Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                       
29-06-2023, 18:28
Prezident Şahbaz Şəriflə telefon danışığı apardı


Prezident Şahbaz Şəriflə telefon danışığı apardı

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon söhbəti olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birinə və xalqlarımıza müqəddəs Qurban bayramı münasibətilə təbriklərini və ən xoş arzularını çatdırıblar. Məhəmməd Şahbaz Şərif bu yaxınlarda Azərbaycana rəsmi səfəri zamanı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi məmnunluqla qeyd olunub, münasibətlərimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
29-06-2023, 16:43
Xınalıq kəndindən olan məktəbli İngiltərəyə yollanır


Xınalıq kəndindən olan məktəbli İngiltərəyə yollanır

Bir müddət əvvəl sosial şəbəkələrin Azərbaycan seqmentinin qəhrəmanına çevrilən Xınalıqdan olan məktəbli İbrahim Zeynalov İngiltərəyə yollanır. Polşalı blogerlə ingilis dilində danışaraq qədim Xınalıq kəndi haqqında ətraflı məlumat verməsi ilə məşhurlaşan İbrahim Londonda 15 günlük yay məktəbində iştirak edəcək. Balaca istedad Birləşmiş Krallığa iyul ayının 6-da yola düşəcək. İbrahim Zeynalovun yay məktəbində iştirakı Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD Azərbaycan) tərəfindən təşkil olunub. İbrahim Zeynalov Rüfət Kəlbiyev adına Quba rayon Xınalıq kənd internat tam orta məktəbinin VII sinifində təhsil alır. Onun atası Bəhmən Zeynalov 11 ildir Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq" Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda ekskursiyaçı-bələdçi vəzifəsində çalışır. Zeynalovlar ailəsi 5 nəfərdən ibarətdir. İbrahimin özündən kiçik bir bacısı və bir qardaşı var. “İbrahim gələn həftə bir qrup azərbaycanlı məktəbli ilə birlikdə İngiltərəyə yola düşür. Yay məktəbində iştirak edəcək. İnanıram ki, bu səfər onun dünyagörüşünün artmasına, ingilis dilində daha səlis danışmasına kömək olacaq”,-deyə İbrahimin atası Bəhmən Zeynalov söyləyib. Xınalıq kəndi Qubaya gələn turistlərin ən çox səfər etdiyi məkanlardandır. Dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir.
29-06-2023, 15:56
“Vaqner”in qiyamı Putini zəiflədib - Almaniya kansleri


“Vaqner”in qiyamı Putini zəiflədib - Almaniya kansleri

"Vaqner"in başlatdığı hərbi qiyam Rusiya Prezidenti Vladimir Putini zəiflədib. Bunu "ARD" televiziyasına müsahibəsində Almaniya kansleri Olaf Şolts deyib. “Mən onun zəiflədiyinə inanıram, çünki bu, avtokratik güc strukturlarında çatların olduğunu və həmişə iddia etdiyi kimi sistemin möhkəm olmadığını göstərir”, - deyə Şolts bildirib. O, eyni zamanda Priqojinin başlatdığı üsyanla Qərbin heç bir əlaqəsinin olmadığını da söyləyib.
29-06-2023, 15:43
Kreml "Vaqner"in Afrika və Yaxın Şərqdəki bölmələrini ələ keçirməyi düşünür


Kreml "Vaqner"in Afrika və Yaxın Şərqdəki bölmələrini ələ keçirməyi düşünür

Rusiya hakimiyyəti "Vaqner" muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinin “qlobal imperiyasını” nəzarətə götürmək niyyətindədir. Bu barədə "The Wall Street Journal" qəzeti yazıb. Qeyd olunur ki, Kreml "Vaqner"in Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən bölmələrini ələ keçirmək istəyir. Nəşr diplomatlara və kəşfiyyatçılara istinadən yazır ki, Rusiyanın cənubunda baş verən hadisələrdən sonra “Moskvanın diplomatik fəaliyyətinin sıçrayışı” baş verib. Rusiya nümayəndələri Afrika və Yaxın Şərq ölkələrinə gediblər. Bildirilir ki, "Vaqner" həmin bölgələrə öz fəaliyyətini fasiləsiz, lakin yeni rəhbərliyin nəzarəti altında davam etdirəcək. Məlumata görə, Rusiya xarici işlər nazirlərinin müavinlərindən biri Dəməşqə səfər edərək Suriya prezidenti Bəşər Əsədə şəxsən “Vaqner qrupları bundan sonra orada təkbaşına fəaliyyət göstərməyəcək” deyə məlumat verib. WSJ, həmçinin yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurları Mərkəzi Afrika Respublikasının (CAR) prezidenti Faustin-Arçange Tuadereyə zəng vurub. Qeyd olunur ki, onun mühafizəçiləri arasında "Vaqner"in döyüşçüləri də var. Diplomatlar Mərkəzi Afrika Respublikasının rəhbərini Rusiyada baş verən hadisələrdən sonra şirkətin Afrikadakı fəaliyyətini dayandırmayacağına inandırıblar. Nəşrin məlumatına görə, Rusiyadan kənarda təxminən 6000 "Vaqner" döyüşçüsü bar. Onlar Mərkəzi Afrika Respublikasında mədənlərin və siyasətçilərin mühafizəsi ilə məşğul olur, neft quyularına nəzarət edir və Suriya hökumətinin nəzarəti altında olan əraziləri qoruyurlar.
29-06-2023, 15:40
Millimiz FIFA reytinqində 3 pillə irəlilədi


