Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                       
24-06-2023, 07:43
SAF QƏLBİN SAHİBİ...


SAF QƏLBİN SAHİBİ...

"Dostlara töhfəm" silsiləsindən...
Çox dəyərli şair dostum, eloğlum İdris Babayev üçün...



Heç kəs qınamasın qohum, qardaşı,
Şeirimdən qoyulsun mənə başdaşı,
Oxusun anam da, qarışsın başı,
İdrisəm, eşidim anamın səsin,
Mənim ölməyimi anam bilməsin...


Qəlbin təmizliyinə, saflığına bax ki...Kim özünə arzular vaxtsız ölümü. Ürək lazımdır bunu dilə gətirməyə. Olum, ölüm bu ki, Allahın insana bəxş etdiyi məqamdır, andır. Mən nahaq yerə yazımı bu şeirlə başlamadım ki... Haqqında danışdığım İdris Babayevin gözəl şeirlərindən olan "Anam bilməsin" şeirindəndir...Əlimdə bir şeir toplusu, kitab var. "Bəxtsiz qonağıyam mən bu cahanın"- şair dostum İdris Babayevin çap edilmiş ikinci kitabı. Kitabı oxuyuram, bir-birindən maraqlı şeirlər məni ovsunlayır. Kitaba ön söz yazan dəyərli şairə dostumuz Aynur Yasəmən Əliyevadan, şair dostum Seyyid Süleymandan, oxucu-müəllim Aprel Məmmədovdan sonra yazı yazmaq mənimçün məsuliyyətli bir işdir.
Poetik fikirlərin fərqli üslubda, müxtəlif formada oxucuya çatdırılması müəllifə yalnız uğur gətirir. Yardımlı ədəbi mühitində sözünü demiş onlarca qələm əhli var. Yəqin ki, onları tanımamış deyilsiz. Bu gün aramızda Sakit İlkin, İqbal Nəhmət, Fikrət Şahbazlı, Zöhrab Zövünlü, Ələsgər Cəfər, Mehralı Mustafa, Pənah Dumanoğlu və başqa şair dostlarım var. Hər birisinin öz dəsti-xətti olan dostlarım...Bu cərgəyə İdris müəllim desəm ki, təzə qoşulub bəlkə də yanılaram.
Uzun illər yazıb-yaradan, amma bunu gizlədən bir ürək sahibi İdris müəllim. El deyimi var "Gec olsun, güc olsun"...Artıq İdris müəllim rayonumuzun mühitindən kənara çıxa bilən qələm dostlarımızdandır. Şeirləri müntəzəm çap edilir. "Haqqın sədası", "Azad qələm", "Yardımlının səsi" qəzetlərində şairin şeirləri çap edilib. İdris müəllimin şeirləri bir çox almanaxlarda da işıq üzü görüb.
...İdris Babayev üçün mövzu qıtlığı demək olar ki yoxdur. Vətən, ana, təbiət, sevgi nə mövzu varsa ona müraciət var. Mən rayonumuzda yaşayan şairlər üçün çoxlu tədbirlər keçirmişəm, ədəbi birliyin sədri olaraq. Bu aylarda fikrimiz vardı ki, İdris müəllimin "Bəxtsiz qonağıyam mən bu cahanın" şeirlər kitabının təqdimatını keçirdək. Hər kəsə bəllidir ki, bu mümkün olmadı, məlum "Korona virus" ücbatından...Ümid edirəm ki, vəziyyət düzələr, tədbir keçirmək bizlər üçün çətin olmaz. Təki sağlıq olsun.! Xalqımızın xoş güzəranı bizim üçün yetər.!

Gözləməkdən saraldı göz, titrədi əl, büküldü bel,
Qan ağlayır yad əllərdə yetm qalıb bu yurd, bu el,
Getdi əldən Xanın yurdu, Şuşa, Laçın həm Çənlibel,
Yatmış vulkan püskürmədi, de gecikir nə vaxtacan?!
Nə yatmısan qalx ayağa, odlar yurdu Azərbaycan!


...Bu həsrət sinəmizdə bir dağdır. Nə qədər torpaqlarımız işğal altında bizim üzümüz çətin ki, gülsün. İdris müəllimin bu şeirini oxuyanda ölməz Məmməd Araz yadıma düşdü. Onun da bu səpkidə olan məşhur şeirini bilməmiş deyilsiz! Vətən ağrısı, vətən nisgili bütün şeirlərin ana xəttində.!...
Şair dostum sözün qiymətini,çəkisini elə gözəl bilir ki...

