Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
8-01-2026, 15:24
Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - RƏSMİ


Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - RƏSMİ

2023-cü ildən etibarən media subyektlərinin media fəaliyyəti üzrə əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri və dövlət tərəfindən verilən maddi yardımlar vergidən azad edilib. Həmçinin bu vergi güzəştlərinin müddəti 2026-cı il yanvarın 1-dən etibarən daha 3 il uzadılıb.
Bununla yanaşı, Azərbaycanda 2019-cu ildən qüvvədə olan və özəl sektorda çalışanlar üçün tətbiq edilən gəlir vergisi üzrə güzəşt müddətinin 2026-cı il yanvarın 1-də başa çatması muzdlu işdən aylıq gəlir əldə edən fiziki şəxslərin gəlir vergisi öhdəliklərinin yeni qaydada formalaşmasına səbəb olub.
Bu dəyişikliklər media sahəsində çalışan jurnalistlər və digər əməkdaşlar arasında suallar yaradıb. Ən çox müzakirə olunan məqam isə media subyektlərinə tətbiq edilən vergi azadolmalarının media qurumlarında çalışan şəxslərin əməkhaqqı gəlirlərinə şamil olunub-olunmamasıdır.
Məsələ ilə bağlı “APA”ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, media subyektləri üçün nəzərdə tutulmuş vergi güzəştləri yalnız media fəaliyyəti nəticəsində əldə edilən gəlirlərə şamil olunur. Yəni, bu azadolmalar media subyektlərinin sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri gəlir (mənfəət), o cümlədən reklam gəlirləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilən maddi yardımlar üçün nəzərdə tutulub.
Qurumdan vurğulanıb ki, media subyektlərində çalışan jurnalistlərin və digər əməkdaşların əməkhaqqı gəlirləri isə dəyişməz olaraq gəlir vergisinə cəlb edilir. Bu sahədə hər hansı yeni azadolma və ya güzəşt tətbiq olunmur. Media subyekti özəl sektorda fəaliyyət göstərirsə, əməkhaqqı üzrə gəlir vergisi aşağıdakı dərəcələrlə hesablanır:

• aylıq gəlirin 2500 manatadək olan hissəsindən – 3 faiz,

• 2500–8000 manat arası olan hissəsindən – 10 faiz,

• 8000 manatdan yuxarı olan hissəsindən – 14 faiz.

“Media subyektlərinə tətbiq edilən digər vergi güzəştləri — yəni VÖEN-i olan media subyektlərinin sahibkar kimi əldə etdikləri gəlirlərin (mənfəətin) və media məhsullarının təqdim edilməsinin vergidən azad edilməsi — əməkhaqqı gəlirlərinə aid deyil.
Belə ki, media məhsullarının təqdim edilməsinə tətbiq olunan ƏDV azadolması, habelə gəlir (mənfəət) vergisi üzrə güzəştlər yalnız media subyektlərinin fəaliyyəti nəticəsində formalaşan gəlirləri əhatə edir və işçilərin əməkhaqqının vergiyə cəlb olunmasına təsir göstərmir” -məlumatda qeyd edilib.
8-01-2026, 15:07
Bu müəllimlərin attestasiyası başa çatdırılacaq


Bu müəllimlərin attestasiyası başa çatdırılacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan, Şirvan-Salyan Regional Mədəniyyət idarələri üzrə fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində çalışan təxminən 4 000 müəllimin attestasiya prosesi yekunlaşdırılıb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, fevralın 10-dan etibarən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərindən başlayaraq digər regional idarələr üzrə il ərzində ümumilikdə 8 000-ə yaxın müəllimin attestasiya prosesinin mərhələli şəkildə başa çatdırılması planlaşdırılır.
Attestasiya Bakı şəhərində, Bakı Xoreoqrafiya Akademiyasında əvvəlki qaydalar əsasında həyata keçiriləcək.
Müəllimlərin bu məqsədlə ayrılmış nəqliyyat vasitəsilə Bakı şəhərinə gəliş-gedişi təmin olunacaq.
8-01-2026, 14:59
"Azərişıq"da idarə rəisi işdən çıxarıldı


"Azərişıq"da idarə rəisi işdən çıxarıldı

"Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həbib Əzizov vəzifəsindən azad edilib.
Müvafiq qərarla onun yerinə "Azərişığ"ın Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov təyin olunub.
Qeyd edək ki, kadr dəyişikliyi ilə bağlı qərar "Azərişıq" rəhbərliyi tərəfindən verilib.