Millimiz FIFA reytinqində 3 pillə irəlilədi

Azərbaycan millisi FIFA reytinqində 3 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1143 xalla 121-ci sırada qərarlaşıb. Buna yığmanın AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə (1:1) heç-heçə etməsi səbəb olub.
29-06-2023, 14:49
Fransa səfiri jurnalistlərə hücumla bağlı olaya təəssüfləndiyini bildirdi


Fransa səfiri jurnalistlərə hücumla bağlı olaya təəssüfləndiyini bildirdi

"AzTV-nin çəkiliş qrupuna hücumdan çox təəssüflənirəm". Bu barədə Fransanın Azərbaycandakı səfiri Ann Buayon tviter hesabında yazıb. "Fransada AzTV komandasına edilən hücuma görə çox təəssüflənirəm. Ümid edirəm ki, bu əməlləri törədənlər tutulacaq", - diplomat qeyd edib.
Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.
29-06-2023, 14:34
Fransada jurnalistlərimizə hücumla bağlı XİN-dən reaksiya


Fransada jurnalistlərimizə hücumla bağlı XİN-dən reaksiya

Fransada AzTV-nin azərbaycanlı jurnalistlərinə edilən hücumu qətiyyətlə pisləyirik. Bu barədə XİN-dən bildirilib. “Jurnalistlərə qarşı törədilən bu xain hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik”, - məlumatda deyilir.
Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.
29-06-2023, 12:57
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
29-06-2023, 12:37
TÜRKİYƏ-AZƏRBAYCAN MƏDƏNİ ƏLAQƏLƏRİNİN SİMGƏSİ “TAR”

TÜRKİYƏ-AZƏRBAYCAN MƏDƏNİ ƏLAQƏLƏRİNİN SİMGƏSİ “TAR”
Bu məqaləmizə seçdiyim başlığı kecən ilin 31 dekabr və bu ilin yanvarın 2-də Türkiyənin məşhur “Anadolu Ajan”,“ahaber” kanallarına verdiyim müsahibədə yekun cümlə olaraq fikrimi tamamladığımı yaxşı xatırlayıram.

Prof. Dr. İlqar Cəmiloğlunun ilk qabırğalı tar haqda “a haber” kanalına verdiyi müsahibə
Çünki bu fikrimin bir əsası var idi. Türkiyədə Azərbaycan xalq musiqisinin şah musiqi aləti olan, Mirzə Sadıq Əsədoğlundan bizlərə yadigar qalan ecazkar səsli, klassik muğamlarımızı, xalq rəqslərimizi, dəramədlərimizi, min bir rənglərimizi, xalq mahnılarımızı çala bilən, geniş imkanlara malik tar alətimizin nə zamansa Türkiyədə istehsal olunması mənim arzularımdan biri idi. Şükürlər olsun ki, 23 illik arzumu Mustafa Akkayanın xoşməramlı münasibəti, istedadı, zəngin təcrübəyə əsaslanan biliyi və bacarığı ilə gerçəkləşdirməyin bugünkü sevincini yaşamaqdayam.

