Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
10-01-2026, 12:31
Suriya ordusu Hələbi kürd terrorçulardan təmizlədi


Suriya ordusu Hələbi kürd terrorçulardan təmizlədi

Suriya ordusu Hələbdə YPG/SDG terror təşkilatı tərəfindən işğal edilən sonuncu məhəllənin azad edildiyini açıqlayıb.
Bu barədə Suriya ordusunun açıqlamasında bildirlib.
Hələbin Şeyx Məqsud məhəlləsində YPG/SDG terror təşkilatına qarşı həyata keçirilən əməliyyat uğurla başa çatıb.
Ordudan verilən açıqlamada şəhərə tam nəzarətin qurulduğu bildirilib.
Lakin əhali arasında gizlənən terrorçu ünsürlərin mövcudluğunun davam etdiyini nəzərə alaraq, mülki şəxslərə evlərində qalmaları və çölə çıxmamaları tövsiyə edilib.
Açıqlamada deyilir: “Mülki əhalimizi evlərində qalmağa və çölə çıxmamağa çağırırıq. Çünki SDG və PKK terror təşkilatlarının ünsürləri xalq arasında gizlənir”.
İordaniya və ABŞ YPG/SDF terror təşkilatının Hələbdən dinc yolla çıxarılması və Suriyanın cənubundakı Suveyda əyalətindəki böhrana son qoyulması səylərini dəstəklədiklərini açıqlayıblar.
9-01-2026, 18:47
Silahımız yoxdur, amma insanımız var...


Silahımız yoxdur, amma insanımız var...

Kolumbiya prezidenti Qustavo Petro ABŞ-ın Venesuelada keçirdiyi son hərbi əməliyyatdan sonra Kolumbiyaya qarşı da mümkün güc tətbiqi riskinin mövcud olduğunu istisna etməyib.
Britaniyanın BBC telekanalına müsahibəsində Qustavo Petro bildirib ki, təhdid realdır, lakin Kolumbiyanın güclü silahlı ordu ilə silahlanma baxımından rəqabət aparmaq imkanı yoxdur.
Onun sözlərinə görə, ölkənin əsas dayağı silahlar deyil, xalqdır və bu insanlar dağlarda və cəngəlliklərdə yaşayır. Prezident vurğulayıb ki, Kolumbiya tarixən daha güclü ordulara məhz bu yolla müqavimət göstərib.
Petro qarşıdurmadan çox dialoqa üstünlük verdiyini bildirib və əlavə edib ki, Kolumbiyanın keçmişi ölkənin xarici təzyiqlərə necə dözdüyünü açıq şəkildə göstərir. O, Vaşinqtonun digər dövlətlərə “imperiya ambisiyaları” ilə yanaşmasının sonda ABŞ-ın özünün beynəlxalq arenada təcrid olunması riskini artırdığını da qeyd edib.
Xatırladaq ki, Venesuela ərazisində həyata keçirilən əməliyyatdan sonra Donald Tramp Kolumbiya prezidentini də ehtiyatlı olmağa çağırmışdı. ABŞ ilə Kolumbiya arasında yaranan bu gərginlik regionda təhlükəsizliklə bağlı narahatlıqları daha da artırır.
9-01-2026, 18:26
Anar Mehdiyevə cinayət işi açıldı


Anar Mehdiyevə cinayət işi açıldı

"Azərşəkər" MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.
Mehdiyev xüsusilə külli miqdarda (500 min manatdan çox) mənimsəmədə ittiham olunur.
A.Mehdiyev barəsində məhkəməyə qədər həbs deyil, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işinin təfərrüatı barədə əlavə məlumat verəcəyik.
Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər sözügedən vəzifəni icra edib. O, həmçinin nizamnamə kapitalı 1 milyon manat olan “Dastan Agro” MMC-nin qanuni təmsilçisidir. Elə “Azərşəkər” ilə birgə “Dastan Agro”da hazırki cinayət işi üzrə zərərçəkmiş kimi tanınıblar.
Xüsusilə ağır cinayət əməllərinə görə Anar Mehdiyevlə birgə Ruslan Ələsgərov və Əvəz Süleymanov da istintaqa cəlb edilib. Onlar da polis nəzarətinə veriliblər.
9-01-2026, 18:00
Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı


Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı

Gürcüstan-Rusiya sərhədinə gedən yol qar uçqunu təhlükəsi səbəbindən bağlanıb.
Mtsxeta-Stepantsminda-Lars beynəlxalq yolunun Qudauri-Kobi hissəsi bütün nəqliyyat vasitələri üçün bağlıdır.
Gürcüstanın əksər hissəsində əlverişsiz hava şəraiti 12 yanvara qədər davam edəcək.
Xatırladaq ki, qeyd edilən yol Ermənistanı Rusiyaya birləşdirir.
9-01-2026, 18:00
Ukraynanın inkişafını Putinin gözü götürmədi


Ukraynanın inkişafını Putinin gözü götürmədi

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsi tamamilə yalan üzərində qurulub.
Bu barədə “The Hill” yazıb:
“Rusiyanın qələbəsinə inamını formalaşdıran açıqlamaları yalandır.
Rusiya-Ukrayna müharibəsində Putinin irəli sürdüyü bütün iddialar – etnik ruslara təhlükə, Ukraynanın nasistlər tərəfindən idarə olunması və NATO-nun Rusiyaya təhdidi – yalandır. Putinin müharibəni qazanacağına dair inancı da yalan üzərində qurulub, çünki Kremlin kəşfiyyatı və hərbi qurumları ona yanlış məlumatlar ötürür.
Ukrayna sürətlə inkişaf edirdi. Bu, korrupsiya dövlətini idarə edən Putinin xoşuna gəlmirdi. Onun məqsədi Ukraynanı məhv etmək və planlarındakı Rusiya imperiyasının tərkibinə qatmaqdır”.
9-01-2026, 17:58
İranda etirazçılar prokuroru diri-diri yandırdı


