Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
11-01-2026, 17:03
Bir şərtlə İranla barışarıq - Netanyahu


Bir şərtlə İranla barışarıq - Netanyahu

Etirazlardan sonra İran rəhbərliyi dəyişərsə, İsrail Tehranla tərəfdaşlıq əlaqələri qura bilər.
Bunu yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu həftəlik kabinet iclasında çıxışı zamanı bildirib.
"Biz İranın qəhrəman və cəsur vətəndaşlarının yanındayıq və (hakimiyyət dəyişikliyindən – red) sonra hər iki xalqın rifahı naminə birlikdə yaxşı işlər görəcəyik. O gün gələndə İsrail və İran bir daha firavan və dinc bir gələcək qurmaqda sadiq tərəfdaşlar olacaqlar", - deyə o bildirib.
Bu gün səhər İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-nin ölkəyə hücum edəcəyi təqdirdə İranın İsrail və Amerika hədəflərinə zərbə endirəcəyi ilə hədələyib.
11-01-2026, 16:49
Xalqı dinləməyə və islahatlar aparmağa hazıram - Pezeşkian


Xalqı dinləməyə və islahatlar aparmağa hazıram - Pezeşkian

"İran hökuməti qanuni etirazlarla iğtişaşları bir-birindən fərqləndirir və bütün zəruri dəyişiklikləri həyata keçirməyə hazırdır".
Bu barədə İran Prezidenti Məsud Pezeşkian xalqa televiziya ilə müraciətində bildirib.
"Biz xalqın səsini dinləməyə hazırıq və iqtisadi islahatları davam etdirmək əzmindəyik. Biz iranlıları tələblərini aydın şəkildə ifadə etmək üçün küçələrə çıxmağa və iğtişaşların qızışdırıcılarının mövcud etirazların səbəblərini təhrif etməsinə imkan verməməyə çağırırıq", - deyə o bildirib.
Pezeşkian etirazçıların pisləşən iqtisadi vəziyyətlə bağlı narazılıqlarını ifadə etdiklərini, lakin bazarları yandırmadıqlarını və ya cinayət əməlləri törətmədiklərini iddia edib: "İrandakı iğtişaşlar Amerika və İsrail tərəfindən təşkil olunur və onlar öz agentlərinə vəziyyəti sabitsizləşdirmək əmri verirlər".
11-01-2026, 16:26
Azərbaycanda bu avtomobillərin qiyməti 3 min artdı - VİDEO


Azərbaycanda bu avtomobillərin qiyməti 3 min artdı - VİDEO

Paytaxtın avtomobil bazarlarında həftəsonu aktivlik müşahidə olunsa da, artan tələblə bərabər qiymətlərdə də yüksəliş qeydə alınıb.
Satıcıların “AzTV”yə verdiyi məlumata görə, bazardakı qiymətlər stabil deyil.
Bahalaşmanın əsas səbəbi kimi isə gömrük xərclərinin yüksəlməsi göstərilir.
Belə ki, hazırda bazarda xüsusilə 30.000 manata qədər olan avtomobillərin qiymətində 1.500-3.000 manat arası bahalaşma müşahidə edilir. Çin avtomobillərində problemlərin artması isə alıcıları daha çox daxili bazardakı ikinci əl maşınlara yönəldib.
Daha ətraflı videomaterialda:

11-01-2026, 16:18
Toyda partlayış: bəy və gəlin öldü


Toyda partlayış: bəy və gəlin öldü

Pakistanın paytaxtı İslamabadda toy şənliyi zamanı qaz balonunun partlaması nəticəsində səkkiz nəfər ölüb, 12 nəfər yaralanıb.
Bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Şənlik keçirilən şəxsi evdə baş verən partlayışda bəy və gəlin də ölüb. Yaralılar ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Partlayış dalğası qonşu dörd binaya ziyan vurub.
Bu hadisə ilə bağlı araşdırma başlanılıb.
11-01-2026, 15:51
15 yaşlı uşağa qarşı cinsi zorakılıq: 5 nəfər saxlanıldı