Koma qurur İdris sözdən,
Yazır dağdan, yazır düzdən,
Söz götürür oddan, közdən,
Bərəkət ver sözə, Allah...

Bizim Yardımlı torpağı, təbiəti elə poeziyadır. Dağlar, düzlər ucu-bucağı bilinməyən meşələr, sərin çeşmələr, bulaqlar vadar edir ki, əlinə qələm alıb vəsf edəsən! Bu cəhətdən İdris müəllimin bəxti gətirib. Mən sözün düzü İdris müəllimə yaxşı mənada qibtə edirəm. Bu kişinin məhsuldar qələmi var. Ürəyi sözlə dolu, sözdən korluq çəkməyən qələm dostum gündən-günə gözəl şeirlər yazır. Təzadlı bir dünyada yaşayırıq. Şair dünyada gedən proseslərə belə bignə deyil. Lirik şeirlərlə yanaşı onun çoxlu satirik şeirləri də var...Bu şeirlərdən uzun uzadı yazmaq olsa da oxucunu yormaq istəmirəm.
İnsanın taleyi, bəxti güləndə,
Sən demə üzünə daş da gülərmiş.
Elin ağsaqqalı "başsız" olanda,
O elin başına daş tökülərmiş...

İnsanda bəxt gözəl şeymiş...Bəxtiniz gözəl olsun gözəl dostum.
...İndi sosial şəbəkənin dəbdə olmasından istifadə etmək də yaxşı imiş. Bunun sayəsində qələm sahiblərindən çoxlu dostlarımız var. Tam sərbəst şəkildə hər kəs öz yaradıcılıq işini burda nümayiş edə bilir. İdris müəllim bu günlərdə çox aktiv şəkildə gözəl şeirlərini paylaşır. Çoxsaylı oxucu kütləsini ələ ala bilibdir...
Mövzu bitmir ki...İdris dostum sadə bir insan olduğundan tərifi sevmir. Mən onun yaradıcılığı haqqında bu qədər yazdım. Düzünü desəm, mənim də ürəyim sözlə doludur. Bütün şeirləri həvəslə oxuyuram,..
Nə var ucuzlaşdı, hətta ölüm də,
Sevinci hər şeydən baha dünyada.
Tükəndi sinəmdə təbim, sözüm də,
Həvəsim yox qalam daha dünyada...

Həqiqətən beləymiş...Hər şey adiləşib vallah, baş gərəkdir dözsün buna...Dünya malında gözü olmayan gözütox adam!
...Qazandığım hörmət oldu,
Ehtiyacım yox sərvətə...

İnsana elə ad-san hörmət qalır, təbii ki, etdiyin xoş əməllə! Sərvət, pul dünya malı, əsas o dünyanın bəhərini dadasan...
Mən özümə borc bildim ki, İdris əmi üçün nəsə yazım. Mən ona həmişə əmi deyirəm. Yaş fərqimiz çox olmasa da...
Gözəl xarakteri, şəxsiyyəti var. İnsanı sevdirən onun sadəliyidir. İmam Əli(ə) məşhur bir kəlamı var. "Xoş o kəsin halına ki, o sadədir, sadədildir, amma həddindən artıq sadəlik bəzən baş ağrısına çevrilər" Sadə dostum, şair qardaşım İdris müəllim sənə uğurlar diləyirəm. Bilirəm ki, o qədər yazılmamış qəşəng şeirlərin var ki. Təki Allah ömür versin, can sağlığı ilə onların hamısını yazasan.
...Yazımın əvvəlində demişdim axı, qələm dostlarımın dəyərli yazılarının yanında mənim yazım zəif olar...Amma yazdım, halalınız olsun. Qəlbimdən keçənləri tam əhatə edə bilmədim. Bu uzun vaxt aparardı....Allah səni var eləsin İdris əmi! Yeni görüşlərdə, tədbirlərdə iştirak etməyi Allah bizlərə nəsib etsin. Yenə əvvəlki günlərimizə qayıdar, bu kitabın "şirinliyini" qeyd edərik yaxşı-yaxşı...Ümidimiz Allahadır, hər şey yaxşı olacaq....

