Qətərdə hərbi helikopter qəzası - 6 nəfərin meyiti tapıldı .....                        İstanbulda bina çökdü .....                        Lənkəranda bu quşlar kütləvi qırılır .....                        İran İsrailin Ben-Qurion aeroportunu vurdu .....                        Sumqayıtda tonqalda partlayış - Yaralananların vəziyyəti açıqlandı .....                        20 dərəcə isti - SABAHIN HAVASI .....                        İrandan təmkin gözləmək mənasızdır - Bəqai .....                        Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə getdi .....                        Hörmüz düşmən dövlətlərin gəmilərinə qapalıdır - İran .....                       
1-12-2025, 14:21
Bəşər Əsəd Rusiyanı tərk edib? - KREMLDƏN CAVAB


Bəşər Əsəd Rusiyanı tərk edib? - KREMLDƏN CAVAB

Kreml Bəşər Əsədin hazırda Rusiyada olub-olmaması barədə məlumat açıqlamaqdan imtina edib.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib
Peskovdan Suriyanın qaçaq eks-prezidenti Bəşər Əsədin son bir il ərzində Rusiyada qalması, habelə bu müddətdə Vladimir Putinlə görüşüb-görüşməməsi barədə soruşulub. Kremlin rəsmisi sualı belə cavablandırıb: “Xeyr, bu məsələyə dair heç bir məlumat paylaşa bilmərik”.
Qeyd edək ki, Bəşər Əsəd ötən ilin dekabr ayının əvvəlində Suriyanı tərk edib. “Heyət Təhrir əş-Şam” qruplaşmasının rəhbərlik etdiyi qüvvələr iki həftədən az müddətdə ölkənin şimalından hücuma keçərək Dəməşqi ələ keçirmiş, bununla da Əsəd rejimi çökmüşdü.
Rejimin süqutundan sonra Əsəd və ailəsinin Moskvaya aparıldığı, Rusiya tərəfindən onlara sığınacaq verildiyi bildirilmişdi.
Kreml isə indiyədək Əsədin Rusiyadakı vəziyyəti və hər hansı yüksək səviyyəli görüşləri barədə rəsmi məlumat açıqlamır.
1-12-2025, 14:11
Ramiz Mehdiyevi lənətləyirəm - Əli İnsanov da danışdı


Ramiz Mehdiyevi lənətləyirəm - Əli İnsanov da danışdı

Bu günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimlinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunaraq istintaqa cəlb olunması barədə sosial şəbəkələrdə müzakirələr aparılmaqdadır. Əli Kərimlinin həbsinin olduqca ağır ittihamlarla ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində həyata keçirilməsi heç bir şübhə doğurmur. Bu isə artıq dedi - qodu deyil.
Bunu sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov bildirib.
O qeyd edib ki, illər öncə Əli Kərimlinin əməkdaşlıq etmək istəyi ilə bağlı Rusiya rəhbərliyinə yazdığı məktub barədə məlumatlar dəfələrlə mətbuatda yer alıb:
"Xüsusilə son illər Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin yüksək peşəkarlıqla aşkarladığı və bütün hallarda qabaqlayıcı tədbirlərlə Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı istər ölkə daxilində, istərsə də ölkə xaricində planlaşdırılmış ağır cinayətləri aşkar edərək ayrı-ayrı gizli təşkilatları ifşa etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir.
DTX - nın qabaqcadan inandırıcı dəlillərlə dövlət çevrilişi və dövlətə xəyanət kimi ağır ittihamları irəli sürərək Ramiz Mehdiyevi həbs etməsi təşkilatın bu qəbildən olan növbəti böyük uğurudur.
Odur ki, biz DTX - nın fəaliyyətini bəyənir və dəstəkləyirik.
Ramiz Mehdiyevin uzun illər yüksək dövlət vəzifəsində təmsil olunaraq və özünün hüdudsuz səlahiyyətləri ilə təkcə ayrı-ayrı yüksək vəzifə sahiblərini, Milli Məclisin deputatlarını deyil, siyasi partiya və onların liderlərini də öz təsiri altına sala bilmiş, gizli olaraq ağır cinayət xarakterli çirkin əməllərinə cəlb edib, dövlət əleyhinə ağır cinayətlərə sürükləmiş, onlarla birlikdə dövlət çevrilişinə cəhd etmişdir.
Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr və DTX - nın istintaq zamaı axtarışları nəticəsində əldə etdiyi sənədlər və dəlillər onun Əli Kərimli ilə törədilmiş cinayətdə əlbir olmalarına şübhə yeri qoymur.
Göründüyü kimi bu günə qədər aparılmış istintaq nəticəsində Ramiz Mehdiyevlə Əli Kərimlinin çirkin əməkdaşlığı barədə məhkəməyə təqdim etmək üçün yetərli sayda dəlillər mövcuddur. Bu dəlillər məhkəmənin gedişində təsdiqini tapdığı halda bu xəyanət yükünü Ramiz Mehdiyevlə bərabər təkcə Əli Kərimli deyil, onun rəhbərlik etdiyi AXCP - də daşımış olur. Həndəsə elminin üç perpendikulyar teoremində deyildiyi kimi".
Partiya sədri bildirib ki, ölkəmizi əsrlərlə işğal altında saxlamış, sərvətlərini sümürüb aparmış, zamaz - zaman ölkəmizdə soyqırımlar törətmiş, faktiki olaraq tarixi düşmən bir dövlətin vassalına çevirmək planı və arzusu bu cütlüyün vətəndaş hüquqlarından məhrum ediləcəklərinə tam əsas verir:
"Ramiz Mehdiyevi və onunla birlikdə olanları Azərbaycanın dövlətçiliyinə və milli maraqlarına qarşı törətdikləri xəyanət əməllərinə görə lənətləyirəm. Bu gün bütün dünyanın gözü Azərbaycandadır.
Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı böyük təhlükəyə çevrilmiş təkcə xarici düşmənlərdən deyil, həm də artıq çox acı həqiqətə çevrilmiş daxili düşmənlərdən də uğurla qoruya bilməsi üçün heç vaxt olmadığı kimi xalqımızı Qalib Prezidenti İlham Əliyev cənablarının ətrafında sıx birləşməyə çağırıram".
1-12-2025, 13:08
İlham Əliyev bu rayonla bağlı SƏRƏNCAM İMZALADI