Mustafa Akkayanın əl işi, ilk qabırğalı tar 28.01- 2023
Qaziantepin məşhur bağlama ustası-sazbənd Mustafa Akkayanın araya-ərsəyə gətirdiyi ikinci şahanə görkəmli qabırğalı tarı bu gün, yəni 24 iyunda emalatxanasına etdiyim ziyarət zamanı ilk gördüyümdə, həyəcanla alıb çaldığımda qeyri iradi olaraq heyrətimi gizlədə bilmədim, dəyərli oxucularım. Səkkiz il ərzində tar alətinin bütün sirlərini, incəliklərini bu istedadlı sənət adamına: Mustafa bəyə anlatdığım zaman bir gün işvəli, nazlı-qəmzəli görünümlü, möcüzəli səsli tarı vurğunluqla, sevinc qarışıq heyrətamizliklə çaldığım zaman əlimdən yerə qoya bilmədiyimi səmimiyyətimlə etiraf edirəm. Hey çalmaq istəyirdim. Sanki bir sehirli qüvvə köksümü tarın çanağına yapışdırmışdı. Heç ayrıla bilimirdim ki? Özüm də heç ayrılmaq istəmirdim. Çünki canı-könüldən aşiq olmuşdum. Vurulmuşdum Məcnun kimi bu ağacdan cana gəlmiş tar isimli Leylimə...
Həyatda çox sevinclər yaşasam da bu sevincimin tayı-bərabəri yox idi. Səbəbi bu idi ki, uzun illər arzuladığım xoş mərama bu gün nail olmuşdum. Anidən tar qarışıq qucaqlayıb alnından öpməklə sevincimi qeyri iradi olaraq bu şəkildə ifadə etməklə təskinlik tapa bildim. Və xeyir duamı verərək gözəl görünümlü cilvəli ahəngli qəmli, kövrək, zərif səsli, incə nəfəsli, bəzən də nərə səsli hayqırtılı sədalı, tar adlı əsərin müəllifinə təşəkkürümü bildirdim. 7-8 saat necə tez gəldi-keçdi heç özüm də bilmədim. Çünki bu saatlar ömrümə həkk olan ən gözəl bəxtəvərlik hissilərini qəlbimdə yaşatdığım ən gözəl anım idi. Kaş bu günkü kimi hər günüm bəxtəfərliklə dolu, iftixar etdiyim gün olaraq bax beləcə olaydı...
Ulu babalarımız necə də gözəl demişlər: “İl var bir günə dəyməz, gün var min aya dəyər”. Məhz bu gün oldu min aya dəyən 24 iyun tarixi.
23 ildir ki, Türkiyədə tar alətinin çatışmazlığının problemini yaşamaqdadır Türk musiqiçiləri. Tar çalmaq istəsələr də tar alətini tapmaq çox çətin məsələ idi. Azərbaycandan tar aləti gətirmək də çox müşkül məsələ idi. Yolda sına, qırıla bilərdi. Bəzən də bunu risqə alaraq gətirdən musiqiçilər də oldu. Fəqət Ərzurum Atatürk Universitetində çalışdığım 2000-2006 illər arasında və 2007-ci ildən günümüzə kimi Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasında, tarın tədrisində bu alətə olan artan tələb qarşısında çarəsiz idim. Özümün çaldığım tarımın səsini dinləyən tələbələrin marağı artsa da bu aləti haradan alacaqlarının maddım-maddım baxışları qarşısında naəlac qaldıqlarını dəfələrlə müşahidə etmiş olub özüm də məyusluq hissləri keçirirdim. Uzun illər bu barədə çözüm yollarını axtarırdım. Fəqət bir xoş gündə, 2015-ci ildə yolum Mustafa Akkaya adlı həlim təbiətli, gözü-könlü tox səmimi bir qardaşımızı, sazbəndi özüm üçün kəşf etdiyimdə, mənən hiss etdim ki, Qaziantepdə türk təbiri ilə desək “tar alətinin bütün incəliklərinə kimi yapsa Mustafa Bəy yapar”. Bu inamımdan heç vaz keçmirdim. Hər dəfə görüşdüyüm zaman tar barədə gizli sirrləri, şəkilləri video görüntüləri açıb tökürdüm ki, ilgisini, marağını çəkə biləm. Şükürlər olsun ki, cəhdim hədər getmədi və söz verdi ki, imkan daxilində vaxt tapan kimi bu alətin istehsalına başlayacağam. Və 7 il ərzində nəhayət ki, arzum gerçəkləşdi və yeni qabırğalı tarın işıq üzü görməsinə şahid oldum.
Ürəyimdə şükr edirdim ki, məramım həyata keçmək, arzularım göyərmək üzrədir. İlk tarın yapılması ilə əlaqədar 2022-ci 7 avqust tarixində “525-ci qəzet”də “Tar da birdir, saz da birdir” adlı məqalə də yayınlatdım ki, xalqımız bilsin ki, ilk dəfə qabırğalı tar Gaziantep şəhərində yaşayan məşhur sənətkar Mustafa Akkaya adlı ustanın xeyir-duası ilə hasil olub.
Bugünkü tarı çala-çala mənən xəyalım böyük tar ustası, Azərbaycanın Xalq Artisti Bəhram Nəsibovdan “Şəhra-şüb” muğamını1981-ci ildə sənətkarın ocağında öyrənərkən tarın bütün simlərinə bir mizrabla coşğulu vurduğu arpeciosayağı ahəngdar sədanı, o tərzdə vurduğum zaman sanki ustadın tarını çalmış kimi qeyri iradi olaraq özümü hiss etdim bir neçə dəfə. İlk ikinci tar da birinci alət kimi səs-səda, haray-həşir salırdı. Çala-çala özüm də sanki kənardan bu sədaları aşıb-daşan çoşğulu çayın sel səsi kimi çağlarlığına dinşək kəsilərək məftun olmuşdum. Türk təbiri ilə“Ay Mustafa bəy əlinə sağlıq, nə gözəl bir tar musiqi mədəniyyətimizə, Anadolu musiqi cameəsinə bəxş etmisən. Allah səni qorusun” deməklə kifayətləndim. Özü də bu xoş sözlərimin təsiri ilə həyəcanlanmaqla, həm də məmnun qalmışdı. Beləcə tarla, çal-çağırla, muğamlarımızdan bəzi örnəklərlə səslənmə müşayiətində bir mübarək gün yaşadıq, əslində isə mənim üçün bir ömür yaşadım deyərdim.