Səmimi dostun,
"Dağ çiçəkləri"ədəbi birliyinin sədri
şair-publisist Əlisəfa ƏHMƏDOĞLU

"Bütöv Azərbaycan" qəzeti
23 iyun 2023
24-06-2023, 07:27
"MƏN SİZDƏN DOYMADIM DAĞLAR!"

"MƏN SİZDƏN DOYMADIM DAĞLAR!"

Böyük Qafqaz sıra dağlarının Niyal silsiləsində bir oğlan hər zaman dağların döşünə çıxar və ordan üzü dərələrə baxardı. Dərələrin nə qədər dərin, dağların necə də əzəmətli, vüqarlı olduğunu düşünər və qarlı dağların sinəsinə qarın çökdüyünü, sıx meşələrin, güllü yamacların, çiçəkli təpələrin gözəlliyini görərdi. Dağların hər qarışında bir iz qoyar və xəyallar qurardı. O xəyallar nə onun kiçik bir otaqlı evinə, nə də könlünə sığardı. Anasına vədlər verərdi. Əlləri qabarlı atasının çətinliyini gördükcə ona maddi kömək olmağa can atardı. İşləyib ev tikmək, dörd nəfərdən ibarət olan ailəsini bu kiçik evdən ora köçürmək ən böyük arzusu idi…
Dağlar qədər arzusu vardı. Ana! mən səni çox işləməyə qoymayacam deyərdi. Nədən nakam oğullar bir birinə bənzər? Nədən şəhidlər elə analarına söz verər? Onların arzuları, xəyalları bir olur qədərləri tək. Kişiləşməyə başladığı gündən balalar gözəl anlarını düşünər. O günün olacağın gözlər, amma zalım fələk bu arzulara çatmaq üçün macal verərsə. Sən saydığını say! Gör bu zalım fələk nə sayır! Kim idi bu oğul?
Azərbaycanın, vətəninin keşiyində duran, ona laiqincə sadiq bir əsgər. Bir vətən oğlu idi bu oğul. Allahyarov Teymur Allahi oğlu iki mininci il sentyabr ayının beşində İsmayıllı Rayonunun Lahıc qəsəbəsinin, Ərəgid kəndində kasıb, zəhmətkeş, mərd, vətənpərvər, saf bir ailədə dünyaya göz açıb. Teymur iki uşağı olan ailənin yeganə oğlu idi. Anası Dilarə xanımın dediyinə görə, o çox Vətənpərvər olub. Eləcə də məktəbi əla qiymətlərlə bitirib. Çox ağıllı, savadlı bir şagird olub. Amma ailənin vəziyyəti çətin olduğundan o işləmək, ailəyə kömək etmək istəyib. Oxumağı, ali təhsil almağı bir xəyal olub. Anası onun hərbi xidmətə getməyindən, vətənpərvərliyindən fəxr və qürur hissi ilə danışır:
Teymur 2018 ci ilin oktyabrında hərbi xidmətə çağrılıb. Altı ay Goranboy, Ağdam rayonlarındakı hərbi hissələrdə topçu vəzifəsini fəallıqla yerinə yetirib. Düşmənlə üz - üzə dayanıb. Vətənin bir qarış torpağınə yağılara verməmək üçün keşik çəkib, hərbi xidmətini yerinə yetirib. Komandiri ailəyə belə bir oğul yetişdirdiyi üçün təşəkkür edib.
Teymur düşmənin hər hiyləsinin qarşısın almaq üçün həmişə ayıq - sayıq dayanıb. O həm də hərbi xidməti bitirdikdən sonra, orduda xidmət etmək istəyib. Düşmən təxribatının qarşısının alınmasında dəfələrlə iştirak edib. Bu mərd oğul Ağdamın Baharlı kəndində xidmət etdiyi hərbi hissədə 2020-ci il yanvarın səkkizində qəflətən dünyasını dəyişir və arzuları yarımçıq qalıb.
Teymurun qara xəbərini alan dağlar nərə çəkdi, haray saldı bir birinə.Teymurun bu acısı onların sinəsindəki qar yükündən daha ağır oldu...Axı bu oğlanın dağlara etibar etdiyi nə qədər arzusu, nə qədər sirri var idi...
Teymur dağlara verdiyi sözünü tuta bilmədi. Amma o böyük qürurla, qüdrətlə qayidırdı. Çünki Teymur Vətən bayrağına bükülüb qayıdırdı. Son dəfə salamlaşıb ayrılırdı dağlardan, uşaqlıq xəyallarından, anasına gül topladığı yamaclardan. Qoyun- quzu dalınca qaçdığı günlərdən, məhlə uşaqlarından...
Keçirdiyi qısa ömür bir tarixin yaddaşıydı. Teymurun bu dərdi onun tək valideynlərinə yox, dağların da sinəsinə dağ çəkdi. O gündən dağların sinəsini bir ana fəryadı da dağlayır. O gündən tək dağlar yox, axıb gedən Girdiman da lal oldu. Susdu.Təbiət də ana ilə qoşa ağladı. Teymur anasının yuxusunda belə ona təsəlli və qucağına ağ quzu verir. Sonra onu tərk edir. Yenə gözlə məni deyir. Teymur dağların qulağına pıçıldadı:- Sirrim var! Darıxmayın vüqarlı dağlar,- dedi. Gedən şəhidlərin qisası alınacaq. 44günlük Zəfər gəlir qarşıdan .
Bağışla! Bağışla məni ana! Hər bir nakam oğulun ilk və son sevgisi olan ana! Mən sənin arzularını yerinə yetirə bilmədim! Bağışla məni ata, qabarlı əllərindən tutmaq əvəzinə, çiyninə bir balanın həsrət yükünü doyub gedirəm.
Müəllif: Zərifə Səmədova