15 yaşlı uşağa qarşı cinsi zorakılıq: 5 nəfər saxlanıldı

Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir.
11-01-2026, 15:43
Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib


Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.
Bu gün 979 ton "Aİ 92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.
Bundan əvvəl, 2025-ci il 18 dekabrda Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilmişdi.
11-01-2026, 15:21
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu


Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu

İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində 2026-cı il 11 yanvar tarixində mina hadisəsi baș verib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd olunub ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.
Kərimov Elvin rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
11-01-2026, 15:10
Böyük Britaniyanın müdafiə naziri: Putini oğurlayardım


Böyük Britaniyanın müdafiə naziri: Putini oğurlayardım

Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, o, Vladimir Putini oğurlayaraq onu müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edərdi.
Bu barədə "The Telegraph" məlumat yayıb.
Con Hili bu fikri Kiyevə etdiyi birgünlük səfər zamanı, Rusiyanın Ukraynaya qarşı kütləvi raket hücumları həyata keçirməsindən cəmi bir neçə saat sonra səsləndirib.
O, Ukrayna prezidenti Volodimir Zelenski ilə prezident sarayında görüşüb və Böyük Britaniyanın Ukraynada mümkün sülhməramlı missiya üçün qoşunlarını hazırlamaq məqsədilə 200 milyon funt sterlinq xərcləyəcəyini açıqlayıb.
Kiyevdə çoxmərtəbəli yaşayış binasına edilən pilotsuz uçuş aparatı hücumunun yerinə baxış zamanı Hili “Kyiv Independent” nəşrinə bildirib ki, əgər istənilən dünya liderini oğurlamaq imkanı olsaydı, “Putini saxlayar və onu müharibə cinayətlərinə görə cavab verməyə məcbur edərdi”.
Onun bu açıqlaması ABŞ-nin yanvarın 3-də Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun tutulması ilə bağlı mübahisəli əməliyyatından sonra səsləndirilib.
Hili bildirib ki, Rusiya prezidentinin müharibə cinayətləri sırasında Ukraynaya ilk səfərlərindən birində Buçada gördükləri və İrpində tanış olduğu bəzi ukraynalı uşaqların oğurlanması da var.
11-01-2026, 15:00
İran polis rəisi: Mühüm həbslər həyata keçirilib


İran polis rəisi: Mühüm həbslər həyata keçirilib

Təhlükəsizlik qüvvələri ilə polis arasında əməkdaşlıq və düzgün koordinasiya etirazçılara qarşı mübarizə səviyyəsini yüksəldib.
Bunu İran polis rəisi Əhməd Rza Radan bildirib.
"Dünən gecə mühüm həbslər həyata keçirilib və tutulanlar qanuni proseslərdən sonra cəzalarını alacaqlar" , - İran polisinin rəisi deyib.
Onun sözlərinə görə, iğtişaşçıların yanında duran hər kəs zorakı məqsədlərin qurbanına çevrilir. "Bu şəxslər ölkənin gənclərini qurbana çevirirlər".
11-01-2026, 14:28
İranda 60 saatdan çoxdur internet yoxdur


İranda 60 saatdan çoxdur internet yoxdur

İranda baş verən etirazlar nəticəsində ölkədə 60 saatdan (2 gün yarım) çoxdur ki, internet işləmir.
Məlumata görə, blokada nəticəsində mobil data, sabit internet xətləri, ev telefonları və bir sıra mobil nömrələrin fəaliyyəti dayandırılıb.
Beynəlxalq internet monitorinq xidməti olan “NetBlocks” platforması da İranda bağlantı səviyyəsinin normal həddin 1%-nə qədər düşdüyünü təsdiqləyib. Bildirilir ki, bu cür genişmiqyaslı qapanma nümayişçilərin koordinasiyasını pozmaq və təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı çəkilən görüntülərin xaricə ötürülməsini əngəlləmək məqsədi daşıyır.
Xatırladaq ki, İranda iqtisadi çətinliklər və rialın ucuzlaşması səbəbindən başlayan etiraz aksiyaları artıq 14-cü gündür ki, müxtəlif şəhərlərdə davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!