“İrəvan Bakı ilə münasibətləri normallaşdırmağa çalışır” - Kostanyan .....                        Təcridxanaya aparılan yeməyin içindən heroin çıxdı .....                        Azərbaycanda yaşamaq üçün 30 minə yaxın əcnəbi müraciət etdi .....                        "EuroVillage 2025" Bakıda .....                        İranda siyasi rejim devrilməyəcək - Medvedev .....                        Roma Papasından çağırış - Müharibələri dayandırın .....                        İrandan İsrailə 35 raket atılıb - Yaralananlar var .....                        Azərbaycandan ABŞ və İrana çağırış .....                        ABŞ hücumlarını dayandırmalıdır - İran çağırış etdi .....                       
7-03-2025, 17:49
Vətən müharibəsi iştirakçısı vəfat etdi


Vətən müharibəsi iştirakçısı vəfat etdi

44 günlük Vətən müharibəsinin iştirakçısı Murad Elxan oğlu Bayramov vəfat edib.
Faktı Tovuz Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Qeyd olunub ki, İkinci Qarabağ müharibəsi iştirakçısı dünən axşam saatlarında vəfat edib.
Məlumata görə, M.Bayramov beyin qansızması nəticəsində dünyasını dəyişib.
7-03-2025, 17:38
Azərbaycanda MAXE-lərin sayı artırılacaq


Azərbaycanda MAXE-lərin sayı artırılacaq

Azərbaycanda hərbi xidmətə çağırışda növbəti islahlatlar gözlənilir.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
O qeyd edib ki, milli kadr potensialı ilə tam şəkildə təmin olunmuş ordunun yaradılması üçün səfərbərlik sistemində islahatlar davam etdiriləcək.
"Bu gün də artıq Milli Məclisin plenar iclasında istefada və ehtiyatda olan hərbçilərin forması ilə bağlı müvafiq dəyişiklik qəbul edildi. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik olacaq, hər xidmət keçmə haqqında əsasnamədə. Bu gün hərbi biletində müvafiq qeydiyyatı olmayan, eyni zamanda müəyyən icazəsi olmayan, istefaya gedəndə, təqaüdə çıxanda buna baxılacaq. Əsas məqamdan ondan ibarətdir ki, bu anım günlərində, peşə bayramlarında, Zəfər Günündə formadan istifadə etmək nəzərdə tutulur”,- Komitə sədri deyib.
A.Nağıyev ödəniş qarşılığında hərbi xidmətdən azad edilmə ilə bağlı təkliflərə də münasibət bildirib: "Hələ bununla bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edən yoxdur".
O əlavə edib ki, Azərbaycanda müqavilə ilə xidmət edən hərbçilərin (MAXE) sayının artırılması istisna deyil:
"Ümumiyyətlə, döyüşkən ordu yaratmaq üçün mütləq şəkildə müqaviləli orduya keçmək lazımdır. Bundan sonra bütün kateqoriyalara uyğun ehtiyat qüvvələr yaratmaq lazımdır. Son zamanlar Ukraynada gedən müharibə göstərdi ki, əgər 80 minlik müqaviləli ordu varsa, heç olmasa 500-600 minlik də ehtiyat orada olmalıdır. Ölkənin təhlükəsizliyinə təhdid varsa, ilk növbə müqaviləli hərbi qulluqçular, daha sonra ehtiyyat qüvvələr mütləq şəkildə səfərbər olunub çağırılırlar. Bu, Rusiya-Ukrayna müharibəsində praktiki şəkildə özünü göstərdi. Bütün bunların hamısının eyni anda birdən-birə formalaşması mümkün deyil. Çox məsələlər var ki, bunlara yenidən baxıla bilər".
7-03-2025, 17:27
Məhkum qadınlar bayramı övladları ilə qeyd etdilər


Məhkum qadınlar bayramı övladları ilə qeyd etdilər

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində tədbir təşkil edilib.
Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti məlumat yayıb.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə ərsəyə gələn tədbirdə iştirak edən qonaqlar bu əlamətdar gün münasibətilə məhkum qadınları təbrik edərək, Azərbaycan qadınının cəmiyyətimizin həyatında oynadığı mühüm roldan bəhs ediblər. Çıxışlar zamanı Azərbaycan qadınının bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəyinə əminlik ifadə olunub.
Daha sonra məhkum qadınlar onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər. Azyaşlılar hazırladıqları açıqca və gül dəstələrini analarına təqdim edərək onları bayram münasibətilə təbrik ediblər.
Animasiya qəhrəmanlarının iştirakı ilə uşaqlara musiqili şoular təqdim olunub, onlar üçün əyləncə atraksionları təşkil edilib.
Uşaqların anaları ilə görüşünü yaddaqalan etmək məqsədilə təlimçilər tərəfindən eko çantaların hazırlanması ilə bağlı master-klass keçirilib.
Bayram tədbiri böyük maraq və sevinc hissi ilə qarşılanıb.
7-03-2025, 17:17
Kərim Vəliyev hərbçiləri topladı - Yeni nizamnamə hazırlanır


