Qətlə yetirilən müəllim haqda yeni məlumat .....                        II Qareginin Tbilisiyə getməsinin qarşısı alındı .....                        ABŞ-İsrail koalisiyası İranın Natanz nüvə obyektini vurdu .....                        İsrailli generalın elektron poçtu sındırıldı .....                        “Bəsic”in öldürülən rəhbərliyindəki adlar açıqlanıb - SİYAHI .....                        Tramp İranla müharibəni dayandırmaq istəyir .....                        İsrail İran kəşfiyyatının axtarılan məmurunu öldürüb .....                        Ərdoğan Türk dünyasına mesaj verdi: Bu il... .....                        Sabahın hava proqnozu açıqlandı .....                       
18-12-2025, 17:17
Şahruddin əməliyyat olundu


Şahruddin əməliyyat olundu

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.
31 yaşlı qolkiper adıçəkilən şəhərdə özəl klinikaların birində sol bud oynağından uğurlu əməliyyat keçirib.
Ş. Məhəmmədəliyevin əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.
18-12-2025, 17:05
Kupyansk Rusiyanın nəzarətində qalır - Zaxarova


Kupyansk Rusiyanın nəzarətində qalır - Zaxarova

“Xarkov bölgəsindəki Kupyansk şəhəri Rusiya silahlı qüvvələrinin nəzarəti altında idi və hazırda da qalır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
"15 dekabrda Ukraynanın xarici işlər naziri Andrey Sibiha Brüsseldə xarici işlər nazirləri səviyyəsində keçirilən Avropa İttifaqı Şurasının iclasında Kupyanskda guya uğurlu hərbi əməliyyat aparıldığını elan etməyə tələsdi və təbii ki, Rusiyanın dediklərinin hamısının yalan olduğunu dedi", - deyə diplomat qeyd edib.
"Xeyr, Rusiyanın dedikləri yalan deyil, çünki biz faktlar təqdim edirik və faktlar inadkar şeylərdir. Kiyev sadəcə olaraq etiraf edə bilməz ki, yerdəki vəziyyət saniyələr içində pisləşir.
Azad edilmiş Kupyansk Rusiya silahlı qüvvələrinin nəzarəti altında idi və qalır", - Zaxarova vurğulayıb.
Diplomatın sözlərinə görə, son günlərdə Ukrayna lideri Volodimir Zelenski Kupyansk bölgəsindəki döyüşə daha çox ehtiyat ayırıb:
"Kiyevin əvvəlcə hansısa irəliləyiş əldə etmək üçün uğursuz cəhdləri dəf edildi və düşmən texnika və canlı qüvvə baxımından çoxlu itki verdi. Bütün bunlar nə üçün idi? Sadəcə Kiyev rejimi liderinin bu cinayətkar lovğalığı naminə. Hamısı Zelenski üçün". Zaxarova deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də Xarkov vilayətindəki Kupyansk şəhərinə səfər edib. Rusiya qoşunları ilə döyüşlərin davam etdiyi şəhərə gedən Zelenski orada döyüşçülərə təşəkkür edib, tezliklə bütün şəhərin rus hərbiçlərindən azad ediləcəyini bildirib. Zelenski şəhərin girişindən video da paylaşıb.
18-12-2025, 16:41
Bəylər Eyyubova xüsusi imtiyaz verildi


Bəylər Eyyubova xüsusi imtiyaz verildi

Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilib.
Qərara əsasən, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”na “Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi və onun müavini” sözləri əlavə edilib.
Xatırladaq ki, hazırda Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi general-polkovnik Bəylər Eyyubovdur.
Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub.
16 mart 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Bu ilin iyun ayında Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilən general-polkovnik Bəylər Eyyubov daha sonra Prezident Katibliyinin rəisi təyin olunub.
18-12-2025, 16:33
Yeni sədr kollektivə təqdim olundu


Yeni sədr kollektivə təqdim olundu

Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yeni sədri Nicat Məmmədli kollektivə təqdim edilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Nicat Məmmədlini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir fondun təhsil sahəsində həyata keçirilən islahatların dəstəklənməsində mühüm rol oynadığını vurğulayıb, prioritet istiqamətlər və əsas hədəflər barədə fikirlərini bölüşüb.
Emin Əmrullayev fondun fəaliyyətinin səmərəliliyinin artırılmasının, innovativ təşəbbüslərin dəstəklənməsinin və dövlət–özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən Nicat Məmmədli ona göstərilən etimada görə təşəkkür edib, Təhsilin İnkişafı Fondunun fəaliyyətinin inkişafı istiqamətində məqsədyönlü və sistemli işlərin aparılacağını və bunun üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
18-12-2025, 16:24
Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq


Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin pozitiv siyahıya daxil edilməsini mərhələli şəkildə həyata keçirəcək. Siyahıya daxil edilən dərmanlar Xidmətlər Zərfində nəzərdə tutulan beynəlxalq patentləşdirilməmiş adlara uyğun seçiləcək.
Agentlikdən bildirilib ki, ilkin mərhələdə ürək-qan damar sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərman vasitələri pozitiv siyahıya salınacaq. Növbəti mərhələlərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərmanların əlavə olunması nəzərdə tutulur.
Qeyd olunub ki, pozitiv siyahıya daxil edilən hər bir dərman klinik protokollara uyğun seçiləcək. Ekvivalent dərman qruplarında ən azı bir preparat tam şəkildə sığorta hesabına, yəni müştərək maliyyələşmə olmadan təmin edilə bilər.
Ambulator dərman təminatının icrası üçün Agentlik özəl apteklərlə əməkdaşlıq quracaq. Lisenziyası olan və sertifikatlı əczaçılardan ibarət heyətə malik apteklər könüllü əsaslarla müraciət edə bilərlər. Müraciətlər əsasında Agentliklə apteklər arasında müvafiq müqavilələr bağlanacaq.
Pozitiv siyahının formalaşdırılmasında yerli və xarici dərman istehsalçıları ilə əməkdaşlıq da nəzərdə tutulur. Yerli istehsal olunan dərmanların siyahıya daxil edilməsi üçün meyarlar daha sadə müəyyən edilib ki, bu da dərmanların əlçatanlığını artırmağa xidmət edir.
Agentlik vurğulayıb ki, ölkədə dərman qiymətləri tənzimləndiyi üçün yalnız qlobal bahalaşma və tələbatın artması maliyyə dayanıqlığına təsir göstərə bilər.

18-12-2025, 16:19
Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu


Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu

Bakıda narkotik satışını təşkil etməkdə təqsirləndirilən bir ailənin 3 üzvü - Hümbət Cəfərov, Əli Cəfərov və Şəlalə Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Hümbət Cəfərov 11 il, Əli Cəfərov 9 il, Şəlalə Cəfərova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Dövlət ittihamçısı Hümbət Cəfərovun 12 il, Əli Cəfərovun 11 il, Şəlalə Cəfərovanın isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, ötən il dekabrın 24-də Xətai rayonu ərazisində əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş - 56 yaşlı Hümbət Cəfərov, oğlu 33 yaşlı Əli Cəfərov və qızı 35 yaşlı Şəlalə Cəfərova saxlanılıblar. Məlumata görə, onlara məxsus avtomobildən 14 kiloqramdan artıq heroin, metamfetamin və tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar edilərək götürülüb.
Bildirilib ki, bu şəxslər aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə Astara rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Saxlanılan şəxslər Bakı şəhərində narkotik vasitələrin əsas tədarükçülərindən olublar.
Faktla bağlı cinayət işi başlanılıb. Onların hər üçünə qarşı qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci , (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
18-12-2025, 15:56
Qubada ana və övladını avtobus vurdu


Qubada ana və övladını avtobus vurdu

Qubada ana və övladını avtobus vurub.
Quba-Xaçmaz marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu piyada 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını vurub. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qəza zamanı qadının yanında olan azyaşlı övladı da xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
18-12-2025, 15:47
Rüşvət alan bağça müdiri işdən çıxarıldı


Rüşvət alan bağça müdiri işdən çıxarıldı

Zaqatala şəhəri Aydın Əhmədov adına 6 nömrəli körpələr evi-uşaq bağçasının sabiq müdiri Hasilova Lətifə Nizami qızı 1 dekabr 2025-ci il tarixindən vəzifəsindən azad olunub.
Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
Qeyd edək ki, Hasilova Lətifə Nizami qızının uşaq bağçasının müdiri işləyərkən çoxlu sayda vətəndaşdan müxtəlif məbləğlərdə pul alaraq onları həmin bağçaya işə götürəcəyinə dair söz verməsi və sonda vədinə əməl etməyərək həmin pulları mənimsədiyi iddia edilir.
18-12-2025, 15:36
Ərdoğan anons etdi: Türkiyə Ermənistanla bağlı hansı addımları atacaq?


Ərdoğan anons etdi: Türkiyə Ermənistanla bağlı hansı addımları atacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında çıxışında diqqətçəkən açıqlamalar verib. Türkiyə lideri Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamağa yaxın olduğunu, Azərbaycanla dialoq apararkən, eyni zamanda Ermənistanla da normallaşma proseslərini irəlilətdiklərini qeyd edib.
O vurğulayıb ki, illərdir sülhə həsrət qalan Cənubi Qafqaz bu gün tarixi bir dövrdən keçir və Ermənistanla münasibətlərdə gələn ilin əvvəlindən etibarən bəzi simvolik addımlar atılacaq.
Söhbət hansı simvolik addımlardan gedə bilər?

