Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                       
27-06-2023, 13:22
Rusiya Ukraynaya kütləvi raket zərbələri endirdi


Rusiya Ukraynaya kütləvi raket zərbələri endirdi

Rusiya növbəti dəfə Ukraynaya kütləvi raket zərbələri endirib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bu barədə məlumat yayıb. Bildirilib ki, raketlər Poltava bölgəsinə doğru irəliləyir. Hava xəbərdarlığı elan olunub. İtkilər barədə hələlik məlumat açıqlanmayıb.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.



27-06-2023, 12:38
“Vaqner”çilərin silahlı üsyanı ilə bağlı cinayət işinə xitam verildi


“Vaqner”çilərin silahlı üsyanı ilə bağlı cinayət işinə xitam verildi

Rusiyada "Vaqner"çilərin silahlı üsyanı faktı ilə bağlı cinayət işinə xitam verilib. Bu barədə ölkənin Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb. "Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, onun iştirakçıları üsyan törətmək məqsədi daşıyan hərəkətləri dayandırıblar, - rəsmi açıqlamada deyilir.
27-06-2023, 12:26
İlham Əliyevdən bayram mesajı


İlham Əliyevdən bayram mesajı

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İslam dininin əlamətdar mərasimlərindən olan Qurban bayramı özündə xeyirxahlığı, birlik və bərabərliyi, insanın ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq niyyətini əks etdirir. Milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq olan Azərbaycan xalqı bütün dünya müsəlmanları ilə birlikdə Qurban bayramını qardaşlıq, humanizm və həmrəylik rəmzi kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu günlərdə həm Həcc ziyarətində, həm də ölkəmizin hər yerində dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.
Əziz bacı və qardaşlarım!
Ümidvaram ki, bu mübarək bayram günlərində dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradan mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!"
27-06-2023, 12:14
İsrailin Baş naziri gələn ay Çinə səfər edəcək


İsrailin Baş naziri gələn ay Çinə səfər edəcək

İsrailin Baş naziri Binyamin Netanyahu gələn ay Çinə səfər edəcək. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb. Tərəflər hələ səfərlə bağlı açıqlama verməyiblər, lakin mənbələrə görə, son günlər iki liderin ofisləri arasında səfərə hazırlıqla bağlı genişlənmiş təmaslar aparılıb. Nəşr Çinin mart ayında İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasına vasitəçilik etməsini xatıraldıb. Ehtimal olunur ki, Netanyahu da Çinin köməyi ilə Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxşılaşdırmağa cəhd edə bilər. Nəşr qeyd edib ki, səfər İsrailin ABŞ-dan təşəbbüs gözləmək niyyətində olmadığını və özünün diplomatik imkanlarının varlığını nümayiş etdirəcək.
27-06-2023, 11:30
44 günlük müharibə zamanı bizə aid olmayan silahlar da olub - Paşinyan


44 günlük müharibə zamanı bizə aid olmayan silahlar da olub - Paşinyan

"44 günlük müharibə zamanı orduda tam olaraq Ermənistana aid olmayan silahlar da olub". Bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında deyib. Həmin silahların hansılar olduğunu açıqlamayan Paşinyan ordunun təchizatı ilə bağlı ona ünvanlanan tənqidlərə cavab verib: "Orduya dedim ki, nə lazımdır, deyin, alasınız. Məsələn, dedilər ki, onlara SU-30SM lazımdır. Bu müasir təyyarələrin alınmasının məqsədəuyğunluğu ilə bağlı mənə göndərilən yazılı təhlili alıb Müdafiə Nazirliyinə yönləndirdim və cavab aldım ki, onlar müzakirə ediblər və bu təyyarələrə ehtiyac olduğuna israr edilib. Soruşdum ki, başqa nə lazımdır? Dedilər, bizə hava hücumundan müdafiə vasitələri lazımdır! Mən də dedim ki, bunun üçün sizə nə qədər pul lazım olduğunu hesablayın, bu pulu alacaqsınız! Başqa nə lazımdır?" "2020-ci il müharibəsinin lap sonuna kimi mən bu prinsipi rəhbər tuturdum: sənə nə lazımdır, titullar, medallar, pul, yemək, daha nə lazımdır? Lazım olan hər şeyi, ordunun dediyi hər şeyi edəcəm. Ordu məndən yox sözünü eşitməzdi! Qurumların gəldiyi nəticəni rəhbər tutdum, Ordunun ehtiyaclarını başqa necə öyrənməli idim?", - baş nazir qeyd edib.
27-06-2023, 11:17
Lerikdə müvəqqəti çadır evlər quruldu


