14-03-2023, 16:14
İrəvan və Bakı arasında razılaşma effektiv olmalıdır - Paşinyan"Bakı bir neçə gün əvvəl İrəvanın fevralın ortalarında göndərdiyi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərə cavab verib". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. Baş nazir bildirib ki, Ermənistan tərəfi prosesdə müəyyən irəliləyiş görür, lakin irəliləyiş həm də fundamental problemləri ortaya qoyur. Paşinyanın sözlərinə görə, 2020-ci ilin üçtərəfli bəyanatından fərqli olaraq, İrəvan və Bakı arasında razılaşma effektiv olmalıdır.
14-03-2023, 16:11
Arayik istefa verməyə hazırlaşırRusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində qalan erməni sepatarçılarının rəhbəri Arayik arutyunyan istefa verməyə hazırlaşır. Bu barədə Ermənistan mediası məlumat yayıb. Erməni mənbələrində yer alan xəbərlərə görə, Arutyunyan "vəzifəsindən" getməyə razıdır. "İrəvunk" nəşri isə bildirib ki, Arayik payız aylarına qədər "vəzifə"sində qala bilər, onun istefası sonrakı dövrdə mümkündür. İddia olunur ki, Arutyunyan istefaya razılaşsa da, guya yerli ermənilər onun getməsini istəmir. Qeyd edək ki, bir neçə gün əvvəl separatçıların "rəhbəri" Arayik Arutyunyan Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. "Hraparak" bildirir ki, görüş çox gərgin keçib. Belə ki, Paşinyan Qarabağdakı ermənilərin Azərbaycanla dil tapmalı olduğunu, əks halda müharibə baş verəcəyini diqqətə çatdırıb. Arayik qəmgin əhval-ruhiyyə ilə Xankəndiyə qayıdıb və artıq "vəzifədə" qalmaq istəmədiyini söyləyib. Bu mənada, onun tezliklə istefa verə biləcəyi ehtimal olunur.
14-03-2023, 16:08
Taxıl sazişi eyni şərtlərlə uzadıldı - KremlRusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko taxıl sazişi ilə bağlı açıqlamalar verib. Bu barədə TASS məlumat yayıb. O taxıl sazişinin müddətinin uzadıldığını bildirib: "Taxıl sazişi uzadıldı. Eyni şərtlərlə uzadılmasından söhbət gedir. Rusiya Federasiyasından kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması prosesi gedir, lakin yavaş-yavaş baş verir. Rusiya Federasiyası taxıl müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsini israrla təmin etməyə çalışacaq". "Rusiya “Şimal axını”nda terror aktlarının təhqiqatında iştirak etməkdə israrlı olacaq, hələlik bu prosesdə heç bir irəliləyiş yoxdur", - nazir müavini əlavə edib.
13-03-2023, 23:52
İqtisadiyyatımızdakı artım dünya rekordu hesab oluna bilər - İlham ƏliyevSon 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Düşünürəm ki, bu, dünya rekordu hesab oluna bilər. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. “Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Faktiki olaraq, bu, mənim bir neçə il bundan əvvəl hökumətin qarşısında qoyduğum hədəf idi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
13-03-2023, 23:50
Güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazanıbBu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı start götürüb. Yarışın ilk günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar. Milli komandamızın üzvü Xasay Həsənli (77 kq) qitə birinciliyinə inamlı start verib. Ötən il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türk Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan X.Həsənli martın 14-də finalda moldovalı Aleksandrin Qutu ilə üz-üzə gələcək. Rahim Həsənov (55 kq) dörddəbir finalda ermənistanlı Karapet Manvelyana (1:7), Ziya Babaşov (63 kq) ilk mərhələdə bu ölkənin digər təmsilçisi Sahak Hovannisyana (1:3), Məhəmməd Əhmədiyev (87 kq) təsnifat mərhələsində gürcüstanlı Açiko Bolkvadzeyə (4:5), Sərxan Məmmədov (130 kq) isə startda ukraynalı Mixaylo Vişnivetskiyə (1:9) məğlub olublar. S.Məmmədovun rəqibi finala yüksəldiyi üçün güləşçimiz martın 14-də təsəlliverici görüşdə rumıniyalı Gean Ali ilə qarşılaşacaq.
13-03-2023, 23:46
Biz hələ də əsasən neft və qazı ixrac edirik - PrezidentSon iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib. “Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür. Lakin biz hələ də əsasən neft və qazı ixrac edirik”, - Azərbaycan Prezidenti vurğulayıb.
13-03-2023, 23:39
Rusiya hökuməti devirmək üçün hibrid müharibə aparır - Moldovalı nazirMoldova hazırda təcili hərbi təhlükə ilə üz-üzə deyil, lakin Rusiya hökuməti devirmək üçün hibrid müharibə aparır. Bunu Moldova müdafiə naziri Anatoli Nosatii AFP-yə müsahibəsində bildirib. "Hazırda Moldovaya birbaşa hərbi təhdid yoxdur, lakin ölkənin təhlükəsizliyinə təsir edən digər təhdid növləri var, məsələn, hibrid müharibə", - Nosatii deyib. Onun sözlərinə görə, Rusiya dezinformasiya yayır və Moldova cəmiyyətində gərginlik yaradır.
13-03-2023, 23:36
Rusiya taxıl sazişinin uzadılmasına bu müddətlə razıdırRusiya Ukrayna ilə taxıl sazişinin imzalanmasının əleyhinə deyil, ancaq Moskva müqavilənin cəmi 60 gün uzadılmasını istəyir. Bunu Cenevrədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib. Onun sözlərinə görə, Rusiya sövdələşmədən təkcə Ukraynanın deyil, Rusiyanın da qazanc əldə etməsini arzulayır. Nazir müavini bildirib ki, sövdələşmə müddətinin uzadılması onun “sözdə deyil, əməldə” necə həyata keçiriləcəyindən asılıdır. Verşinin əlavə edib ki, Rusiya Tolyatti-Odessa ammonyak boru kəmərinin yenidən açılmasını və kənd təsərrüfatı məhsullarının ixracının “normallaşdırılmasını” istəyir. Məlumat üçün bildirək ki, taxıl müqaviləsi 2022-ci ilin iyununda bağlanıb və noyabrda müddəti uzadılıb. Ukrayna martın 18-də başa çatacaq müqavilənin daha bir il uzadılmasını təklif edib.
13-03-2023, 23:34
İlham Əliyev alman şirkət rəhbərləriylə görüşübMartın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Dövlətimizin başçısı görüşdə çıxış edib. Görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
13-03-2023, 23:30
Qəbələdə baş qaldıran meşə yanğını söndürüldüFövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Vəndam qəsəbəsi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Yanğın nəticəsində 2 hektar sahədə qurumuş ağaclar, kötük, kol-kos və xəzəl yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub. Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.