İlham Əliyev bu rayonla bağlı SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Zərdab rayonunun Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
1-12-2025, 10:02
Təbrik Edirik!


Təbrik Edirik!

Əzizim Fərhad, Ulu Yaradandan dilərəm ki, bundan sonra ömrünə səni tanıdığım illərin sayı qədər ömür calasın. Qardaş, bu illər ərzində çox şey dəyişib. Dünyanın düzəni pozulub, insanlar arasında ünsiyyət azalıb. Qohumlar yadlaşıb, dostların bir-birinə inamı, etibarı azalıb. Müqəddəs şeylər, sevgi qarışıq-alış veriş, dəyər-dəyməz predmetinə çevrilib. Çox sayıb vaxtını almıram. Bircə onu deyim ki, bütün bu dəyişiklikləri görə-görə saçlarını ağartdın, amma çox şey dəyişsədə sən dəyişmədin. Yaxşı ki, dəyişmədin. Olduğun kimi, saf, təmiz, təmənnasız, dürüst, özü-sözü bütöv, etibarlı qaldın.
Bu gün 60 yaşın tamam olur. Daha bundan sonra istəsən də xasiyyətini dəyişə bilməzsən. Heç dəyişmə də. Olduğun kimi qal. Qal ki, güvənməyə, söykənməyə yerimiz olsun. Qardaş, səni ailəmiz adından, səmimi qəlbdən təbrik edirəm, xoş günlər arzulayıb, bağrıma basıram!
Sevgi və sayğıyla: Tamxil ZİYƏDDİNOĞLU
30-11-2025, 23:30
Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ


Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ

Venesuela prezidenti Nikolas Maduro 18 aydan tez olmamaq şərtilə istefaya getməyə hazırdır.
Bu barədə CNN ABŞ və Venesuela arasında aparılan qeyri-formal danışıqların gedişi barədə məlumatlı mənbəyə istinadən məlumat yayıb
Bəzi ABŞ rəsmiləri bunun bir həll yolu ola biləcəyini düşünsələr də, Ağ Ev Maduronun dərhal istefasını nəzərdə tutan bir planı dəstəkləyir.
“The Wall Street Journal”ın məlumatına görə ABŞ prezidenti Donald Tramp ötən həftə Maduro ilə telefon danışığı zamanı ona postundan getmək barədə ultimatum irəli sürüb.
30-11-2025, 23:00
Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər”


Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər”

Ukrayna Prezidenti Volodimir Zelenski ilə NATO-nun Baş katibi Mark Rutte arasında telefon danışığı olub.
Zelenski “Teleqram” səhifəsində müzakirələrin Ukrayna üçün əhəmiyyətli olduğunu bildirib.
"Bu, vacib günlərdir və çox şey dəyişə bilər. Biz yaxından əlaqələndiririk və birgə fəaliyyət və ümumi mövqelər fəaliyyətimizdə, bütün tərəfdaşlarımızın fəaliyyətində son dərəcə təsirli olacaq", - deyə o, söyləyib.
Zelenski, həmçinin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə telefon danışığı apardığını açıqlayıb. O qeyd edib ki, Ukrayna Aİ ilə səylərini koordinasiya edir və diplomatik vəziyyət müzakirə olunan mövzular arasındadır.
"Biz diplomatik vəziyyəti müzakirə etdik və əsas məsələlər üzrə ortaq fikrimiz var. Həmçinin Ursulanın Rusiyanın infrastruktur və enerjiyə davamlı hücumları qarşısında dayanıqlılığımızı gücləndirmək zərurətinə çox diqqətli olması vacibdir",- deyə Zelenski bildirib.
Qeyd edək ki, noyabrın 29-da Ukrayna nümayəndə heyəti sülh planını müzakirə etmək üçün ABŞ-a yola düşüb. Mayamidə danışıqlar bu gün başlayıb və hazırda davam edir. Məlumdur ki, ABŞ Ukrayna ilə sülh planının iki əsas bəndi - ərazi məsələləri və təhlükəsizlik təminatları üzrə bütün mübahisələri bir gün ərzində həll etmək istəyir.
30-11-2025, 22:36
İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü


İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü

İranın vitse-prezidenti İsmail Saqəb İsfəhaninin həyat yoldaşı Germsar–Tehran magistral yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində dünyasını dəyişib.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, qadın hadisə yerindəcə vəfat edib. Vitse-prezidentin üç övladı və qayınatası isə müxtəlif xəsarətlərlə Germsardakı tibb mərkəzinə çatdırılıblar.
IRIB dövlət teleradio şirkətinin açıqlamasına əsasən, qəza vitse-prezidentin qayınatasının idarə etdiyi avtomobilin yük maşını ilə toqquşması nəticəsində baş verib.

30-11-2025, 22:06
Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi


Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə yeni dirijor təyin olunub.
Bu posta Murtuza Bülbül təyin edilib.
O, SSRİ Xalq artisti Bülbülün nəvəsi, Xalq artisti Polad Bülbüloğlunun oğludur.
2001-ci ildə doğulan Murtuza Bülbül musiqi təhsilinə Moskvadakı Betxoven adına Uşaq Musiqi Məktəbində başlayıb.
2020-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini (xor dirijorluğu şöbəsi, Leonid Pavlovun sinfi), ardınca isə Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini (Vyaçeslav Valeyevin sinfi) fərqlənmə ilə bitirib.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimovdur.
Simfonik Orkestrdə həmçinin Mustafa Mehmandarov da dirijorluq fəaliyyəti göstərir.
30-11-2025, 20:22
Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi


Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi

Energetika naziri Pərviz Şahbazov onlayn formatda keçirilən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 40-cı iclasında iştirak edib.
Bu barədə Energetika Nazirliyinin Mətbuat xidməti məlumat verib.
Bildirilib ki, iclasda gündəlik xam neft hasilatının 2026-cı ilin sonuna qədər sabit saxlanılması və maksimum davamlı istehsal gücünün qiymətləndirilməsi mexanizmi ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini ifadə edib.
İclas zamanı qlobal neft bazarındakı vəziyyət, hasilat səviyyələri və kompensasiyaların yerinə yetirilməsinə dair müzakirələr aparılıb. OPEC Katibliyi tərəfindən hazırlanmış və Əməkdaşlıq Bəyannaməsi ölkələrində 2027-ci il üzrə neft hasilatının baza səviyyələrinin müəyyən edilməsində istinad göstəricisi kimi istifadə olunacaq Maksimum Davamlı İstehsal Gücünün (MSC) qiymətləndirilməsi mexanizmi təsdiqlənib. Həmçinin OPEC Katibliyinə 2019-cu il 2 iyul tarixində imzalanmış Əməkdaşlıq Xartiyasının məqsədlərinə nail olmaq üçün plan hazırlamaq və bu planı növbəti nazirlər görüşündə təqdim etmək tapşırılıb.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 41-ci iclasının gələn ilin 7 iyun tarixində keçirilməsi razılaşdırılıb.
30-11-2025, 20:01
Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI


Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI

Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrin keçmiş komandanı Valeri Zalujni prezident seçkiləri keçirildiyi halda Volodimir Zelenskiyə real rəqib ola bilər.
Bu barədə "The Times" nəşri ictimai rəy sorğularına istinadən yazıb.
Nəşrin məlumatına görə, Zalujni prezidentlik reytinqində Zelenskiyə ən yaxın siyasətçi hesab edilir. O, hazırkı lideri qabaqlamasa da, “müharibə qəhrəmanı” statusu onun populyarlığını xeyli artırıb. Xüsusilə, müharibənin ilk mərhələsində müdafiəyə rəhbərlik etməsi onun ictimai dəstəyini möhkəmləndirən əsas amil kimi göstərilir.
"The Times" seçici meyllərini əks etdirən iki illik diaqrammanı da təqdim edib:

Yanvar 2024: Zelenski – 45%+, Zalujni – 30%+

Payız 2024: Zalujni Zelenskini populyarlıqda üstələyib (təxminən 30% və 20%)

Yaz 2025: Zelenski yenidən güclənib – 40%+, Zalujni – 20%

Oktyabr 2025: Fərq minimuma enib – Zelenski ~30%, Zalujni ~25%+

Bu göstəricilər Zalujnının seçkiyə qatıldığı halda ciddi rəqabət yaradacağını göstərir.
Nəşrin Zalujniyə yaxın mənbələri bildiriblər ki, populyarlığına baxmayaraq, onun prezident seçkilərinə qatılması ehtimalı azdır.
Bundan əvvəl Zalujni yazdığı məqalədə Ukraynanın “tam qələbə” əldə etməsə belə Rusiya ilə sülh saxlaya biləcəyini qeyd etmişdi:
“Sülh, hətta növbəti müharibənin gözləntisi fonunda olsa belə, siyasi dəyişikliklərə, dərin islahatlara, bərpaya, iqtisadi inkişafa və vətəndaşların geri qayıtmasına imkan yaradır.”
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!