Politoloq Natiq Miri bildirib ki, 2025-ci il kontekstində Azərbaycanla Ermənistan arasında sülh prosesində mühüm və müsbət irəliləyişlər müşahidə olunub və son aylarda atılan addımların yekun sülh sazişini yaxınlaşdırıb:
"Avqustun 8-də Vaşinqtonda sülh mətni paraflanıb, kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı konkret razılaşmalar əldə olunub. Ardınca Azərbaycanın Ermənistanı tranzit baxımdan blokadadan çıxarması strateji və etimadı gücləndirən addım kimi qiymətləndirilib.
Bu proseslər yekun sülh müqaviləsinin imzalanacağı tarixin o qədər də uzaqda olmadığını göstərir. Qardaş Türkiyə Prezidentinin son çıxışları da bu istiqamətdə eyni mesajı verir. Regional və qlobal proseslər, xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda danışıqların intensivləşməsi Cənubi Qafqazda da sülhün zəruriliyini artırır. Ukraynadakı müharibədən çıxacaq Rusiyanın regionda yenidən təcavüzkar siyasətə qayıtma riski yekun sülh sazişinin daha tez imzalanmasını aktuallaşdırır".
Politoloq mümkün simvolik addımlara da toxunub:
"Razılaşdırılmış “Marqara” sərhəd-keçid məntəqsinin açılması, eləcə də avtomobil nəqliyyatı üzrə kommunikasiyaların bərpası mümkündür. Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırmasından sonra Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyədən Ermənistan üzərindən Azərbaycana və əks istiqamətdə avtomobil əlaqələrinin açılmasına hazır olduqlarını açıqlayıb.
Gürcüstan üzərindən daşımalarla bağlı tariflərin süni şəkildə artırılmasının da alternativ marşrutlara ehtiyacı gücləndirir. Birbaşa Azərbaycan-Ermənistan-Türkiyə nəqliyyat kommunikasiyalarının açılması həm marşrutların şaxələndirilməsi, həm də tərəflərin suveren imkanlarının genişlənməsi baxımından əhəmiyyətlidir. Bu çərçivədə Qazax-Noyemberyan istiqamətində yolların, eləcə də Laçın üzərindən giriş-çıxış imkanlarının müzakirə predmeti ola bilər.
Eləcə də Qars–Gümrü dəmir yolunun bərpası da dəfələrlə gündəmə gəlib və perspektiv məsələ olaraq qalır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi gələn ilin yazına qədər imzalanarsa, Türkiyə və Ermənistan arasında diplomatik missiyaların qarşılıqlı şəkildə açılması da mümkün ola bilər.
Hazırda ciddi maneə yoxdur və əsas şərt Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasıdır. Bu baş verdikdən sonra regionda proseslərin daha da sürətlənəcəyi gözlənilir".
18-12-2025, 15:18
ABŞ Azərbaycandan silah alır


ABŞ Azərbaycandan silah alır

“Azərbaycan müdafiə sənayesinin formalaşması və inkişaf tarixi təxminən 100 ilə yaxın bir dövrü əhatə edir və hazırda bu sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub”.
Bu sözləri hərbi ekspert Ramil Məmmədli bildirib.
Ekspertin sözlərinə görə, ölkədə hələ Sovet dövründə Bakı və ətraf bölgələrdə qurulan müdafiə sənayesi müəssisələri dövrün tələblərinə uyğun məhsullar istehsal edirdi: “Lakin həmin dövrdə silahlar yekun formada deyil, ayrı-ayrı detallar və hissələr şəklində hazırlanırdı. Məhz o dövrdə formalaşan mühəndislik və kadr bazası sonradan müdafiə sənayesi sektorunun sistemli və mərkəzləşdirilmiş formada yaradılmasına zəmin yaratdı”.
R.Məmmədli xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması sahənin inkişafında dönüş nöqtəsi olub: “Son 20 il ərzində nazirlik və tabeliyindəki müəssisələr dövlətin qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirib. Ölkənin müharibə şəraitində olması nəzərə alınaraq, ilkin mərhələdə kiçik çaplı silahların – tapança, avtomat, pulemyot və snayper tüfəngləri, həmçinin onlara uyğun sursatların istehsalına başlanılıb. Sonrakı mərhələdə isə iri çaplı artilleriya mərmilərinin istehsalına start verilib”.
Ekspert qeyd edib ki, Azərbaycan qısa müddətdə müasir texnologiyaları mənimsəyərək pilotsuz uçuş aparatlarının (PUA) istehsalına da nail olub: “Hazırda ordumuzun tələbatı böyük ölçüdə daxili istehsal hesabına ödənilir. Eyni zamanda, özəl sektorun bu sahəyə cəlb olunması və stimullaşdırılması da diqqət mərkəzindədir. Bu gün özəl şirkətlərimiz gecəgörmə cihazları və digər müasir hərbi avadanlıqların hazırlanmasında fəal iştirak edirlər”.
Ramil Məmmədli Azərbaycanın artıq ixracatçı ölkəyə çevrildiyini vurğulayıb: “MSN-in istehsal etdiyi məhsullar artıq ABŞ, Asiya və Afrika ölkələrinə ixrac olunur. Azərbaycan müdafiə sənayesi artıq formalaşma dövrünü geridə qoyaraq, qlobal rəqabətə davamlı yeni inkişaf mərhələsinə qədəm qoyub”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!