Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
11-09-2023, 15:37
İtkin düşmüş şəhidin cənazəsi Füzuliyə gətirildi


İtkin düşmüş şəhidin cənazəsi Füzuliyə gətirildi

Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş hərbçi Hüseynov Əli Heydər oğlunun qalıqları Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə gətirilib.
Əli Hüseynov Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 6 avqust 1993-cü ildə itkin düşüb. Şəhidin meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb. Qalıqlar bu gün Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə gətirilib.
Şəhidin qalıqları ata-anasının məzarlarının yanında torpağa tapşırılır.

11-09-2023, 15:32
Özbəkistan XİN: Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik


Özbəkistan XİN: Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik

"Özbəkistan Respublikası dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir və 9 sentyabr 2023-cü ildə Qarabağda keçirilmiş qondarma "prezident seçkilərini" tanımır".
Bu barədə Özbəkistan XİN-in X platformasındakı rəsmi səhifəsində paylaşım edilib.
11-09-2023, 15:26
Sahibə Qafarova Bolqarıstana rəsmi səfərə getdi


Sahibə Qafarova Bolqarıstana rəsmi səfərə getdi

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 11-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərinə rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, nümayəndə heyətinə Milli Məclisin deputatları - Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, Aqil Məmmədov, Anatoliy Rafailov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Sofiya beynəlxalq hava limanında nümayəndə heyətini Bolqarıstan Respublikası Milli Assambleyası sədrinin müavini Filiz Husmenova, parlamentin Azərbaycanla dostluq qrupunun rəhbəri Hamid Hamid, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə rəhbərliyi ilə bir sıra görüşləri nəzərdə tutulub.



11-09-2023, 15:23
Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri görüşdü


Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri görüşdü

Ankarada Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında görüş olub.
M.Gürak azərbaycanlı həmkarını rəsmi mərasimlə qarşılayıb.
Daha sonra tərəflər arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.
Qeyd edək ki, sentyabrın 11-də K.Vəliyevin Türkiyəyə rəsmi səfəri başlayıb. Səfər M.Gürakın dəvətilə həyata keçiilir.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.
Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.
11-09-2023, 15:18
Ermənistanla Çin arasında əməkdaşlıq memorandumu imzalandı


Ermənistanla Çin arasında əməkdaşlıq memorandumu imzalandı

Ermənistan və Çin elm sahəsində əməkdaşlığı dərinləşdirir.
İrəvanda Ermənistan Milli Elmlər Akademiyası və Çin Elmlər Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memoranduma əsasən, Ermənistan və Çin Elmlər Akademiyaları birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tədqiqatçıların mübadiləsi, elmi görüşlərdə iştirak və birgə konfrans və seminarların keçirilməsi, informasiya və elmi nəşrlərin mübadiləsi yolu ilə əməkdaşlığı inkişaf etdirəcəklər.
Memorandumu Ermənistan Milli Elmlər Akademiyasının prezidenti Aşot Saqyan və Çin Elmlər Akademiyasının vitse-prezidenti Çjan Yapinq imzalayıb.
Saqyan qeyd edib ki, Ermənistan və Çinin elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var: “Maraqlarımıza fizika, riyaziyyat, kimya və humanitar elmlər daxildir".
"Çin digər ölkələrlə, xüsusən də Ermənistanla əməkdaşlığa böyük əhəmiyyət verir, biz bu memorandumun imzalanmasına önəm veririk”, - Saqyanın çinli həmkarı deyib.
11-09-2023, 15:03
Qaribaşvilinin bu addımı böyük skandala çevrildi


Qaribaşvilinin bu addımı böyük skandala çevrildi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili oğlunu ABŞ-a oxumağa aparmaq üçün dövlət təyyarəsindən istifadə edib.
Onun bu addımı böyük skandala çevrilib.
Müxalifət və vətəndaş cəmiyyəti baş nazirin dövlət büdcəsindən şəxsi məqsədləri üçün istifadə etməsinə etiraz ediblər.
Hələlik hökumət xərclərin haradan qarşılandığını açıqlamayıb.
11-09-2023, 14:57
Ermənistan ABŞ sülhməramlılarıyla birgə təlimlərə start verdi


Ermənistan ABŞ sülhməramlılarıyla birgə təlimlərə start verdi

Ermənistan ABŞ sülhməramlıları ilə “Eagle Partner 2023” birgə təlimlərinə başlayıb.
Bu barədə AFP-yə ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığının nümayəndəsi məlumat verib.
ABŞ ordusunun adını açıqlamayan rəsmisinin sözlərinə görə, mərasim İrəvan yaxınlığındakı Zar təlim mərkəzində baş tutub.
Təlimlərdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edir.
11-09-2023, 14:52
İşğaldan azad olunmuş ərazilərdə 43 mina aşkarlandı


