Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
11-01-2026, 14:10
Suriya hökuməti Hələbi tam nəzarətə aldı


Suriya hökuməti Hələbi tam nəzarətə aldı

Suriya Demokratik Qüvvələri (SDQ) Hələb şəhərindən tamamilə çıxarılaraq avtobuslarla ölkənin şimal-şərq bölgələrinə təxliyə edilib.
Bu barədə Hələb qubernatoru bəyanat yayıb.
Qubernatorun sözlərinə görə, bununla da Suriya hökuməti, sabiq prezident Bəşər Əsədin hakimiyyətinin süqutundan sonra ilk dəfə olaraq Hələbə tam nəzarəti bərpa edib.
Buna baxmayaraq, bölgədə gərginlik və zorakılıq riski hələ də qalmaqdadır. Son silahlı qarşıdurmaların əsas səbəbi SDQ qüvvələrinin dövlət institutlarına inteqrasiya edilməsi prosesinin uğursuzluğa düçar olmasıdır.
Xatırladaq ki, ötən ilin mart ayında Dəməşq rəhbərliyi ilə SDQ arasında "tarixi" adlandırılan razılaşma əldə edilmişdi. Sənədə əsasən, qruplaşma 2025-ci ilin sonuna qədər hökumət qüvvələrinə və rəsmi strukturlara birləşməli idi. Artıq yeni təqvim ili başlasa da, qoyulan son müddət nəticəsiz başa çatıb və şərtlər yerinə yetirilməyib.
11-01-2026, 13:52
Etirazlarda İranın 8 xüsusi təyinatlısı öldürülüb


Etirazlarda İranın 8 xüsusi təyinatlısı öldürülüb

İranda baş verən iğtişaşlar nəticəsində Hüquq-Mühafizə Orqanları Komandanlığının xüsusi bölmələrinin səkkiz hərbçisi həlak olub.
Bu barədə Hüquq-Mühafizə Orqanları Komandanlıq məlumat yayıb.
Bildirilib ki, ölümlər yanvarın 8 və 9-da qeydə alınıb. "Hərbçilər atəş açan və hüquq-mühafizə orqanlarının əməkdaşlarını müxtəlif silahlarla döyən qiyamçıların hücumu nəticəsində həlak olublar" , - məlumatda bildirilib.
Məlumata görə, silahlı insident yaradan terrorçulardan 200-ü həbs olunub, iğtişaş iştirakçılarının sığınacaqlarından xeyli miqdarda döyüş sursatı, silah, qumbara və Molotov kokteylləri müsadirə edilib.
11-01-2026, 13:39
Tehranda etirazlar: 34 məscid YANDIRILDI


Tehranda etirazlar: 34 məscid YANDIRILDI

İranın paytaxtı Tehran şəhərində nümayiçilərlə hüquq-mühafizə orqanlarının arasənda baş verən silahlı toqquşmalar zamanı 26 ev, 34 məscid, 40 bank və 15 ticarət mərkəzi yandırılıb.
Bu barədə Tehran Yanğın Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Bildirilib ki, hökumətə aid 13 bina və 50 nəqliyyat vasitəsi də alova qərq olub.
11-01-2026, 12:56
Qarşıdurma yaradanlara ağır cəza veriləcək - Əli Laricani


