“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                       
21-07-2023, 16:33
Baş Prokurorluq Ermənistanla bağlı müraciət etdi


Baş Prokurorluq Ermənistanla bağlı müraciət etdi

Azərbaycan Baş Prokurorluğu Ermənistanın ekoloji cinayətləri barədə beynəlxalq və xarici tərəfdaşlarına əməkdaşlıq barədə müraciət edib.
Bu barədə Prokurorluqdan məlumat verilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğunda Araz çayı və onun sol qolu olan Oxçuçayın Ermənistan Respublikası ilə həmsərhəd bölgədə çirkləndirilməsinə dair müxtəlif mənbələrdən daxil olmuş, o cümlədən yerli və xarici mediada dərc olunan məlumatlar üzrə araşdırma davam etdirilir.
Müəyyən edilmişdir ki, Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Çirklənmə nəticəsində Oxçuçaya tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium və digər ağır metallar olan zəhərli tullantılar axıdılır. Mövcud istehsalatda problemlərin həll olunmamasına baxmayaraq, Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşası aparılır. Bu işdə həmçinin aparıcı dünya dövlətlərindən olan xarici investorlar beynəlxalq və öz ölkələrinin daxili qanunvericiliyinin tələblərinə zidd olaraq heç bir ətraf mühitin mühafizəsi normalarına riayət olunmasını təmin etmirlər. Dağ-mədən obyektlərinin fəaliyyət göstərməsi və yenilərinin tikilməsi minlərlə insanın həyat və sağlamlığı üçün təhlükə törədir.
Odur ki, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən BMT-nin Transsərhəd Su Məcraları və Beynəlxalq Göllərin mühafizəsi və Espoo (Ətraf Mühitə təsirin ölçülməsi) konvensiyalarının tələbləri rəhbər tutularaq obyektiv araşdırma aparılması, eləcə də qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə müvafiq xarici və beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin İqtisadi Komissiyasına, həmçinin Böyük Britaniyanın və Almaniyanın Ekologiya Nazirliklərinə müraciət edilmişdir.
Müvafiq araşdırmalar zamanı dağ-mədən obyektlərinin işinin düzgün təşkil olunması, bu zaman ətraf mühitin mühafizəsi tələblərinə dönmədən riayət olunması şərt kimi göstərilərək müəssisələrin fəaliyəti nəticəsində ətraf mühitə dəymiş ziyanın müəyyən edilməsində əməkdaşlıq təklif edilmişdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bəyan edilir ki, yol verilən qanun pozuntuları ilə bağlı bütün hallar obyektiv araşdırılmaqla milli və beynəlxalq qanunvericiliyə uyğun lazımi hüquqi tədbirlər görüləcəkdir.
21-07-2023, 16:21
Hələ də revanşist ideyalarla yaşayan insanların olduğunu unutmamalıyıq


Hələ də revanşist ideyalarla yaşayan insanların olduğunu unutmamalıyıq

Bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
O zaman Ermənistanın Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb: “Biz unutmamalıyıq ki, hətta İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistanın, cəmiyyətin və hətta hökumətin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır”.
21-07-2023, 16:14
Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir - Prezident


Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir - Prezident

Torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.
“Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir”,- deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. “Biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk”, - deyə Prezident əlavə edib.
21-07-2023, 16:01
Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum faktordur


Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum faktordur

Bizim Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktordur. Bu, regional inkişaf və sabitlik baxımından da çox mühüm bir faktordur.
Bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Türkiyə ilə Azərbaycan xalqları arasında da münasibətlərin uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir və bir-birini dəstəkləyir”, - deyə dövlətimizin başçısı bildirib.
21-07-2023, 15:47
Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir - Prezident


Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir - Prezident

Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
Şuşa artıq bir neçə beynəlxalq tədbirin – “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin və digər tədbirlərin keçirildiyini vurğulayan dövlətimizin başçısı deyib ki, işğal dövründə məqsədli şəkildə dağıdılmasına baxmayaraq, bu şəhər öz kimliyini qoruya bilib.
21-07-2023, 14:53
Rusiya taxıl dəhlizinin aktiv fəaliyyət göstərməsinin tərəfdarıdır - Ərdoğan


