Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                       
11-06-2023, 15:00
Ali təhsil müəsislərinin magistraturalarına qəbul imtahanı keçirildi


Ali təhsil müəsislərinin magistraturalarına qəbul imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib. Bu barədə DİM-dən bildirilib. İmtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Abşeron, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 binada keçirilib. İmtahanda iştirak üçün 17705 bakalavr ərizə təqdim edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. İyunun 12-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
11-06-2023, 14:44
Doktorantura və dissertanturaya qəbul imtahanı keçirildi


Doktorantura və dissertanturaya qəbul imtahanı keçirildi

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanı keçirilib. Bu barədə DİM-dən bildirilib. İmtahan Bakı və Naxçıvan şəhərlərdə təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. İmtahanda namizədlərə xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub. İlkin məlumatlara əsasən bir imtahan zalında əvvəlcədən gizlədilmiş “ağıllı” saat aşkar olunub və sahibinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır. İmtahan nəticələri danışıq bloku və yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 3 həftə ərzində elan olunacaq. Danışıq bloku üzrə imtahanın iyunun 16-dan 19-dək keçirilməsi planlaşdırılır. Xatırladaq ki, həm xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala ilə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə qəbul imtahanında minimum 25 bal, fəlsəfə doktoru imtahanında isə azı 30 bal toplamış iddiaçılar, habelə əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 12-də keçiriləcək. Qeyd edək ki, iyunun 11-də keçirilən imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər isə ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.

11-06-2023, 14:10
Qırğızıstan Prezidenti 10 il müddətinə azadlıqdan məhrum edildi


Qırğızıstan Prezidenti 10 il müddətinə azadlıqdan məhrum edildi

2005-2010-cu illərdə Qırğızıstan Prezidenti olmuş Kurmanbek Bakiyev Kumtor qızıl mədənində korrupsiya faktı ilə bağlı qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib. “Məhkəmənin qərarı ilə Kurmanbek Bakiyev cinayət törətməkdə təqsirli bilinib, o, əmlakı müsadirə olunmaqla və üç il müddətinə dövlət vəzifəsi tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib”, - Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətinin nümayəndəsi bildirib. Məlumata görə, baxılan iş “Kumtor” mədənində korrupsiyaya aiddir. Bundan başqa, daha bir neçə keçmiş məmur, həmçinin eks-prezidentin kiçik oğlu Maksim Bakiyev də təqsirləndirilən şəxslər arasındadır. Qeyd edək ki, K.Bakiyev 2010-cu ilin aprelində dövlət çevrilişi nəticəsində devrilib. O, təhlükəsizlik məqsədilə respublikanı tərk edib və hazırda Belarusda yaşayır. Bişkek Minskdən keçmiş dövlət başçısının ekstradisiyasını dəfələrlə tələb etsə də, hər dəfə buna rədd cavabı verilib.
11-06-2023, 13:47
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda iyunun 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək. Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacağı ehtimal edilir. Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 29-34° isti olacağı proqnozlaşdırılır. Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 15-20°, bəzi yerlərdə 25° isti olacağı bildirilir. Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz əsasən dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 15-20°, bəzi yerlərdə 23° isti olacağı ehtimal edilir. Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32° isti olacağl ehtimalı var. Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacaq. Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 27-32° isti, dağlarda gecə 17-20°, gündüz 22-27° isti olacağı proqnozlaşdırılır.
11-06-2023, 13:29
Xocavənd istiqamətində yerləşən mövqelərimiz atəşə tutuldu


Xocavənd istiqamətində yerləşən mövqelərimiz atəşə tutuldu

İyunun 11-i saat 11:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
11-06-2023, 12:38
Qazaxıstanda ümumilli matəm günü elan edildi


Qazaxıstanda ümumilli matəm günü elan edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni ümummilli matəm günü elan edib. Abay rayonuna səfər edən Tokayev, burada Semey Ormanı təbiət qoruğunda baş vermiş irimiqyaslı yanğın nəticəsində həlak olan meşə təsərrüfatı işçilərinin ailələrinə və yaxınlarına başsağlığı verib. Batpaevski meşə təsərrüfatının ərazisində ilkin olaraq 0,3 hektar sahədə ağaclar yanıb. Yanğının söndürülməsi üçün helikopter gətirilib. Bundan başqa, meşə yanğınının söndürülməsinə üç rayondan xilasedicilər göndərilib. İlkin yanğın sahəsi artıq 60 min hektardan çoxdur. Qeyd edək ki, yanğın nəticəsində 14 nəfər ölüb.
11-06-2023, 12:22
Əfqanıstan-Pakistan sərhədində silahlı insident baş verdi


Əfqanıstan-Pakistan sərhədində silahlı insident baş verdi

Əfqanıstan-Pakistan sərhədində silahlı insident baş verib. Bu barədə Pakistan ordusu məlumat yayıb. Ölkənin şimal-qərbində yerləşən Xeyber-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsinin Miran Şah rayonundakı nəzarət-buraxılış məntəqəsində törədilən terror aktından sonra Pakistan ordusu əməliyyat-axtarış tədbirləri həyata keçirib. Axtarışlar çərçivəsində terrorçulara məxsus silah-sursat anbarı aşkar olunub. Baş verən atışmada 3 pakistanlı hərbçi həlak olub, həmçinin silahlılardan 3-ü məhv edilib.
11-06-2023, 12:01
Xersonda subasma səbəbindən itkin düşənlərin sayı 29 nəfərə çatdı


Xersonda subasma səbəbindən itkin düşənlərin sayı 29 nəfərə çatdı

Kaxovka Su Elektrik Stansiyasının bəndinin partladılması nəticəsində Xerson vilayətində subasma səbəbindən itkin düşənlərin sayı 29 nəfərə çatıb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Xerson vilayətində 46 yaşayış məntəqəsini su basıb, onlardan 32-si Ukraynanın nəzarəti altında olan, 14-ü isə müvəqqəti işğal edilmiş ərazidə yerləşir. Ukraynanın nəzarətində olan ərazilərdən 2699 nəfər təxliyə olunub. Su Elektrik Stansiyasının partladılmasından sonra Nikolayev vilayətinin 31 yaşayış məntəqəsi su altında qalıb, 982 nəfər təxliyə olunub.
11-06-2023, 11:34
Rusiyanın müraciəti Ukrayna tərəfindən rədd edildi


Rusiyanın müraciəti Ukrayna tərəfindən rədd edildi

Rusiyanın “Qazprom” şirkətinin "Suсa" qaz ölçmə stansiyası üzərindən Avropaya qaz nəqli üçün müraciəti Ukrayna tərəfindən rədd edilib. Bu barədə “Qazprom” məlumat yayıb. Qeyd edək ki, "Qazprom" Ukrayna üzərindən Qərbi və Mərkəzi Avropaya gündəlik 42,4 milyon kubmetr qaz nəql edib. Bu, Qərbi və Mərkəzi Avropaya Rusiya qazının nəqli üçün yeganə marşrut olub.
11-06-2023, 09:46
Xarkov şəhəri güclü partlayışa məruz qaldı


Xarkov şəhəri güclü partlayışa məruz qaldı

Ukraynanın Xarkov şəhərində güclü partlayış olub. Bu barədə Ukraynanın TSN telekanalı məlumat yayıb. İlkin məlumata görə, şəhərdə hava hücumundan müdafiə sistemi işə salınıb. Daha əvvəl Ukraynanın şərqində və mərkəzində üç bölgədə hava hücumu ilə bağlı məlumat verilmişdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!