P.S.Teymur haqda mənə göndərilən bu yazını oxuyanda göz yaşlarım məndən ixtiyarsız axdı. Bu vətən azmı şəhid verdi, azmı oğul itirdi?..Nə qədər ananın gözü yaşlı, nə qədər bala atasız qaldı. Bu torpağın hər qarışı müqəddəsdir. Müqəddəsdir ona görə ki, şəhid qanı suvarıb bu torpağı. Bu torpaq Vətəndir!
Şəhidləri xatırlamaq, onların xatirəsi önündə baş əymək hər birimizin borcudur. Bu günümüzün, sabahımızın, gələcək nəsillərimizin xoşbəxtliyi, firavanlığı üçün şəhidlərimizə, sinəsini gülləyə sipər edən qazilərimizə borcluyuq.

Hörmətlə: Südabə İRƏVANLI
"Bütöv Azərbaycan" qəzeti
23 iyun 2023
23-06-2023, 17:29
MDB ölkələrinin nümayəndələri Moskvada toplandı


MDB ölkələrinin nümayəndələri Moskvada toplandı

MDB ölkələri əmək miqrantlarının sənədlərinin qarşılıqlı tanınması ilə bağlı model saziş layihəsi hazırlamağı planlaşdırır. Bu barədə təşkilatın İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ekspertlər artıq iclas keçiriblər. Birlik İcraiyyə Komitəsi həmçinin məlumat yayıb ki, MDB ölkələrinin XİN-lərinin nümayəndələri Moskvada beynəlxalq informasiya təhlükəsizliyi üzrə məsləhətləşmələr keçirib. Tərəflər dialoqun daha da intensivləşdirilməsi istiqamətlərini müəyyən ediblər.
23-06-2023, 16:44
Zelenskinin sədrliyiylə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası toplandı


Zelenskinin sədrliyiylə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası toplandı

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısı keçirilib. İclasa ölkə prezidenti Volodimir Zelenski sədrlik edib. "Birincisi, insanların təhlükəsizliyidir. Ukraynada sığınacaqların dörddə biri, Kiyevdə isə üçdə biri istifadəyə yararsızdır. Bütün mühafizə strukturları lazımi vəziyyətə gətirilməlidir. İkincisi məhkəmələrdir. Biz Avropa İttifaqı ilə sıx əməkdaşlıqda məhkəmə islahatlarını davam etdiririk. Biz ədliyyə sistemində korrupsiyaya görə cəzaları sərtləşdiririk. Biz ayrı-ayrılıqda xarici və daxili investisiyaların məhkəmələrdə müdafiə mexanizmi üzərində işləyirik. Üçüncüsü, gələcəyimiz Avropa İttifaqı ilə bağlıdır. Biz Avropa tövsiyələrinin yerinə yetirilməsi üzrə işi sürətləndiririk”, - Zelenski bildirib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
23-06-2023, 15:52
O vaxtlar artıq tarixdə qaldı - Prezident


