13-08-2023, 10:51
Qobuda avtomobil sexi yandıAbşeron rayonunun Qobu qəsəbəsində içərisində avtomobil olan təmir sexi yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları və içərisində təmirə dayanan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
13-08-2023, 10:24
Boksçularımız yarışları 10 medalla başa vurduBelarusda keçirilən II MDB Oyunlarında boks yarışlarına yekun vurulub.
Azərbaycan Boks Federasiyasından millimiz turniri 10 medalla başa vurub.
Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş mükafata sahib olublar.
Digər boksçularımızdan Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə Oyunları bürünc medalla bitiriblər.
Yığmamız bu nəticə ilə komanda hesabında 5-ci yeri tutub. Qeyd edək ki, boksçularımız Bakıya avqustun 14-də qayıdacaqlar.
13-08-2023, 10:05
Səudiyyə Ərəbistanı Fələstinə səfir təyin etdiSəudiyyə Ərəbistanının İordaniyadakı diplomatik missiyasının rəhbəri Naif əl-Sudeyri, eyni zamanda Fələstinə səfir təyin edilib.
Naif əl-Sudeyri etimadnaməsini Fələstin Prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib. Etimadnamələrin təqdimetmə mərasimi Fələstinin Əmmandakı səfirliyinin binasında baş tutub.
Qeyd edək ki, Əl-Sudeyri Səudiyyə Ərəbistanını Fələstində təmsil edən ilk diplomatdır.
12-08-2023, 20:53
Türkiyədə meşə yanğını başladıTürkiyənin Burdur vilayətində meşə yanğını başlayıb.
Yanğın vilayətin Bucak rayonunda baş verib.
Hadisənin səbəbi hələlik bəlli deyil.
Yanğının söndürülməsi üçün bölgəyə 2 helikopter, 5 təyyarə və çoxlu sayda canlı qüvvə cəlb edilib.
12-08-2023, 20:53
Türkiyədə meşə yanğını başladıTürkiyənin Burdur vilayətində meşə yanğını başlayıb.
Yanğın vilayətin Bucak rayonunda baş verib.
Hadisənin səbəbi hələlik bəlli deyil.
Yanğının söndürülməsi üçün bölgəyə 2 helikopter, 5 təyyarə və çoxlu sayda canlı qüvvə cəlb edilib.
12-08-2023, 20:26
Zaxarova:“Krım körpüsünə hücumlar qəbuledilməzdir”Ukrayna silahlı qüvvələrinin Krım körpüsünə hücumları cavabsız qalmayacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib .
“Biz bu terror aktlarını qətiyyətlə pisləyirik. Krım körpüsü sırf mülki infrastruktur obyektidir, ona hücumlar qəbuledilməzdir. Ötən ilin payızından bu cür hücumlara məruz qalıb", - o deyib.
Qeyd edək ki, bu gün, avqustun 12-nə keçən gecə körpüyə 20 pilotsuz uçuş aparatı ilə hücum edilib.
Daha sonra Rusiya Federasiyasının Müdafiə Nazirliyi körpünün üzərindən S-200 raketinin vurulması barədə məlumat yayıb.
12-08-2023, 19:20
Eyfel qülləsi bomba həyəcanı ilə boşaldıldıBu gün Fransanın paytaxtı Parisdə yerləşən Eyfel qülləsi bomba iddiasına görə boşaldılıb.
Naməlum şəxsin qüllədə bomba partladacağı barədə şayiələr yayılıb.
Məlumata görə, həmin şəxs bunu yerli televiziya kanallarından birinə zəng edərək bildirib.
Hadisədən sonra Eyfel qülləsində geniş təhlükəsizlik tədbirləri görülüb və daha sonra yenidən ziyarətçilərin üzünə açılıb.
12-08-2023, 19:11
Britaniya admiralı Kiyevə səfər etdiBritaniya Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin Kiyevə səfər edib.
O, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə görüşüb.
Zalujnı Radakini döyüş meydanındakı vəziyyət, Ukrayna hərbçilərinin hücum və müdafiə hərəkətləri barədə məlumatlandırıb.
Ali rütbəli zabitlər Ukrayna ordusunun təcili ehtiyaclarını müzakirə ediblər.
12-08-2023, 18:28
Qazimiz qəzaya düşərək öldüAğcabədidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Sarvanlar kəndi ərazisində qeydə alınıb.
Mirzəyev Racim Çingiz oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə R.Mirzəyev hadisə yerində həyatını itirib.
R. Mirzəyevin 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir. O, "Füzulinin azad olunmasına görə" ,"Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Faktla bağlı araşdırma aparılır.
12-08-2023, 18:11
Ermənilər Xocavənd istiqamətində mövqelərimizi atəşə tutduAvqustun 12-si saat 15:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətrdə adekvat cavab tədbirləri görülüb.