8-09-2023, 17:07
Peşə təhsili üzrə ixtisasların təsnifatında dəyişiklik edildiPeşə təhsili üzrə ixtisasların təsnifatında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərara əsasən, təsnifata edilən bir sıra dəyişikliklər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmiş hədəflərə uyğun olaraq peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi və müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığının əmək bazarının tələblərinin ödənilməsinin təmin edilməsi məqsədilə aparılıb.
Ümumilikdə, Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na 5 yeni ixtisas qrupu və 95 yeni ixtisas əlavə edilib, 24 ixtisas ləğv olunmuş və ya adı dəyişdirilib.
8-09-2023, 16:55
Strategiyamız Azərbaycana qarşı təxribatların qarşısını almaqdan ibarətdirAzərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsədilə planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir.
Bunu "Reuters"ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Bu, müntəzəm planlaşdırma prosesinin bir hissəsidir", - deyə Hikmət Hacıyev bildirib və əlavə edib ki, Ermənistanı öz qoşunlarını sərhəddə cəmləşdirir və yeni silah sistemləri alır.
Onun sözlərinə görə, Qarabağdakı qanunsuz erməni qüvvələri də öz kazarmalarından çıxaraq yüksək döyüş hazırlığı şəraitində cəbhə xəttindəki mövqelərə yerləşdirilib. “Bizim strategiyamız Azərbaycana qarşı hər hansı silahlı və ya qeyri-qanuni hərbi hərəkətlərin və ya təxribatların qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir”, - Hikmət Hacıyev bildirib.
8-09-2023, 16:44
“Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişiklik edildiPrezident İlham Əliyev “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin adı dəyişib.
Beləliklə, məktəb Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi adlanacaq.
8-09-2023, 16:32
“Qarabağ”dan ayrılan futbolçu Türkiyə klubuyla müqavilə imzaladı“Qarabağ”dan ayrılan Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubuna keçib.
29 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, təcrübəli qolkiper Azərbaycanda “Şahdağ” və “Sumqayıt” komandalarının da formasını geyinib.
8-09-2023, 15:23
Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutduSentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Bundan başqa, saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
8-09-2023, 14:56
Gürcüstanda təbii fəlakət 2 nəfərin həyatına son qoyduGürcüstanın Quriya bölgəsində təbii fəlakət nəticəsində 2 nəfər həlak olub.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xilasedici qüvvələr Silauri kəndində 82 yaşlı qadının cəsədini tapıblar. Qonşu kənddə də torpaq sürüşməsi nəticəsində 13 yaşlı uşaq ölüb.
Hazırda regionda axtarışlar davam edir. Bölgəyə 200 xilasedici cəlb olunub. Ümumilikdə 11 nəfər evakuasiya edilib.
8-09-2023, 14:38
Rusiya Ermənistandan kök toxumlarının idxalını qadağan edirErmənistandan Rusiya Federasiyasına kök toxumlarının idxalı qadağan ediləcək.
Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Qərar Rusiya və Aİİ üzvü olan ölkələr üçün karantinli olan “zebra çipi” bakteriyasının aşkarlanması ilə əlaqədar qəbul edilib.
Qadağa sentyabrın 11-dən qüvvəyə minir.
8-09-2023, 14:24
Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçiriləcəkSabah Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçiriləcək.
Bu barədə "Tasnim" məlumat yayıb.
Bildirilib ki, İran Silahlı Qüvvələri Baş Qərargahının nümayəndə heyəti iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirə olunacağı iclasda iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.
Heyətdə İran müdafiə nazirinin müavini, briqada generalı Mehdi Fərhi də var.
8-09-2023, 14:14
“Volvo” Rusiyanı tərk edir"Volvo"nun Rusiya aktivləri yerli investora verilib.
Rusiya Sənaye və Ticarət Nazirliyindən RİA Novostiyə bu barədə məlumat verilib.
Bildirilib ki, Kaluqadakı zavodda istehsalın tez bir zamanda yenidən başlaması üçün işlər aparılır.
Qeyd edək ki, bu vaxta qədər xeyli şirkət Rusiya bazarını tərk edib.
8-09-2023, 13:59
Xersona hava hücumuyla zərbələr endirildi - 3 nəfər öldüUkraynanın Xerson vilayətindəhava hücumu nəticəsində 3 nəfər həyatını itirib.
Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib.
Xerson vilayətinin Otradokamenka kəndinə idarə olunan aviabombanın endirilməsi nəticəsində 3 mülki şəxs (iki qadın və bir kişi) həlak olub, daha 4 nəfər yaralanıb. 2 dinc sakin də xəstəxanaya yerləşdirilib və orta ağır vəziyyətdədirlər.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.