“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                       
21-08-2023, 21:53
Seperatçıların Şuşa istiqamətindəki təxribatının qarşısı alındı


Seperatçıların Şuşa istiqamətindəki təxribatının qarşısı alındı

Qeyri-qanuni erməni silahlı dəstələrinin gücləndirmə tədbirlərinin qarşısı alınıb
Avqustun 21-də saat 19:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə Ural markalı hərbi nəqliyyat vasitəsində yerdəyişmə fəaliyyəti müşahidə edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimizin sayıqlığı nəticəsində qeyd olunan istiqamətdə qəti tədbirlər görülüb, yerdəyişmənin qarşısı alınıb.
21-08-2023, 21:18
Zelenski Yunanıstana səfər etdi


Zelenski Yunanıstana səfər etdi

Ukrayna prezidenti Volodimir Zelenski Yunanıstana səfər edib.
Bu barədə o, özünün teleqram kanalında yazıb.
Zelenski Yunanıstan baş naziri Kiriakos Mitsotakis ilə danışıqlar aparacaq. Onun Yunanıstan prezidenti Katerina Sakellaropulou ilə görüşü nəzərdə tutulub
Ukrayna Prezidenti, həmçinin Balkan liderlərinin Aİ-nin yüksək səviyyəli rəsmiləri ilə qeyri-rəsmi görüşündə iştirak edəcək.
Zelenski səfər çərçivəsində "əsaslı danışıqlara" ümid etdiyini söyləyib.
21-08-2023, 20:20
Ermənistanın etirazlarına dair müşahidələr Beynəlxalq Məhkəməyə təqdim edildi


Ermənistanın etirazlarına dair müşahidələr Beynəlxalq Məhkəməyə təqdim edildi

Bu gün Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işdə Ermənistanın qaldırdığı ilkin etirazlara dair öz müşahidələrini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib.
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "X"də bildirib.
Nazir müavini qeyd edib ki, Ermənistanın Beynəlxalq Konvensiyanı pozması birbaşa olaraq BƏM-in yurisdiksiyasına aiddir.
21-08-2023, 19:39
Erməni minalarıyla bağlı Kanadadan vacib açıqlama


Erməni minalarıyla bağlı Kanadadan vacib açıqlama

Kanadanın “Mines Action Canada” (MAC) aparıcı şirkətinin icraçı direktoru Erin Hant ölkəmizin azad olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış mina təhlükəsi barədə Fransa Azərbaycanlıları Koordinasiya Şurasının müraciətini cavablandırıb.
Azərbaycanda mina təhlükəsi ilə bağlı mövcud durum barədə məlumat verdiyi və bu məsələ ilə bağlı fikrini bölüşdüyü üçün Fransa Azərbaycanlıları Koordonasiya Şurasına minnətdarlığını bildirən Erin Hant bildirib ki, Kanada hökumətinin dəstəyi ilə MAC artıq bir neçə ildir Cənubi Qafqazda minaların təmizlənməsi prosesini müdafiə edir.
Bu müdafiə aksiyasının 2021-ci ildə uğurlu olduğunu xatırladan icraçı direktor bildirib ki, tezliklə bu fəaliyyətin yenidən müvəffəqiyyətlə təkrarlanacağına ümid edir. O, əlavə edib ki, şirkətləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) çalışan azərbaycanlı həmkarları ilə sıx işləyir.
Erin Hant vurğulayıb ki, bu ilin may ayında MAC adından Bakıya səfər edib və II Beynəlxalq humanitar mina fəaliyyəti konfransına qatılıb. Bu konfransın Bakı və Ağdamda keçirildiyini vurğulayan kanadalı mütəxəssis qeyd edib ki, minaların Azərbaycanda icmaların həyatına təsirini görə biliblər. Onun sözlərinə görə, Azərbaycanda mina təhlükəsi ilə bağlı öyrəndiklərini Kanada hökumətinin və parlamentinin rəsmiləri ilə bölüşüb.