8-01-2026, 14:37
Azərbaycana hansı malları satacağımızı araşdırırıq - Paşinyan


Azərbaycana hansı malları satacağımızı araşdırırıq - Paşinyan

Ermənistan və Azərbaycan potensial ticarət üçün mal siyahılarını mübadilə üçün araşdırır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
"Hazırda proseslər davam edir - Ermənistan və Azərbaycan satmaq və ya almaqda maraqlı ola biləcəkləri potensial mal siyahılarını mübadilə edir", - Paşinyan qeyd edib.
Hökumətin Azərbaycan benzinini kimin alacağını necə müəyyən etdiyinə dair şərhində Paşinyan bazarın əvvəlcədən araşdırıldığını və bu fürsəti siyasi oyuna çevirməyəcək iş adamlarına təklif verildiyini qeyd edib.
Paşinyanın sözlərinə görə, Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana daxil olarkən bəzi erməni pərakəndə satıcılar həmin benzinini satmaqdan imtina ediblər.
Onun sözlərinə görə, bir neçə göndərişdən sonra bazarın və imkanların hər kəs üçün açıq olduğu aydın olacaq. Və istəyən hər kəs Azərbaycan benzinindən yararlana biləcək.
Bir gün əvvəl Azərbaycanın Ermənistana ikinci və daha böyük həcmdə neft məhsulları göndərəcəyi açıqlanıb.
Ötən ilin dekabr ayında Ermənistana ilk dəfə Azərbaycan benzini göndərilib - Gürcüstan vasitəsilə 1200 ton neft məhsulları daşınıb.
8-01-2026, 14:23
Paşinyan II Qaregini hədələdi - Baş nazir kimi danışıram


Paşinyan II Qaregini hədələdi - Baş nazir kimi danışıram

“Serj Sarkisyanın (Ermənistanın üçüncü prezidenti – red.) da getmək niyyəti yox idi, amma məcbur edildi. Eyni şey Ktriç Nersisyana (Bütün Ermənilərin Katolikosu II Qaregin – red.) da aiddir; o, getməyə məcbur olacaq”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.
"Deyirlər ki, Ktriç Nersisyanın getmək niyyəti yoxdur. Biz onun fikrini dəyişməsinə əmin olacağıq. Heç kimin getmək niyyəti yoxdur", - deyə o qeyd edib.
Paşinyan bunu heç bir qarışıqlıq olmadan və "xristian tolerantlığı və sevgisi ilə dolu" edəcəyinə əminlik verib.
“Mən həm Ermənistan Apostol Kilsəsinin davamçısı kimi, eyni zamanda həm də Ermənistanın Baş naziri kimi danışıram”, - Paşinyan deyib.
8-01-2026, 13:55
Silah alveri edənlər tutuldu


Silah alveri edənlər tutuldu

Bərdə Rayon Polis Şöbəsinin əməkaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahların əldə edilməsi və satışı ilə məşğul olan iki nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, tədbirlərlə müəyyən edilib ki, Ağcabədi rayon sakini 25 yaşlı Sahil Kərimzadə və onunla qabaqcadan əlbir olan həmyerlisi 27 yaşlı İntiqam Rüstəmov qanunsuz odlu silahların satışını təşkil ediblər.
Qrup üzvlərindən biri, S.Kərimzadə, Bərdə rayonu ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olarkən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı yük yerindən pul müqabilində satmaq üçün gətirdiyi 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara aid 2 ədəd patron darağı və 60 ədəd patron aşkar olunaraq götürülüb.
Tədbirin davamı olaraq odlu silah-sursatı qanunsuz şəkildə əldə edərək saxlayan İ.Hüseynov da Xocavənd rayonu ərazisində saxlanılaraq Bərdə RPŞ-yə gətirilib.
Onlardan ümumilikdə 4 ədəd “Kalaşnikov” avtomatı, 4 patron darağı və 60 ədəd patron götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
8-01-2026, 13:41
İqtisadiyyat Nazirliyi bu məsələləri Prezidentlə razılaşdıracaq


İqtisadiyyat Nazirliyi bu məsələləri Prezidentlə razılaşdıracaq

Prezident İlham Əliyev "Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında" 7 avqust 2009-cu il tarixli fərmanında dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda dövlətə məxsus kredit təşkilatının yenidən təşkili və ləğvinə prezident qərar verəcək.
8-01-2026, 13:20
Amnistiya ilə azadlığa çıxan müğənni yenidən məhkəməyə verildi


Amnistiya ilə azadlığa çıxan müğənni yenidən məhkəməyə verildi

Saxta əlillik sənədi düzəltməkdə ittiham olunan müğənni Dəniz Əsədovanın barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 22-nə təyin edilib.
Dəniz Əsədova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4, 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham verilib. Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.
İttihama görə, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.
İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub.
Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.
O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.
Dəniz Əsədova Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmənin 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
8-01-2026, 13:08
Xarici borcumuz çox aşağı səviyyədədir


Xarici borcumuz çox aşağı səviyyədədir

“Bizim xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun təqribən 6 faizindən bir qədər çoxdur”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı əlavə edib ki, valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır:
Yəni bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır.
Gələcək planlarla bağlı nəzərə alsaq ki, bizdə bərpaolunan enerji potensialı çox artacaq, əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu “AzərEnerji” öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə Batareya Enerji Saxlanc sistemlərinin sayı daha da çoxalsın və mən xarici investorları da bu işə dəvət edirəm”.
“Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.
Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur”, - Prezident vurğulayıb.
8-01-2026, 13:01
Elşad Xose həbs edildi


Elşad Xose həbs edildi

Məşhur reper Elşad Xose həbs edilib.
1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.
Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edərək köməklik olunmasını edib.
Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!