“İrəvan Bakı ilə münasibətləri normallaşdırmağa çalışır” - Kostanyan .....                        Təcridxanaya aparılan yeməyin içindən heroin çıxdı .....                        Azərbaycanda yaşamaq üçün 30 minə yaxın əcnəbi müraciət etdi .....                        "EuroVillage 2025" Bakıda .....                        İranda siyasi rejim devrilməyəcək - Medvedev .....                        Roma Papasından çağırış - Müharibələri dayandırın .....                        İrandan İsrailə 35 raket atılıb - Yaralananlar var .....                        Azərbaycandan ABŞ və İrana çağırış .....                        ABŞ hücumlarını dayandırmalıdır - İran çağırış etdi .....                       
7-03-2025, 16:00
İlham Əliyevdən 1.5 milyonluq sərəncam


İlham Əliyevdən 1.5 milyonluq sərəncam

Prezident İlham Əliyev Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:

1. On beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycanın Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycanın İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycanın Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
7-03-2025, 15:37
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsinin qarşısı alındı


İrandan Azərbaycana 42 kq narkotik keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində mart ayının 5-də saat 20:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 42 kiloqram 950 qram narkotik vasitə (39 kq 650 qram marixuana, 3 kq 300 qram tiryək) və 100 ədəd narkotik tərkibli metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
7-03-2025, 15:34
Müəllimləri təhqir edən direktorun səsyazısı yayıldı


Müəllimləri təhqir edən direktorun səsyazısı yayıldı

Müəllimləri təhqir etdiyi deyilən 301 nömrəli tam orta məktəbin direktoru Sevda Sarıyevanın səs yazısı üzə çıxıb.
Səs yazısında direktorun müəllimlərdən pul yığdığı məlum olub.
Belə ki, o, müəllimlərə hər bir şagirddən 100 manat yığmağı tapşırıb. Səsdən aydın olur ki, pulu yığa bilməyən müəllimə töhmət verilib.
Səs yazısını təqdim edirik:
7-03-2025, 15:01
Pensiyalar vaxtından əvvəl ödənildi


Pensiyalar vaxtından əvvəl ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyalarını qrafikdən əvvəl ödəyib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, ölkənin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu ay qrafikdən əvvəl ödəniləcək.
6-03-2025, 19:55
Gəncə Memorial Kompleksinin layihəsi ilə tanışlıq - FOTO


Gəncə Memorial Kompleksinin layihəsi ilə tanışlıq - FOTO

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsini əbədiləşdirmək üçün inşa edilən Gəncə Memorial Kompleksinin layihəsi ilə tanış olublar.
Qeyd edək ki, kompleksin təməli 2022-ci il yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulub.
Memorial Kompleksin ərazisi 4 hektar təşkil edəcək. Kompleksin tərkibindəki muzey binası 2 mərtəbədən ibarət olacaq. Alt mərtəbədə əsas sərgi zalı yerləşəcək. Sərgi zalından kompleksin açıq sahəsinə çıxış olacaq. Açıq sahə spiral formalı divar boyu davam edərək raketin yerdə olan izini simvolizə edəcək.
Üst mərtəbədə müxtəlif tədbirlərin keçirilməsi məqsədilə çoxfunksiyalı otaq yerləşəcək. Kompleksin ərazisində raket zərbəsinin endirildiyi binaların konservasiya edilmiş qalıqları da yer alacaq.
Gəncə Memorial Kompleksinin tikintisinin 2025-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 26 mülki şəxs həlak olub, 142 dinc sakin yaralanıb.



6-03-2025, 19:24
Mehriban Əliyeva və qızları Gəncədə - FOTO


Mehriban Əliyeva və qızları Gəncədə - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva martın 6-da Gəncə şəhərinə səfər ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoydular.
Sonra şəhər sakinləri ilə xatirə fotoları çəkdirildi.








6-03-2025, 18:39
"28 May" stansiyasında problem yarandı


"28 May" stansiyasında problem yarandı

"28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.
Bu barədə Bakı Metropoliteninin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, həmin qatarın əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.
6-03-2025, 18:16
Tovuzda körpə ölümü


Tovuzda körpə ölümü

Tovuzda doğuşda körpə ölümü baş verib.
Hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.
Rayonun Yanıqlı kəndində yaşayan 23 yaşlı Səmayə Abbasova 41-42 həftəlik hamiləliklə doğum şöbəsinə yerləşdirilib. Körpə doğuşda ölüb.
Körpənin doğuş zamanı boğulmadan öldüyü bildirilir.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, martın 4-ü saat 17:30 radələrində Gədəbəy rayon sakini 23 yaşlı hamilə qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub:
“Qeysəriyyə üsulu ilə cinsi kişi, çəkisi 3500 qram, boyu 50 sm olan körpə doğulub. Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib.
Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 05.03.2025-ci il saat 13:30 radələrində körpənin ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır”.
6-03-2025, 17:53
Doktorantlar da dövlət hesabına xaricdə təhsil ala biləcəklər


Doktorantlar da dövlət hesabına xaricdə təhsil ala biləcəklər

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı təhsilin doktorantura səviyyəsini də əhatə edəcək.
Bu barədə Nazirlər Kabineti müvafiq qərar imzalayıb.
Qərara əsasən, proqram iştirakçılarının doktorantura səviyyəsi üzrə seçimi aşağıdakı meyarlar üzrə aparılacaq:

namizədin cari tədris ilində magistratura səviyyəsi üzrə ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya magistr ali elmi-ixtisas dərəcəsinə malik olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması);

xarici ali təhsil müəssisəsinə təhsil haqqı ilə bağlı depozitin ödənilməsi, namizəd tərəfindən transkriptin və ya əvvəlki təhsil səviyyəsi üzrə diplomun təqdim edilməsi istisna olmaqla, namizədin xarici ali təhsil müəssisəsinə şərtsiz qəbul olunması;

namizədin xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;

namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of eference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;

namizədin Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisəsində təhsilini başa çatdırdıqdan dərhal sonra Azərbaycan Respublikasının ali təhsil müəssisəsində əsas iş yeri olmaqla ən azı 5 (beş) il müddətinə əmək fəaliyyətinə cəlb edilməsi üçün əmək müqaviləsi bağlamağa razılığının olması;
Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan dərhal sonra əmək fəaliyyətinə cəlb edilməsi üçün onunla əmək müqaviləsi bağlamağa razılığının olması;

namizədin elmi tədqiqat işlərini aparmaq bacarıqları;

namizədin məntiqi mühakimə yeritmək bacarıqları;

namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.
6-03-2025, 17:43
Gəncədə yaşayış binasında yanğın


Gəncədə yaşayış binasında yanğın

Gəncədə ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın başlayıb.
Bu barədə Fövəqladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!