Kərim Vəliyev hərbçiləri topladı - Yeni nizamnamə hazırlanır

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin yeni layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun martın 7-də növbəti görüşü keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə keçirilən görüşdə Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxsləri iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan uğurlu islahatlar, qazanılan nailiyyətlər və tətbiq edilən yeniliklər nəzərə alınmaqla yeni hərbi nizamnamələrin hazırlanmasına dair geniş fikir mübadiləsi aparılıb.
Hərbi nizamnamələrin hazırlanmasında müasir dövrün tələbləri, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi nəzərə alınaraq perspektiv planlar müzakirə olunub.
7-03-2025, 17:08
Aktyorun vəziyyəti kritik-ağırdır


Aktyorun vəziyyəti kritik-ağırdır

Aktyor Möylə Mirzəliyevin vəziyyəti kritik-ağırdır, tənəffüs reabilitasiyası alır.
Bildirilib ki, aktyor hazırda klinikanın reanimasiya şöbəsində müalicə alır və vəziyyəti kritik-ağırdır: "Diabetik angiopatiya ilə əlaqədar amputasiya olunan xəstənin böyrəklərində də zədə qeydə alınıb”.
Qeyd edək ki, M.Mirzəliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktyorudur.
O, bir neçə gün öncə əməliyyat olunub. Əməliyyatdan sonra hərəkət qabiliyyətini itirib.
7-03-2025, 16:36
Dərs günlərinin yeri dəyişdirildi


Dərs günlərinin yeri dəyişdirildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 10 mart istirahət gününün yeri 27 mart iş günü ilə dəyişdirilib.
Bu barədə Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris olunmalıdır.
Xatırladaq ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərarında deyilir:
“İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilsin”.
Beləliklə, ölkəmizdə ardıcıl 12 gün - martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir. Həmin tarixlərdə həm Novruz bayramı, həm də Ramazan bayramı (30-31 mart) qeyd olunacaq.
Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.
7-03-2025, 16:21
Tramp Xameneiyə məktub göndərdi


Tramp Xameneiyə məktub göndərdi

ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərib.
Bu barədə Tramp "Fox" kanalına müsahibəsində deyib.
Tramp dünən Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini bəyan edib.
“Mən İranla razılaşmağa üstünlük verirəm, Xameneiyə məktub göndərdim. İranın nüvə silahı və başqa variantları ola bilməz”, - ABŞ lideri qeyd edib.
7-03-2025, 16:13
Bu gün Azərbaycanda qısa iş günüdür


Bu gün Azərbaycanda qısa iş günüdür

Bu gün Azərbaycanda qısa iş günüdür.
Bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.
Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir.
Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Eyni zamanda, əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
7-03-2025, 16:09
Ərdoğandan Ukraynada təcili atəşkəs çağırışı


Ərdoğandan Ukraynada təcili atəşkəs çağırışı

Türkiyə Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması və “quruda, havadan və dənizdən hücumların” dayandırılması ideyasını dəstəkləyir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Ankara münaqişənin iki tərəfi arasında danışıqlar prosesinin təşkili də daxil olmaqla, Ukrayna böhranının nizamlanmasına istənilən töhfə verməyə hazırdır.
“Biz strateji tərəfdaşımız olan Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini qətiyyətlə dəstəkləyirik. Biz ədalətli, davamlı və ləyaqətli sülh uğrunda mübarizə aparan hər iki tərəfin danışıqlar masasına oturacağı möhkəm diplomatik bazanın vacibliyinə diqqət çəkirik”, - deyə Ərdoğan Avropa Şurasının sədri Antonio Kosta ilə Aİ tərəfdaş ölkələri arasında videokonfrans zamanı bildirib.
O qeyd edib ki, Aİ-nin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı seçdiyi yanaşmalar Ankaranın “Qara dənizdə təhlükəsiz gəmiçiliyi” təmin etmək səylərinə tam uyğundur. Ərdoğan, həmçinin keçirilən hər iki tədbiri: martın 2-də Aİ-nin Ukraynaya dəstək sammitini və bir gün əvvəl Brüsseldə keçirilən Aİ rəhbərliyinin görüşünü yüksək qiymətləndirib.
Qeyd edək ki, martın 6-da Brüsseldə Aİ-nin fövqəladə sammiti keçirilib. İclasda Aİ liderləri yenidən silahlanma planını müəyyən edib və Kiyevə hərbi dəstək tədbirləri barədə razılığa gəliblər.
7-03-2025, 16:05
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi


Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi

Daxili işlər naziri Vilayət Eyvazov Lənkəran rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 7-də Lənkəran Şəhər Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə Lənkəran şəhərindəki Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Sonra Lənkəran Şəhər Rayon Polis ŞöbəsindəLənkəran, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarından qəbula gələn 352 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Vətən müharibəsinin 24 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 237 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!