Lerikdə müvəqqəti çadır evlər quruldu

Fövqəladə Hallar Nazirliyinə Lerik rayonu, Hamarmeşə kənd sakinləri Əhmədov Rauf Rakif oğlu və Fətullayev Orucəli Camal oğluna məxsus evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lerik rayonu, Hamarmeşə kənd sakinləri R.Əhmədov və O.Fətullayev üçün müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib.





27-06-2023, 10:58
Paşinyandan Qarabağla bağlı açıqlama


Paşinyandan Qarabağla bağlı açıqlama

"44 günlük müharibədən qaçmaq olardı, lakin bunun bədəli Qarabağ məsələsi ilə bağlı ermənilərin baxışını rədd etmək olardı". Bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında deyib. Paşinyanın sözlərinə görə, danışıqlar prosesində çoxlu mübahisəli və dəqiqləşdirilməmiş məsələlər olub: "Məsələn, Laçın dəhlizi, sülh müqaviləsi çərçivəsində delimitasiya və demarkasiya ilə bağlı". Baş nazir 2019-cu il danışıqlarını "müharibə konveyeri" adlandırıb.
27-06-2023, 10:41
İranda toz fırtınası 700-dən çox insanı xəstəxanalıq etdi


İranda toz fırtınası 700-dən çox insanı xəstəxanalıq etdi

İranın Sistan-Bəlucistan əyalətində toz fırtınası səbəbindən son 4 gün ərzində xəstəxanaya yerləşdirilənlərin sayı 764 nəfərə çatıb. Bu barədə Sistan-Bəlucistan Böhran İdarəetmə idarəsinin baş direktoru Məcid Mohibbi bildirib. 649 nəfərin xəstəxanalardan evə buraxıldığını qeyd edən Mohibbi 115 nəfərin müalicəsinin davam etdiyini deyib. Mövcud hava şəraitinin hələ davam edəcəyi gözlənilir.
27-06-2023, 10:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 28-də şimal-qərb küləyinin 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarda iyunun 27-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
26-06-2023, 19:49
Priqojin hərbi qiyam cəhdindən sonra ilk dəfə açıqlama verdi


Priqojin hərbi qiyam cəhdindən sonra ilk dəfə açıqlama verdi

"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin hərbi qiyam cəhdindən sonra ilk dəfə açıqlama verib. Bu barədə onun mətbuat xidməti məlumat yayıb. Priqojinin sözlərinə görə, intriqalar və düşünülməmiş qərarlar nəticəsində "Vaqner" 1 iyul 2023-cü ildə fəaliyyətini dayandıracaqdı.“Komandirlər şurası toplandı və bu məlumatı döyüşçülərin diqqətinə çatdırdı. Heç kim Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Heç bir aqressiya nümayiş etdirməsək də, raket hücumuna məruz qaldıq və bundan dərhal sonra helikopterlər işə düşdü. “Vaqner”in 30-a yaxın döyüşçüsü öldürüldü", - Priqojin deyib. O, Rusiya ordusunun helikopterlərinin vurulmasından təəssüfləndiyini bildirib. “Hücum dəstəsi Moskvaya yaxınlaşan anda dayandıq, ətrafa kəşfiyyat apardıq və məlum oldu ki, həmin an qan töküləcək. Ona görə də biz hiss etdik ki, nə edəcəyimizi nümayiş etdirmək kifayətdir. Dönmək qərarının arxasında isə ən mühüm iki amil dayanırdı: birincisi - biz rus qanını tökmək istəmədik, ikincisi - ölkədə hakimiyyəti devirmək üçün deyil, etirazımızı nümayiş etdirmək üçün getmişdik". Priqojin harada olması barədə məlumat verməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!