21-08-2023, 18:50
İdmançımız festivalda finala yüksəldi


İdmançımız festivalda finala yüksəldi

Azərbaycanın yunan-Roma güləşi üzrə idmançısı Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında finala yüksəlib.
Ölkəmizi təmsil edən güləşçi Sərxan Məmmədov (130 kiloqram) yarımfinalda İran təmsilçisi Soheyl Yousefi Sanganini məğlub edib və finala yüksəlib.
Xatırladaq ki, bu gün yunan-Roma güləşi üzrə daha 3 idmançımız - Elvin İbadov (55 kiloqram), Ziya Babaşov (63 kiloqram) və Səid Axundzadə (82 kiloqram) növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.
21-08-2023, 18:06
Türkiyədə hökumət toplantısı keçirilir


Türkiyədə hökumət toplantısı keçirilir

Türkiyə hökumətinin toplantısı keçirilir.
Toplantıya prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edir.
Toplantıda ölkənin qarşısında duran cari məsələlərin və gündəlikdəki digər mövzuların müzakirəsi nəzərdə tutulub.
21-08-2023, 17:55
İranlı general Moskvaya səfər etdi


İranlı general Moskvaya səfər etdi

İranın Quru Qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydərinin başçılıq etdiyi hərbi nümayəndə heyəti Rusiya Müdafiə Nazirliyi ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Moskvaya gəlib.
Çi, artıq Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukovla danışıqlar aparıb.
“Oleq Salyukov və İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri əməkdaşlığın artırılması barədə razılığa gəliblər. Görüş zamanı quru qoşunları arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da artırılmasına dair razılıqlar əldə olunub”, - deyə qeyd olunub.
Heydəri son vaxtlar Rusiyaya səfərə gələn yeganə yüksək rütbəli iranlı hərbçi deyil. Belə ki, bir həftə əvvəl İranın Moskvadakı səfirliyi öz saytında Moskva Təhlükəsizlik Konfransı və "Ordu-2023" forumuna daha bir yüksək rütbəli hərbi nümayəndə heyətinin Rusiyaya gəldiyini açıqlamışdı. Bu nümayəndə heyətinə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Əziz Nəsirzadə rəhbərlik edirdi.
21-08-2023, 17:42
Avqust ayı ərzində 337 mina aşkarlandı


Avqust ayı ərzində 337 mina aşkarlandı

Avqustun 14-dən 20-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 453,9 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.
Bu barədə ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.
Məlumata əsasən, Tərtər, Ağdam, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 234 piyada əleyhinə, 103 tank əleyhinə mina, 53 partlamamış hərbi sursat aşkarlanıb.
21-08-2023, 17:22
Türkiyənin XİN Başçısı Rusiya səfirini qəbul etdi


Türkiyənin XİN Başçısı Rusiya səfirini qəbul etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Aleksey Yerxovu qəbul edib.
Bu barədə Türkiyə XİN-in X-dəki rəsmi səhifəsində paylaşım olunub.
Detallar açıqlanmayıb.
21-08-2023, 16:59
Rusiya hərbiçilərinin övladları üçün yerlər xüsusi kvota ayrıldı


Rusiya hərbiçilərinin övladları üçün yerlər xüsusi kvota ayrıldı

Ukraynadakı müharibədə iştirak etmiş 300-dən çox Rusiya hərbçisinin övladları 2023-cü ildə Moskva Dövlət Pedaqoji Universitetinə, Ali İqtisadiyyat Məktəbinə və Moskva Aviasiya İnstitutuna daxil olub.
Bu barədə universitet rektorları bildiriblər.
Qeyd olunub ki, hərbiçi övladları üçün yerlər xüsusi kvota çərçivəsində ayrılıb.
2022-ci ilin sonunda Rusiya prezidenti Vladimir Putin Ukraynada döyüşənlərin, habelə "Rusiya Qəhrəmanı" adı və "Şücaət" ordeni alanların övladlarının kvota əsasında universitetlərdə təhsil ala biləcəkləri barədə qanunu imzalayıb.
Belə tələbələr universitetin hər il müəyyən etdiyi ayrıca kvota çərçivəsində qəbul edilir. Kvota qeydiyyat üçün bütün yerlərin ən azı 10%-i olmalıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!