İranda etirazçılar prokuroru diri-diri yandırdı

İranın İsfahan şəhərində dünən gecə keçirilən nümayişlər zamanı prokuror öldürülüb.
Bu barədə xarici KİV yazıb.
Qeyd olunub ki, Esfarayenin Dövlət Prokuroru Əli Əkbər Hüseynzadə iğtişaşçılar tərəfindən yandırılan binada yanaraq ölüb.
Şimali Xorasan Prokurorluğunun açıqlamasına görə, etirazçılar yanğınsöndürənlərin müdaxiləsinə mane olub, buna görə də prokuror və onu müşayiət edən polis əməkdaşları yanğında həlak olublar.
Prokurorluq məsələ ilə bağlı araşdırmaların davam etdiyini və şübhəlilərin tutulması üçün səylərin başlandığını bildirib.
9-01-2026, 17:56
Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı


Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı

Nəsimi rayonunda evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qonşusu 25 yaşlı R.Allahverdiyeva saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkənin evdən çıxarkən qapının üzərində unutduğu açarı gizlicə götürərək özündə saxlayıb. Daha sonra evdə heç kim olmadığı vaxtda mənzilə daxil olaraq oğurluq edib.
Araşdırma davam etdirilir.
9-01-2026, 17:52
Abidələrin siyahısına dəyişiklik edildi


Abidələrin siyahısına dəyişiklik edildi

Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısına dəyişiklik edilib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, “Xocavənd, Xocalı, Tovuz, Culfa, Ordubad, Ağcabədi və Cəlilabad rayonlarında ölkə əhəmiyyətli memarlıq abidələrinin yerləşmə ünvanlarının adının dəyişməsi ilə əlaqədar müvafiq dəyişiklik edilib.
9-01-2026, 06:51
Banu Muharremin “YarAdam”ı


Banu Muharremin


“YarAdam”ı


Banu Muharremin “YarAdam” adlı yeni şeir kitabı çap olunub. Dünən – 8 yanvar 2026-cı il tarixində Şuşa Dövlət Musiqili Dram Teatrında "YarAdam" Kitabının təqdimatı keçirilib. Kitabsevərlərin, şairin dost-tanışlarının, qohumlarının, media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir, həm də imza günü kimi yadda qalıb.

Çıxış edənlər-Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist, professor Azad Şükürov, Xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Xalq artisti Firəngiz Mütəllimova, Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Zemfira Məhərrəmli, Azərbaycan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası Kamran Yunis, Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, tənqidçi Seyfəddin Hüseynli, qiraət ustası, Akademik Milli Dram Teatrın aktrisası,

Xalq artisti Laləzar Mustafayeva, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Vüsal Xaliqoğlu , Akademik Milli Dram Teatrının aktyoru Əməkdar artist Elşən Rüstəmov, gənc qiraətçi Əlizamin Abdullayev, Əməkdar artist Nazir Rüstəmov və Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Gülnar Hacıyeva çıxış edərək Banu Muharrem ilə bağlı xatirələrini bölüşdülər, onun yaradıcılıq fəaliyyətinə dair maraqlı məqamları diqqətə çatdırdılar. Müəllifin həyat və yaradıcılığını əks etdirən videoçarxların nümayişi maraqla qarşılandı.

Təqdimat səmimi mühitdə keçdi, müəllif oxucularla ünsiyyətdə oldu, sualları cavablandırdı və kitablarını imzaladı.
Müəllif yaradıcılığına maraq göstərənlərə, görüşünə gələnlərə minnətdarlığını bildirib. İstəyənlərə xoş arzularını bildirməklə müəllif imzası verib. Tədbir iştirakçıları, müəllif imzası alanlar gənc şairə yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

Banu Muharremin qohumu Xanlar Qocayev Respublikamızın incəsənət xadimlərinə, kitabsevərlərə Banunun yaradıcılığına verdikləri yüksək qiymətə, gənc şairi daha fəal yaradıcılığa ruhlandırdıqlarına görə təşəkkür etdi.
Onu da qeyd edək ki, “Qanun” nəşriyyatında çap olunan kitaba Xalq şairi Vahid Əziz ön söz yazıb. Kitabın redaktoru isə şair Ayaz Arabaçıdır.
Ədəbi yaradıcılığa məktəb illərindən başlayan müəllifin şeirləri “Azərbaycan”, “Ulduz”, “Xəzan”, “Ədəbi ovqat” jurnallarında, “Ədəbiyyat qəzeti”, “Bütöv Azərbaycan”, “525-ci qəzet” qəzetlərində və saytlarda, həmçinin, Türkiyə, İran və Krımda çap olunan mətbuat orqanlarda yayınlanıb.
Kitabda müəllifin yeni şeirləri toplanıb. İnanırıq ki, Banu Muharremin “YarAdam” kitabı oxucular tərəfindən rəğbətlə qarşılanıb, sevilə-sevilə oxunacaq.











"Bütöv Azərbaycan"

Fotolar Mahir Əhmədovundur
9-01-2026, 01:02
Bakıda yaşayış binasında yanğın - Yaralı var


Bakıda yaşayış binasında yanğın - Yaralı var

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 66B ünvanında yerləşən yaşayış binasında yanğın başlayıb.
Əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları, polis və təcili tibbi yardım briqadası cəlb edilib.
Yanğın yaşayış binasının 16-cı mərtəbəsində baş verib.
İlkin məlumata görə, hadisə zamanı bir nəfər xəsarət alıb. Vəziyyətinin ağır olduğu bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!