“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                       
26-07-2023, 19:52
Yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir - Hikmət Hacıyev


Yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir - Hikmət Hacıyev

"Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, qüvvələrinin bir hissəsini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı və qanunsuz marionet rejimini maliyyələşdirməyi dayandırmalıdır".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında bildirib.
O, Avropa İttifaqı ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra qeyd edib ki, Ermənistan tibbi evakuasiya və çatdırılma üçün istifadə edilən Laçın yolu məsələsində siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur. Xankəndindəki separatçıların marionet “liderləri” yerli əhalini öz siyasi ambisiyalarının girovu kimi saxlayırlar.
Prezidentin köməkçisi xatırladıb ki, Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Bu, BQXK-nın bəyanatında da təsdiqlənib.
"Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!", - deyə H.Hacıyev əlavə edib.
26-07-2023, 19:15
Lənkəran rayon İcra başçısının qardaşı intihar etdi


Lənkəran rayon İcra başçısının qardaşı intihar etdi

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı intihar edib. İcra başçısının qardaşı Azər Qaraşov bu gün yaşadığı Kürdəmir rayonunun Pirəköcə kəndində özünü güllələyib. O, hadisə yerində vəfat edib.
İcra Hakimiyyətindən bildirilib ki, Azər Qaraşov silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən dünyasını dəyişib.
Qeyd edək ki, xeyli vaxt müxtəlif vəzifələrdə çalışmış Azər Qaraşov hazırda işsiz idi.
26-07-2023, 18:47
İntihar edən əsgərimizin fotosu yayıldı


İntihar edən əsgərimizin fotosu yayıldı

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əyyubov Telman Məhəmməd oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.
İntihar edən hərbçimiz Qazax rayonundandır.
Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İntihar edən hərbçimizin fotosunu təqdim edirik:
26-07-2023, 18:04
Kərkükdən Bakıya birbaşa uçuşlar başlayır


Kərkükdən Bakıya birbaşa uçuşlar başlayır

Avqusutun 1-dən "İraq Hava Yolları" şirkəti Kərkük-Bakı-Kərkük istiqamətində birbaşa uçuşlara başlayacaq.
Bunu Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov tvitter hesabında bildirib.
“Daha sonra Bakıdan Bağdada, Ərbilə və Bəsrə şəhərlərinə uçuşlar həyata keçiriləcək", - deyə o qeyd edib.
26-07-2023, 17:36
“Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirildi


“Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirildi

İyulun 26-da Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının TUSAŞ şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən imzalanma mərasimində Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün və digər rəsmilər iştirak edib.
Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın diqqətdə saxladığı layihədə qardaş ölkənin müdafiə sənayesinin daxili, eləcə də milli imkan və vasitələrindən maksimum istifadə edilməsi nəzərdə tutulub.

26-07-2023, 17:28
Moldova MDB-nin hərbi sazişlərindən çıxır


Moldova MDB-nin hərbi sazişlərindən çıxır

Moldova Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində silahlı qüvvələr və sərhəd qoşunları, eləcə də strateji silahlı qüvvələr haqqında sazişlərdən çıxacaq.
Bu barədə Moldovanın müdafiə naziri Anatoli Nosati hökumətin iclası zamanı məlumat verib.
O qeyd edib ki, qanun layihələri tezliklə Moldova parlamentinə təqdim ediləcək.
"Hökumət müqavilələrin denonsasiyasını təsdiqləyib. Bu sənədlər 1991-ci il dekabrın 30-da Minskdə imzalanıb, lakin Moldova Respublikası tərəfindən hələ də həyata keçirilməyib. İndi bu müqavilələrdən çıxmaq barədə qərar qəbul edilib”, - deyə Nosati bildirib.
Onun sözlərinə görə, Kişinyovun müqavilələrdən çıxması heç bir mənfi siyasi nəticələrə səbəb olmayacaq, çünki Moldova BMT çərçivəsində təhlükəsizlik sisteminin bir hissəsi olaraq qalacaq. Nazir vurğulayıb ki, Moldova “respublika ərazisinə xarici qoşunların yerləşdirilməsinə imkan verməyən daimi neytrallığı saxlamaq” niyyətindədir.
Moldova hakimiyyəti 2022-ci ildə Ukraynada müharibənin başlamasından az sonra MDB-dən çıxmaq niyyətində olduğunu bildirib. Ötən ilin yazında Kişinyov faktiki olaraq Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası və Xarici İşlər Nazirləri Şurası kimi əsas orqanlarında fəaliyyətini dayandırıb. Moldova hakimiyyəti ölkənin MDB çərçivəsində bağlanmış əksər sazişlərdən çıxması ilə bağlı ardıcıl qərarlar qəbul edir.
26-07-2023, 16:16
Milli Kitabxana növbəti virtual sərgini istifadəçilərin ixtiyarına verib


