“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                       
24-07-2023, 16:06
Ermənistan bəyanatla çıxış etməli idi ki, ərazi bütövlüyümüzü tanıyır - Prezident


Ermənistan bəyanatla çıxış etməli idi ki, ərazi bütövlüyümüzü tanıyır - Prezident

Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən də bəhs edib.
Dövlətimizin başçısı bildirib: “Düşünürəm ki, ona ən yaxın gələcəkdə nail olmaq olar. Nəyə görə mən bu cür düşünürəm, çünki Ermənistan çox mühüm bəyanatla çıxış etməli idi ki, onlar nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, - əslində, onlar bunu rəsmən ötən ilin oktyabrında bəyan etdilər və sonra bir neçə dəfə təsdiqlədilər, - həmçinin bu ilin mayında onlar bunu aydınlaşdırdılar, çünki biz tələb etdik ki, onlar Qarabağı Azərbaycanın hissəsi kimi tanıdıqlarını qeyd etsinlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır”.
24-07-2023, 15:42
İraq səfirliyi qarşısında etiraz - “Quran” yandırıldı


İraq səfirliyi qarşısında etiraz - “Quran” yandırıldı

Bu gün Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən İraq səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Aksiya zamanı iki etirazçı İslamın müqəddəs kitabı olan "Quran"ı yandırıb.
"Danimarka Patriotları" adlanan qrup üzvləri səfirliyin önündə İraq bayrağını tapdalayıb və "Quran"ı yandırıblar. Onlar qrupun sosial media hesablarında aksiyanı canlı yayımlayıblar.
Qeyd edək ki, son aylarda Danimarka və İsveçdə bir neçə dəfə müqəddəs "Quran" kitabı yandırılıb. İran və İraqda kitabın yandırılmasına qarşı etirazlar keçirilib. İraqda etirazçılar İsveçin Bağdaddakı səfirliyini yandırıblar.
24-07-2023, 15:27
Prezident Zəngəzurda gedən işlərlə bağlı danışdı


Prezident Zəngəzurda gedən işlərlə bağlı danışdı

“Elədir, bəli, bu, həqiqətdir. Yeri gəlmişkən, biz bu səbəbdən bu marşrutun qurulmasına və çəkilməsinə başladıq, çünki o, mövcud deyildi. Bu, Azərbaycanın irəli sürdüyü və Türkiyə ilə Gürcüstandakı tərəfdaşlarımızın fəal dəstəyini almış yeni daşımalar yoludur, bağlantıdır və infrastrukturdur”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində müxbirin “Məndə çox maraqlı məlumatlar var ki, Sizinlə bölüşmək istərdim. Oradan görünür ki, Çindən Avropaya göndərilən mallar dənizlə orta hesabla 36 gün çəkir, əgər siyasi məsələlər olmasa, Transsibir marşrutu ilə 20 gün çəkir və Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, Orta Dəhlizlə isə cəmi 12 gün çəkir” sualına cavabında söyləyib.
“2017-ci ildə burada - Bakıda həmin layihənin rəsmi açılışı baş tutdu. Həmin vaxt Orta Dəhlizlə daşımalar hələ ki, prioritetlərdən biri hesab edilmirdi. Buna görə, biz lazım olduğu qədər yüklərin daşınma həcminə sərmayələr yatırdıq. Lakin hazırda biz nə ilə məşğuluq? Biz həmin yolun təkmilləşdirilməsi işlərinə artıq bir neçə ay bundan əvvəl başladıq və nəticədə, həmin marşrutla əvvəlcə nəzərdə tutulduğundan beş dəfə artıq yüklər daşına biləcək.
Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq. Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni, əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. Əslində, bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, bu ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Əslində, təsəvvür etdiyinizdən də geniş fürsətdir”, - Prezident qeyd edib.
24-07-2023, 14:16
Xələf Xələfov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edildi


Xələf Xələfov Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edildi

Xələf Əli oğlu Xələfov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Xələf Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin olunub.
24-07-2023, 14:08
"Twitter"in loqosu dəyişdi


"Twitter"in loqosu dəyişdi

"Twitter" mikrobloqunun loqosu dəyişib.
Sosial şəbəkənin loqosu mavi quşdan qara konturlu ağ rəngli "X"ə dəyişdirilib.
Yeni loqo "Twitter"in başlığında və səhifə yeniləndikdə görünür.
Sosial şəbəkənin sahibi İlon Mask bir gün əvvəl dəyişikliklər ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, yeni loqo insanların qeyri-kamilliklərini əks etdirir və onları unikal edir.
Xatırladaq ki, İlon Mask "Twitter"i ötən il 44 milyard dollara satın alıb.
24-07-2023, 13:49
"Kapital Bank"ın mətbuat xidmətinin rəhbəri vəzifədən ayrıldı


"Kapital Bank"ın mətbuat xidmətinin rəhbəri vəzifədən ayrıldı

"Kapital Bank"ın mətbuat xidmətinin rəhbəri Pərviz Sədrəddinov vəzifəsindən ayrılıb.
O, bu barədə özü məlumat yayıb.
P. Sədrəddinov bildirib ki, 7 ildən artıq çalışdığı bu vəzifədən öz istəyi ilə ayrılır.
"Bu həftədən etibarən 7 ildən artıq mətbuat xidmətinin rəhbəri olduğum doğma Kapital Bank-dan ayrılıram. Bu illər təhsilim, peşəkar təcrübəm, yeni əlaqələr və tanışlıqlar baxımından olduqca uğurlu olub.
Fəaliyyətimin effektiv olmasına birbaşa təsir edən, ölkənin media monitorinq reytinqlərində hər zaman Kapital Bank-ı birinci edən Kütləvi İnformasiya Vasitələrinə, jurnalist dostlara “Çox sağ olun” demək istərdim. Hər zaman demişəm, yenə təkrar edirəm - bizi, yəni mətbuat katiblərini “Biz” edən media nümayəndələridir. Dostlar hər bir şeyə görə çox sağ olun!
P. S. Yeni iş yerimlə bağlı yaxın zamanlarda məlumat verəcəyəm. Daha böyük, daha məsuliyyətli və daha strateji işlərə birgə imza atmaq ümidilə!"
24-07-2023, 13:27
Ağalı kəndində ağaclar qanunsuz şəkildə kəsildi


Ağalı kəndində ağaclar qanunsuz şəkildə kəsildi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zəngilan rayonunun Ağalı kəndi ərazisində fəaliyyət göstərən “Northwest” MMC tərəfindən tikinti işləri aparılarkən ağacların kəsildiyi müəyyən edilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktla bağlı “Northwest” MMC-nin səlahiyyətli nümayəndəsi Firdovsi Abbasov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
24-07-2023, 13:15
Ermənistan və İran XİN Başçıları görüşdü


Ermənistan və İran XİN Başçıları görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb. Görüş Tehranda keçirilib.
Görüşdən sonra nazirlər mətbuat üçün birgə bəyanatlarla çıxış edəcəklər.
24-07-2023, 12:49
“Neftçi” klubunun prezidenti vəzifəsindən azad edildi


“Neftçi” klubunun prezidenti vəzifəsindən azad edildi

Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.
Bu barədə klub rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, 2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin rəhbərliyi dövründə “Neftçi” PFK ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.
24-07-2023, 12:38
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda iyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-29° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-17° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!