O vaxtlar artıq tarixdə qaldı - Prezident

İşğal dövründə bizim şəhərlərimiz yerlə-yeksan edilmişdir. Tarixi abidələrimiz dağıdılmışdır. Bizim müqəddəs ocaqlarımız təhqir edilmiş və dağıdılmışdır. Bunu edən bizim mənfur qonşularımız idi. Bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib. “Buna göz yuman beynəlxalq aləm, beynəlxalq ictimaiyyət və indi hər gün Ermənistana baş çəkən rüşvətxor Avropa məmurları və deputatlarıdır. Onları bu ədalətsizliyə vadar edən nədir? İkili standartlar və rüşvət! Bunun başqa izahatı ola bilməz. Gedirlər, bizim sərhədimizə yaxın yerlərdə şəkillər çəkdirirlər, bizə hansısa mesajlar ünvanlayırlar. Hünərləri varsa gəlsin yaxınlaşsın bizim sərhədimizə. O vaxtlar artıq tarixdə qaldı. Yenə də onların ayağını biz qırdıq. Çünki İkinci Qarabağ müharibəsindən sonra biz bunu unutmamışıq. Bəzi Avropa ölkələrinin rəsmi nümayəndələri bizim ərazimizə, Xankəndiyə icazəsiz soxulmuşdular. Mən o vaxt demişdim ki, əgər bizim bundan xəbərimiz olsaydı, onları buraxmayacaqdıq. Bu gün də deyirəm, hünəriniz varsa gəlin, görək, sonra axırınız nə olacaq?”, - dövlət başçısı qeyd edib.
23-06-2023, 15:10
Bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq - İlham Əliyev


Bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq - İlham Əliyev

Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm daha çox Ermənistana lazımdır. Bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı səsləndirib.“Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Biz öz torpağımızda müharibə aparmışıq, bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
23-06-2023, 14:43
Bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsın - İlham Əliyev


Bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsın - İlham Əliyev

Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq. Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir. Bu sözləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləyib. Silahlı Qüvvələrimizin Ali Baş Komandanın əmrlərini tam icra etdiyini və icra edəcəyini bildirən dövlətimizin başçısı bildirib: “Ona görə bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda, biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq”.
23-06-2023, 14:07
Krımın bütün əhalisi Rusiyanın tərkibinə daxil olmaq istəyirdi - Peskov


Krımın bütün əhalisi Rusiyanın tərkibinə daxil olmaq istəyirdi - Peskov

"Rusiya Afrika dövlətləri ilə konstruktiv əlaqələr qurur, bu, üçüncü ölkələrə qarşı yönəlməyib". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O, gündəlik açıqlamasında bir sıra məqamlara toxunub. "Rusiya Federasiyası "Naftoqaz"ın Krımdakı aktivlərinə görə 5 milyard dollar geri almaq iddiası ilə öz hüquqlarını qorumaq üçün bütün hüquqi aspektləri işləyəcək. Obamanın Krımla bağlı bəyanatında rasionallıq var. Ukraynada həqiqətən də Rusiya Federasiyasına dəstək verən fraksiya var idi və Krımın praktiki olaraq bütün əhalisi Rusiyanın tərkibinə daxil olmaq istəyirdi. Kiyevə verilən silahların İsrail sərhədləri yaxınlığında görünməsi və onların Təl-Əvivə qarşı mümkün istifadəsi çox təcili təhdiddir. Ukraynaya orada düzgün uçota alınmadan nə qədər çox silah verilirsə, qlobal təhlükəsizliyə bir o qədər böyük təhdidlər yaranır", - sözçü iddia edib.
23-06-2023, 13:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Bakıda 31 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.
23-06-2023, 13:05
Gəncədə evləri su basdı, sakinlər təxliyə olundu


Gəncədə evləri su basdı, sakinlər təxliyə olundu

FHN-in “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Əhməd Cavad küçəsində intensiv yağıntılar səbəbindən həyətyanı sahəsini su basmış fərdi yaşayış evində bir ailənin üç üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Məlumatla əlaqədar dərhal əraziyə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri köməksiz vəziyyətdə qalan biri azyaşlı olmaqla 3 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!