Milli Kitabxana növbəti virtual sərgini istifadəçilərin ixtiyarına verib

İyulun 21-i təcrübəli pedaqoq, tarixçi-müəllim, tədqiqatçı, şair-jurnalist Təranə Cəbiyevanın doğum günüdür.
Təranə Kommuna qızı Cəbiyeva 1968-ci il iyulun 21-də Bakı şəhərində anadan olub. 1988-1994-cü illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya fakültəsində, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda tarix fənni üzrə təhsil alıb.
Tələbəlik illərindən başlayaraq pedaqoji əmək fəaliyyətinə başlayıb. 2001-ci ildən eyni zamanda “Şərqin səsi” qəzetinin redaksiyası ilə əməkdaşlıq etməyə başlayıb. Elə o vaxtdan da elmi, bədii və publisistik yaradıcılığı daha da çiçəklənib. “Şərqin səsi” qəzetinin şöbə müdiri, “Elm və Təhsil” qəzetinin redaktor müavini vəzifəsinə irəli çəkilib.
Bir-birinin ardınca “Abdulla Şaiq”, “Həsən bəy Zərdabi”, “Qızıl Qələm”, “Vicdanlı Qələm” və bir sıra başqa mükafatlara layiq görülüb. Azərbaycan Respublikası “Təhsil” Mərkəzi tərəfindən “XXI Əsrin Ziyalısı” Fəxri mükafatı ilə təltif olunub. Dövri mətbuatda müntəzəm olaraq jurnalist, publisist, tarixçi kimi çıxış edib, Azərbaycanın maddi-mədəniyyət abidələri, Bakı kəndlərinin qədim tarixi, milli təhsilimizin problemləri, qabaqcıl pedaqoqlar, incəsənət, mədəniyyət xadimləri haqqında 1000-ə qədər məqaləsi çap olunub. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinə üzvdür.
AZƏRTAC xəbər verir ki, yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Təranə Cəbiyeva” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, Təranə Cəbiyevanın müəllifi olduğu kitab və məqalələr nümayiş olunur.
26-07-2023, 16:01
“ASAN”da dövlət orqanlarının xidmətləri artırıldı


“ASAN”da dövlət orqanlarının xidmətləri artırıldı

“ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin sayı artırılıb.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmana edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlər də həyata keçiriləcək:

- şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıda (çipdə) məlumatların dəyişdirilməsi:
- daşınmaz əmlakın real bazar dəyərinin qiymətləndirilməsinə dair arayışın verilməsi;
- daşınmaz əmlakın dövlət reyestrindən əmlakın təsviri və ünvanı barədə məlumatların verilməsi;
- daşınmaz əmlak obyektinin (torpaq sahəsinin) sxematik bölgüsünün aparılması və bölgü planının verilməsi;
- torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi;
- daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı arxiv arayışlarının, hüquqi və texniki sənədlərin (planların) təsdiq edilmiş surətlərinin verilməsi;
- yerquruluşu planının verilməsi;
- daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi;
- ünvan reyestri məlumat bazasından arayışların verilməsi;
- ünvan xəritələrindən çıxarışların verilməsi;
- daşınmaz əmlaka dair texniki sənədlərin dublikatının verilməsi;
- daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi;”.
- ixrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi;
- ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi;
- mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazənin verilməsi;
- Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik enerjisinin istehsalına icazənin verilməsi;
- elektrik enerjisinin nəqlinə icazənin verilməsi;
- elektrik enerjisinin paylanmasına icazənin verilməsi;
- elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi;
- qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi;
- qazın nəqli üçün icazənin verilməsi;
- qazın paylanmasına icazənin verilməsi;
- yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi;
- neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi;
- neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi;
- neft və neft məhsullarının emalına icazənin verilməsi;
- neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi;

Təhsil sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

- təhsilalanlara təhsil müəssisələrində təhsil almalarına dair arayışların verilməsi;
- sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatların verilməsi;

Fövqəladə hallar sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
- təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarışın verilməsi;
- partlayıcı maddələrin və qurğuların, tezalışan maddələrin və pirotexniki məmulatların dövriyyəsinə xüsusi icazənin verilməsi;

Ətraf mühitin mühafizəsi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:
- atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin verilməsi;
- balıqovlama biletinin verilməsi;
- ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə ovçuluq biletinin verilməsi, biletin müddətinin uzadılması;
- ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların dövriyyəsinə xüsusi icazənin verilməsi.
26-07-2023, 15:56
Ərdoğan fələstinli həmkarlarıyla görüşdü


Ərdoğan fələstinli həmkarlarıyla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbas və HƏMAS hərəkatının lideri İsmayıl Haniyə ilə görüşüb.
Bu barədə TRT məlumat yayıb.
Görüş Ankarada baş tutub və mətbuata qapalı keçirilib. Danışıqların detalları açıqlanmayıb.
26-07-2023, 15:45
Hindistan İran yoluyla Ermənistana silah verir


Hindistan İran yoluyla Ermənistana silah verir

İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana hərbi yükün olduğu avtomobil karvanının hərəkəti videogörüntülərdə qeydə alınıb.
Yük İranın Bəndər Abbas limanına çatdırılıb.
Yük maşınlarının üzəri örtülsə də, onların hərbi məqsəd daşıdığı aydın görünür. Bildirilib ki, silah göndərən tərəf son vaxtlar Ermənistanın hərbi-texniki əməkdaşlığını sürətlə artırdığı Hindistandır.
Açıq mənbələrdən məlum olduğu kimi, Ermənistan və Hindistan 400 milyon dollarlıq hərbi müqavilə imzalayıb.
Son zamanlar iki ölkənin hərbçiləri arasında tez-tez təmasların olması da hərbi əməkdaşlığın güclənməsindən xəbər verir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!