Qarşıdurma yaradanlara ağır cəza veriləcək - Əli Laricani

"Etirazlar və iğtişaşlar bir-birindən ayrılmalıdır, qarşıdurma və toqquşma yaradanlar ağır cəza ilə üzləşəcəklər".
Bunu İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
Onun sözlərinə görə, dinc aksiyalar ölkədə yaranan iqtisadi problemlərdən qaynaqlanan xalq etirazlarıdır: "Ali rəhbərin vurğuladığı kimi, bu etirazlar tamamilə anlaşılandır. İqtisadi, xüsusən də valyuta sahəsində sabitliyin təminatı xalqın haqlı tələblərindən biridir".
İranın Təhlükəsizlik Şurasının katibinin fikrincə, xalqın iqtisadi tələbləri ilə heç bir əlaqəsi olmayan dağıdıcı bir hərəkat da meydana çıxıb: "Bu hərəkat etirazlardan sui-istifadə edərək çox zorakı və cinayətkar davranışlara əl atıb, o cümlədən insanları öldürmək, şəxsləri yandırmaq kimi zorakılıq aktları törədib".
O əlavə edib ki, hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşı yaralanıb və təəssüf ki, bir neçəsi ölüb: "Etiraz və toqquşmalara qatılmayan dinc sakinlər arasında da ölən və yaralananlar var".
11-01-2026, 12:44
Sabahın havası


Sabahın havası

Sabah, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşama doğru mülayimləşəcək.
Milli Hidrometeorologiyada Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti olacaq.
Qeyd olunub ki, atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz, bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 11-16° isti olacaq.
11-01-2026, 12:30
Gəncədə yeniyetməni maşın vurdu


Gəncədə yeniyetməni maşın vurdu

Gəncədə piyadanı maşın vurub.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Y.Verdiyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
11-01-2026, 12:21
İran parlamentinin sədrindən ABŞ-yə XƏBƏRDARLIQ


İran parlamentinin sədrindən ABŞ-yə XƏBƏRDARLIQ

İran eyni vaxtda 4 cəbhədə müharibə aparır.
Bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.
Onun sözlərinə görə, savaşlardan biri İsrail və ABŞ ilə aparılır. "Həm də iqtisadi, koqnitiv-psixoloji və hərbi-terrorçu müharibələr gedir".
Spiker ABŞ-nin etirazlara müdaxiləsinə də toxunub: "Əgər ABŞ İrana hücum etsə, amerikalıların nəzarətə götürdüyü ərazilər və hərbçiləri bizim üçün qanuni hədəfə çevriləcək".
11-01-2026, 11:53
İranın Milandakı konsulluğunun lövhəsi söküldü


İranın Milandakı konsulluğunun lövhəsi söküldü

İtaliyada yaşayan iranlılar ölkələrinin Milandakı konsulluğunun lövhəsini sökərək yerinə İslam inqilabından (1979-cu il -Qeyd) əvvəlki, üzərində "Aslan və Günəş" simvolu olan bayrağı qaldırıblar.
Bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Yanvarın 10-da baş verən hadisənin iştirakçıları bununla İrandakı etirazlara həmrəylik nümayiş etdiriblər.
Qeyd edək ki, həmin gün Londonda etirazçılardan biri səfirliyin binası üzərindəki İran bayrağını endirib.
11-01-2026, 11:40
İranda parlament təcili toplanır


İranda parlament təcili toplanır

İran parlamentinin bazar günü ölkə daxilində 110-dan çox insanın ölümünə səbəb olan geniş yayılmış etirazlar fonunda təcili iclası başlayıb.
Bu barədə Associated Press (AP) məlumat yayıb.
"İran parlamenti bazar günü ölkəni sarsıdan davam edən etirazları müzakirə etmək üçün toplaşıb. Qanunvericilər bir dəfə "Amerikaya ölüm!" şüarları səsləndirmək üçün kürsüyə axışıblar", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, İranın 31 əyalətinin 185 şəhərində etirazlar davam edir. Belə ki, nümayişlərdə 116 nəfər ölüb, onlardan yeddisi 18 yaşdan kiçik, dördü isə yaralılara köməklik göstərən dörd tibb işçisidir.
11-01-2026, 10:51
Polisdən əməliyyat - 9 kq narkotik vasitə ələ keçirildi


Polisdən əməliyyat - 9 kq narkotik vasitə ələ keçirildi

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı 37 yaşlı Balağa Nuriyev və əvvəllər məhkum olunmuş 49 yaşlı Məhərrəm Məmmədov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən 9 kiloqram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!