İşğaldan azad olunmuş ərazilərdə 43 mina aşkarlandı

Azərbaycanın Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ötən həftə ərzində (4-10 sentyabr ) işğaldan azad edilmiş ərazilərdə aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları barədə məlumat yayıb.
ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, ötən ay ərzində Tərtər, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilanda minatəmizləmə əməliyyatları aparılıb.
Əməliyyatlar zamanı 31 ədəd piyada və 12 ədəd tank əleyhinə mina, 214 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib.
Ümumilkidə 5,246 ha ərazi yoxlanılıb.
11-09-2023, 14:43
Yol Polisindən sürücülərə xəbərdarlıq


Yol Polisindən sürücülərə xəbərdarlıq

“Bütün sürücülər - hərəkət iştirakçıları idarə etdikləri avtomobillərin texniki saz vəziyyətdə olması üçün Azərbaycan Respublikası Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinə əsasən məsuliyyət daşıyır və bu proses daim diqqətdə saxlanılmalıdır.
Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, bu, “Yol Hərəkəti Haqqında Qanun”a uyğun olaraq sürücünün əsas məsuliyyəti və vəzifələrindən biridir:
“Texniki cəhətdən nasaz avtomobili idarə etdikdə sürücü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən yəni nəqliyyat vasitəsinin istismar qaydalarını pozduğuna görə məsuliyyət daşıyır belə olduğu halda vəziyyəti qiymətləndirilməklə 50 manatdan 150 manatadək miqdarda cərimə nəzərdə tutulur.
Sürücülər onu da unutmamalıdırlar ki, yolda nasaz vəziyyətdə idarə olunan avtomobil ən azı bir zolaqda hərəkəti məhdudlaşfırdıqda ciddi sıxlığa bəzən isə tıxacada səbəb ola bilir".
"Hər bir sürücü daha vacib və ciddi olan bir məqamıda unutmamalıdır ki nasaz nəqliyyat vasitəsi ilə törədilmiş qəza cinayət hadisəsinə səbəb olubsa bu halda həmin şəxsin məsuliyyəti dahada dərinləşir. Nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə idarə etmək sürücünü sərnişinləri və ətrafdakı insanların həyat və sağlamlığını qorumaqla yanaşı şəxsi bütün hallarda məsuliyyətdən uzaqlaşdırır. Beləliklədə digər hərəkət iştirakçılarının haqlı narazılığına və naratlığına səbəb olmamaq üçün nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə saxlanılmalı və istismar edilməlidir. Bir daha sürücülərdən xahiş edirik ki, yeni dərs ilinin başlanılması və paytaxtda nəqliyyatın intensivliyinin artması ərəfəsində məsuliyyət nümayiş etdirərək avtomobillərinin texniki cəhətdən sazlığına diqqət yetirsinlər”, - deyə Araz Əsgərli vurğulayıb.
11-09-2023, 14:33
Moskva və İrəvan yaxın olaraq qalır - Peskov


Moskva və İrəvan yaxın olaraq qalır - Peskov

"Ukrayna ilə danışıqların bərpası üçün heç bir ilkin şərtlər var idi və hələ də yoxdur".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Kiyev 2022-ci ilin martından ortaya çıxan reallıqları tanıyaraq Rusiya Federasiyası ilə danışıqlara başlamalı olacaq. Putin və Ərdoğan əlaqə saxlamağa davam edəcəklər, lakin indi növbəti təmas üçün dəqiq tarix yoxdur, lazım gələrsə, dərhal görüşə bilərlər. Avropa ilə dialoq indi faydasızdır, lakin Rusiya Federasiyası gələcəkdə onun bərpasına ümid edir. Ukrayna, İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı vəziyyət kökündən fərqlidir.
Rusiya Federasiyası Ermənistanla tərəfdaşlıq dialoqunda İrəvanın ABŞ-la birgə hərbi təlimlərə niyə ehtiyac duyduğunu anlamağa çalışacaq. Rusiya Federasiyası Ermənistanın KTMT-dən çıxmaq istəyi ilə bağlı rəsmi siqnalları görmür, sadəcə qərbyönlü analitiklərin arqumentləri var. Rusiya Ermənistanın yanında olub və yanındadır, mövcud problemlər dialoq yolu ilə həll edilməlidir. Rusiya müttəfiqi Ermənistan itirməkdən qorxmur, Moskva və İrəvan yaxın olaraq qalır", - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!