Prof.Dr. İlqar Cəmiloğlu, Qaziantepli məşhur usta Mustafa Akkayanın əl işi, ikinci qabırğalı tar ilə / 24.06-2023
Uğurlar olsun Mustafa bəy! Bugünkü görüşümüzdə daha bir söz verdin ki, Azərbaycan aşıq sazını da qısa zamanda yapmağa dair razılaşma əldə etdiyimin mutluluğunu da yaşamış oldum. Bilirəm ki, söz verməkdə çətinlik çəkirsən. Lakin sözü verdinsə demək nə olursa olsun o işi gerçəkləşdirəcəksən. Çünki, mən sənin səmimiyyətinə inanmaqla, doğru-dürüstlüyünü, sözü bütöv əsl insan olduğunu dəfələrlə müşahidə etmişəm. Yeri gəlmişkən qeyd etməliyəm ki, son illərdə Azərbaycan sazına da maraq Anadoluda atrmaqdadır. Hələki iki keçmiş tələbəm Arzu Qurbani və Yusuf Altunun“TRT İnt” və “TRT Müzik” kanalında Azərbaycan aşıq sazını çaldıqlarını xalqımız üçün xatırlatmaq istərdim.

Prof.Dr. İlqar Cəmiloğlu və keçmiş tələbələrim Arzu Qurbani və Yusuf Altun
Heç şübhəsiz sənin istedadın sayəsində, mübarək əllərinlə icad olunacaq durnagörünümlü Dədə Qurqud yadigarımız, az bir vaxtda öz həllini tapacaq və qabırğalı aşıq sazımızın Qaziantep-Azərbaycan musiqi kültürü sahəsində daha bir mənəvi körpü kimi, “Bir millət iki dövlət” adlı qardaşlarımızın, sənətçilərimizin bir-birinə yaxınlaşmasına vəsilə olacaq. Uğurlar olsun Mustafa bəy!!!

İlqar CƏMİLOĞLU İMAMVERDİYEV
Sənətşünaslıqelmləri doktoru, professor,
QaziantepUniversiteti Türk MusiqisiDövlətKonservatoriyasınınmüəllimi.
Türk Xalqmusiqisinəxidmət mükafatçısı
24.06 -2024 /Qazianep
29-06-2023, 12:21
Polşa ABŞ-dan 15 milyard dollarlıq zenit-raket kompleksi alır


Polşa ABŞ-dan 15 milyard dollarlıq zenit-raket kompleksi alır

Polşa ABŞ-dan 15 milyard dollar dəyərində "Patriot" zenit-raket kompleksləri alacaq. Bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb. Məlumata görə, sövdələşmə çərçivəsində 48-ə qədər "Patriot PAC-3" buraxılış qurğusu və 644-ə qədər "Patriot PAC-3 MSE" raketi, həmçinin radar və idarəetmə komponentləri satılacaq. Silah ixracına nəzarət edən Dövlət Departamenti sazişi təsdiqləyib. "Planlaşdırılan saziş Polşanın raketdən müdafiə qabiliyyətini təkmilləşdirəcək və Polşanın hərbi potensialının təkmilləşdirilməsi məqsədlərinə nail olmağa kömək edəcək, eyni zamanda ABŞ və digər müttəfiqlərlə qarşılıqlı fəaliyyət qabiliyyətini daha da artıracaq”, - açıqlamada deyilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!