinin standartlaşdırılması şöbəsinin müdiri Sehranə Rzayeva deyib.
Onun sözlərinə görə, bu növ dərman vasitələrinin daşındığı nəqliyyat vasitələri də gigiyena və sanitar qaydalara uyğun olmalıdır: “Halal dərman vasitələrinin daşınması zamanı məhsulların satış nöqtəsinə çatmadan əvvəl halal bütövlüyünün qorunması sahibkarın məsuliyyətidir və onun nəzarəti altında həyata keçirilir”.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu “Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər” yeni dövlət standartını qəbul edib.
20-11-2023, 15:17
27 minə yaxın insan işğaldan azad olun ərazilərə ziyarət edib“Yolumuz Qarabağa” portalı üzərindən Şuşa, Ağdam və Füzuli şəhərinə indiyədək ümumilikdə 639 reys həyata keçirilib".
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov Şuşa şəhərində keçirilən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında deyib.
O, “Yolumuz Qarabağa” portalı üzərindən Şuşa, Ağdam və Füzuli şəhərinə indiyədək təşkil edilən avtobus marşrutları barədə iclas iştirakçılarını məlumatlandırıb. “Bu istiqamət üzrə ümumilikdə 639 reys həyata keçirilib, 26 226 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib”.
20-11-2023, 14:04
Sabiq Prezident Zurabişvilidən əfv istədiGürcüstanın sabiq Prezidenti Mixael Saakaşvili dövlət başçısı Salome Zurabişvilidən əfv olunmasını istəyib.
O, bu barədə məhkəmə iclasında danışıb.
Saakaşvili bildirib ki, o, bir müddət Gürcüstandan kənarda olmalıdır: “Təbii ki, xanım Zurabişvili bir imza ilə atasını uşaqlara qaytara və ən əsası, Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər”.
Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki “Vivamed” özəl klinikasına aparılıb və bu günə kimi oradadır.
20-11-2023, 13:50
Azərbaycan və İraq arasında siyasi məsləhətləşmələr keçiriləcəkAzərbaycan və İraq arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Bununla bağlı iki ölkə arasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” imzalanıb.
Sənədin imzalanması mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İraqın xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə noyabrın 20-də iki ölkə arasında bir sıra sənədlər imzalanıb.
20-11-2023, 13:31
ABŞ regionun daxili işlərinə qarışmağı dayandırmalıdır - İran XİNAmerikalılar onlara aid olmayan işlərə qarışırlar.
Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasser Kənani ABŞ Dövlət katibinin müavini Ceyms O`Brayenin Azərbaycanla Naxçıvan arasındakı dəhlizin yaradılmasında İranın iştirakını tənqid etməsinə münasibət bildirərkən deyib.
“Amerikalılar onlara aid olmayan işlərə qarışırlar. İranın region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığı davam edir və amerikalıların İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.
Amerikalılar regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübədən dərs almalıdırlar”, - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
20-11-2023, 13:29
Əbdüllətif Camal Rəşidin şərəfinə rəsmi nahar verildiNoyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin adından İraq Prezidenti Əbdüllətif Camal Rəşidin şərəfinə rəsmi nahar verilib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
19-11-2023, 22:54
Millimiz Belçikada keçirilən oyunda məğlub oldu Bu gün AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində F qrupunda mübarizə aparan Azərbaycan millisi səfərdə Belçikanın qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-şeytanlar"ın heyətində 17, 26, 30 və 37-ci dəqiqələrdə Romelu Lukaku, 90-cı dəqiqədə Leandro Trossard fərqlənib. F qrupunun digər görüşündə İsveç Estoniyanı məğlubiyyətə uğradıb - 2:0.
Millimiz bundan öncəki oyunda doğma azarkeşlər önündə İsveç millisini darmadağın etmişdi: 3-0