7-07-2023, 16:18
Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir - Bayram BeqayAlbaniya Cənubi Qafqazda etibarlı tərəfdaşlar və beynəlxalq təşkilatların vasitəçiliyi ilə uzunmüddətli sülhün bərqərar olunmasını dəstəkləyib və dəstəkləyəcək. Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını dəstəkləyib. Bunu Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib. “Hətta Qərbi Balkan regionunda da dialoq vacibdir ki, biz bir-birimizə keçmişin kini deyil, gələcəyin imkanları baxımından yanaşaq. Mən Qərbi Balkanlarda regional sabitliyin zəruri element olması ilə bağlı əminliyimi ifadə etdim. Serbiya və Kosovo mübahisənin həlli və aralarında yeni əməkdaşlıq ruhunun yaradılması ilə bağlı danışıqlarında iştirak edən tərəflərdir. Tərəflərin öz aralarında və beynəlxalq forumlarda irəli sürdükləri arqumentlərə hörmət dayanıqlı sülhün bərqərar olması üçün istiqamətverici məqamlar olmalıdır”, - deyə Albaniya Prezidenti əlavə edib. Bayram Beqay vurğulayıb ki, münaqişə əvəzinə firavanlıq ikitərəfli və regional tərəqqi üçün kompas olmalıdır, bu nə qədər tez baş versə, xalqlarımız ondan bəhrələnəcək.
7-07-2023, 15:51
Tiranadakı səfirliyimiz artıq fəaliyyətə başlayıb - İlham ƏliyevBizim indi Tiranada səfirliyimizin olması məni çox sevindirir. O, artıq fəaliyyətə başlayıb. Bu sözləri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı qeyd edib ki, bu, ikitərəfli əlaqələrimizi inkişaf etdirmək üçün çox güclü qarşılıqlı siyasi iradənin mövcud olduğunu göstərir.
7-07-2023, 15:40
Budapeşt İsveçin NATO-ya üzv olmasını dəstəkləyirRəsmi Budapeşt İsveçin NATO-ya üzv olmasını dəstəkləyir. Bu barədə baş nazir Viktor Orban məlumat verib. NATO baş katibi Yens Stoltenberq isə Türkiyənin də İsveçin alyansa qoşulmasına müsbət cavab verməsi üçün müəyyən fikir ayrılıqlarının aradan qalxmasının vacib olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, Macarıstan bundan əvvəl Stokholmun NATO üzvlüyünə soyuq yanaşırdı.
7-07-2023, 15:27
Priqojin Lukaşenkonun təklif etdiyi düşərgəyə getmədi“Vaqner” muzdlu döyüşçüləri Belarus Prezidenti Aleksandr Lukaşenkonun təklif etdiyi düşərgələrə gəlməyib. Bu barədə Belarus Müdafiə Nazirliyi rəhbərinin müşaviri Leonid Kasinski bildirib. Onun sözlərinə görə, “Vaqner” döyüşçüləri təklifə müsbət cavab verməyiblər.
Qeyd edək ki, Aleksandr Lukaşenko KİV nümayəndələri ilə görüşdə “Vaqner”in rəhbəri Yevgeni Priqojinin Belarusda olmadığını bəyan edib.
7-07-2023, 15:19
Beynəlxalq Haaqa məhkəməsinin qərarını alqışlayırıq - XİN7 iyul 2023-cü il tarixində Beynəlxalq Ədalət Məhkəməsi İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 12 may 2023-cü il tarixli tələbini rədd edib. Bu barədə XİN-dən bildirilib. Biz Məhkəmənin Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən və Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən qərarını alqışlayırıq. Beləliklə, Ermənistan tərəfinin son qərarı yanlış şərh etməsi çıxılmaz vəziyyətdən fikri yayındırmaq cəhdindən başqa bir şey deyil. Azərbaycanın Laçın yolunun girişində sərhəd nəzarət buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərin mühafizəsi üzrə suveren hüququdur. Qeyd edilən çərçivədə, bu qərar Azərbaycanın təhlükəsizliyini və sülh perspektivlərini təhdid edən Azərbaycanın suveren ərazisinə qeyri-qanuni olaraq silah, hərbi texnika və hərbçilərin axınının dayandırılması zərurətindən irəli gəlirdi. Bununla yanaşı, sərhəd nəzarət buraxılış məntəqəsi yaradılandan etibarən erməni əsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəlikləri çərçivəsində giriş-çıxışda sərhəd nəzarətinin ayrı-seçkilik olmadan həyata keçirildiyi sərhəd buraxılış məntəqəsindən keçməkdədirlər. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Qərarını və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməkdədir. Azərbaycan Ermənistanın beynəlxalq hüququn davamlı şəkildə və tarixi ağır pozuntularına görə məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək.
Qeyd edək ki ,Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğuna və Azərbaycan Respublikasının hərbçilərinin Laçın yolundan çıxarılmasına dair tələbi ilə bağlı 12 may 2023-cü il tarixli vəsatəti rədd edilib.
7-07-2023, 15:15
Mehriban Əliyeva Albaniyanın birinci xanımı ilə görüşdüİyulun 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Albaniya Respublikasının birinci xanımı Armanda Beqay ilə görüşü olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
7-07-2023, 15:07
Sabah isti temperatur diskomfortu gözlənilirİyulun 8-də Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, hava şəraitinin belə keçməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
7-07-2023, 14:44
Ukrayna Prezidenti Slovakiyaya yollandıUkrayna prezidenti Volodimir Zelenski Çexiyadan sonra Slovakiyaya gedib. Zelenski bu barədə teleqram kanalında yazıb. O, Slovakiya prezidenti Zuzana Çaputova, baş nazir Ludovit Odor, parlament sədri Boris Kollar ilə görüşəcəyini bildirib.
Qeyd edək ki, daha sonra Zelenskinin Türkiyəyə səfəri planlaşdırılıb.
7-07-2023, 14:38
Albaniya ilə dostluq əlaqələrimizdə xüsusi dinamika yaranıb - Prezident“Azərbaycan və Albaniya dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrdə çox xüsusi dinamika yaradıb”. Bu fikri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı, həmçinin deyib: “Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlığı Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq”.
7-07-2023, 13:14
Prokuror Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istədiBakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış edərək Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.