Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
24-10-2023, 15:05
İsrailin Baş naziri “Hizbullah”a xəbərdarlıq etdi


İsrailin Baş naziri “Hizbullah”a xəbərdarlıq etdi

İsrail Baş naziri Benyamin Netanyahu “Hizbullah”a xəbərdarlıq edib.
Bu barədə İsrail Baş naziri Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb.
"Hizbullah” ciddi şəkildə bu müharibəyə qatılaraq səhv etsə, peşman olacaq", - İsrail hökumət başçısı deyib.
Netanyahu əlavə edib ki, “Hizbullah” sanki "İkinci Livan müharibəsi"nin həsrətindədir. O, İsrailin lazım gələrsə, tədbir görəcəyini və “Hizbullah”a qarşı dağıntıların ağlasığmaz olacağını vurğulayıb.
"Hizbullah” dəhşətli nəticələrlə üzləşməli olacaq", - o əlavə edib.
24-10-2023, 15:02
Həlak olan fələstinlilərin sayı 5791 nəfərə çatdı


Həlak olan fələstinlilərin sayı 5791 nəfərə çatdı

Toqquşmaların başladığı gündən bəri həlak olan fələstinlilərin sayı 5791 nəfərə çatıb.
Bu barədə “Reuters” Qəzza zolağının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, təkcə son 24 saat ərzində 704 nəfər həlak olub.
Qeyd edək ki, İsrailə HƏMAS-ın hücumu ilə başlanan müharibə oktyabrın 7-dən bu yana davam edir. İsrail tərəfində 1.4 min insan həyatını itirib.
24-10-2023, 14:47
Zakir Həsənov müdafiə nazirləri və generalları təltif etdi


Zakir Həsənov müdafiə nazirləri və generalları təltif etdi

"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunması barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.
Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.



24-10-2023, 14:31
Rusiyada Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq


Rusiyada Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq

Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq.
Söhbət sahibkarlıq və əmək fəaliyyəti üçün Ermənistan Respublikasının sürücülük vəsiqəsinin tanınmamasından gedir.
Dövlət Dumasının bu məsələni qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəldiyi bildirilib.
Qeyd edək ki, Rusiyada xarici ölkələrin sürücülük vəsiqələri yalnız şəxsi avtomobil istifadəsi zamanı tanınır. Lakin bu qayda Gömrük İttifaqına daxil olan ölkələrə şamil olunmayıb. Belə ki, İttifaqa üzv olan Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstanın sürücülük vəsiqələri sahibkarlıq və əmək fəaliyyəti üçün tanınıb. Yəni, bu ölkələrin sürücülük vəsiqəsi ilə vətəndaş taksi və yükdaşıma fəaliyyəti ilə məşğul ola bilib.
24-10-2023, 13:43
Xankəndi şəhərindən ilk verilişi hazırlandı


Xankəndi şəhərindən ilk verilişi hazırlandı

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Xankəndi şəhərindən ilk verilişi hazırlayıb.
"Sözümüz imzamızdır" verilişinin növbəti buraxılışı məhz Xankəndidə lentə alınıb.
Xankəndi ilk dəfə bu qədər detallı görüntülənib və ətraflı məlumatlar qeyd edilib.


24-10-2023, 13:22
İsrail Prezidenti: “İran Livanda odla oynayır”


İsrail Prezidenti: “İran Livanda odla oynayır”

“İran Livanda odla oynayır”.
Bunu İsrail Prezidenti İsxaq Hersoq fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat qarşısında çıxışında deyib.
O bildirib ki, İsrail Livandakı vəziyyəti yaxından izləyir:
“Hesab edirəm ki, “Hizbullah” və onun arxasında dayan şər imperiyası İran odla oynayır, regionda, Yaxın Şərqdə qeyri-sabitlik yaratmağa çalışırlar. Əgər “Hizbullah” bizi müharibəyə sürükləyərsə, bunun əvəzini Livanın ödəyəcəyi aydın olmalıdır”.
İsrail Prezident qeyd edib ki, Livan beynəlxalq ictimaiyyətin suveren üzvü ola bilməz, çünki “Hizbullah” üzvləri Livan pasportuna malikdir, belə ki, onlar İsrailə hücum edirlər və buna görə məsuliyyət daşımırlar: “Bu, belə ola bilməz. Beynəlxalq hüquqa əsasən, bizim özümüzü müdafiə hüququmuz var".
İsxaq Hersoq onu da bildirib ki, İsrailin şimal sərhədində “Hizbullah” döyüşçüləri ilə müharibə aparmaq niyyəti yoxdur, əksinə diqqət Qəzzada HAMAS-la mübarizəyə yönəlib.
24-10-2023, 12:53
Ağdam rayonunda silah-sursat aşkar olundu


Ağdam rayonunda silah-sursat aşkar olundu

Daxili işlər orqanlarının fəaliyyəti ilə mübarizədən azad edilmiş ərazilərdəki tərk edilmiş mövqelərdən silah-sursat və partlayıcı vasitələrin toplanması tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional bölməsindən verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin araşdırmaları rayonun Çullu ərazisində axtarış tədbirləri həyata keçirilib.
2 minaatan qurğusu, 7 pulemyot, 4 avomat, xeyli sayda çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.
24-10-2023, 12:39
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Oktyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
24-10-2023, 12:20
İsrailin Baş naziri Makronla görüşdü


İsrailin Baş naziri Makronla görüşdü

İsrail baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Bu barədə İsrail mətbuatında məlumat yayılıb.
Görüş Makronun ölkəyə səfəri çərçivəsində baş tutub. Söhbət zamanı tərəflər Fələstin-İsrail qarşıdurmasını, habelə qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
23-10-2023, 23:08
3+3 formatında Qəzza zolağındakı vəziyyət müzakirə edildi


3+3 formatında Qəzza zolağındakı vəziyyət müzakirə edildi

Tehranda keçirilən Cənubi Qafqaz üzrə 3+3 formatında toplantının iştirakçıları Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
Bu barədə İranın dövlət informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, Azərbaycan, Ermənistan, İran, Rusiya Federasiyası və Türkiyə xarici işlər nazirləri Qəzza zolağındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-də başlayıb. İsrail tərəfində 1,4 min, Qəzza zolağında isə 4 mindən çox insan həlak olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!