Rusiya taxıl dəhlizinin aktiv fəaliyyət göstərməsinin tərəfdarıdır - Ərdoğan

Nəticələri baxımından həyati əhəmiyyət daşıyan taxıl sazişinin davam etdirilməsi bəşəriyyətin xeyrinədir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın müəyyən gözləntiləri var, əgər bunlar həyata keçirilərsə, Rusiya taxıl dəhlizinin aktiv fəaliyyət göstərməsinin tərəfdarıdır.
"İnanıram ki, proses uzanmadan Qara Dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyik", - Ərdoğan bildirib.

21-07-2023, 14:09
İsveçin verdiyi vədlərə əməl edəcəyinə ümid edirik - Ərdoğan


İsveçin verdiyi vədlərə əməl edəcəyinə ümid edirik - Ərdoğan

İsveçin NATO-ya üzvlüyü ilə bağlı təklif təqdim edildikdən sonra proses parlamentin iş qrafikinə uyğun formalaşacaq.
Bunu Şimali Kipr Türk Respublikasına səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, İsveç tərəfinin verdiyi təminatlara əməl edəcəyinə ümid etdiyini bildirib: “İsveçin atacağı addımlara uyğun hərəkət edəcəyik. NATO-nun ikinci ən güclü ordusuna sahib olan və NATO-nun lokomotivi olan Türkiyənin Avropa Birliyinə üzvlüyü Birliyə canlılıq və güc qatacaq”.
Ərdoğan terror təşkilatlarına qarşı mübarizə və terrorçuların ekstradisiyasında İsveçin konkret addımlar atmasının bu ölkənin xeyrinə olacağını vurğulayıb.
21-07-2023, 13:42
Xəzər dənizində döyüş əməliyyatları üzrə təlim keçirilir - VİDEO


Xəzər dənizində döyüş əməliyyatları üzrə təlim keçirilir - VİDEO

Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliyyatlarının aparılması üzrə keçirilən "Xəzri dalğası" taktiki təlimi davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin növbəti mərhələsində dəniz adalarının birində bazalanmış terror qruplaşmasının zərərsizləşdirilməsi və terror-diversiya hücumlarının qarşısının alınması üzrə döyüş fəaliyyətlərinin yerinə yetirilməsi tapşırıqları icra edilib.
Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar uğurla yerinə yetirilir.

21-07-2023, 13:19
Ukrayna Prezidenti onu tənqid edən səfiri vəzifəsindən azad etdi


Ukrayna Prezidenti onu tənqid edən səfiri vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu vəzifəsindən azad edib.
Qərar Ukrayna prezidentinin saytında dərc edilib. Onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Pristayko Zelenskinin Böyük Britaniya müdafiə naziri Ben Uollasla bağlı fikirlərini "qeyri-sağlam sarkazm" adlandırmışdı. Məlumata görə, diplomat Zelenskini tənqid etməsindən sonra Kiyevdən sərt tonda telefon zəngi qəbul edib.
21-07-2023, 13:03
Azərbaycan XİN-dən İsveçə etiraz


Azərbaycan XİN-dən İsveçə etiraz

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quran kitabının yandırılmasını pisləyib.
Bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.
Nazirlik İsveç hakimiyyət orqanlarını təqsiri olanlara qarşı bütün lazımi tədbirləri görməyə və bu cür nifrət cinayətlərinin təkrarlanmasının qarşısını almağa çağırıb.
Qeyd edək ki, İsveçdə yaşayan iraq əsilli Salvan Momika Qurban bayramının ilk günü Stokholm məscidinin qarşısında Quran kitabını yandırıb. Momika dünən isə Stokholmdakı İraq səfirliyi qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb. Hadisədən sonra İraqda etiraz aksiyaları keçirilib. Rəsmi Bağdad İsveçin İraqdakı səfiri Cessika Svardstromdan ölkəni tərk etməsini istəyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!