20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
4-01-2026, 20:50
Zelenski onu da işdən çıxardı


Zelenski onu da işdən çıxardı

Ukrayna Prezidenti Volodimir Zelenski Valeri Vavrynyuku Dövlət Sərhəd Xidmətinin (DSXX) rəisi vəzifəsinin icraçısı təyin edib.
Bu barədə RBC-Ukrayna məlumat yayıb.
Zelenski başqa bir sərəncamla Sergey Deynekanı Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsindən azad edib.
Ukrayna prezidenti, həmçinin beş regional hərbi administrasiyada rəhbər vəzifələrə namizədlərlə müsahibə apardığını da açıqladı. O, kadr qərarlarının tezliklə yekunlaşdırılacağını söyləyib.
"Tezliklə təyinatlar olacaq: Vinnitsa, Dnepr, Poltava, Ternopil və Çernovtsi vilayətləri. Bu vəzifələri tutan rəhbərlərə təşəkkür edirəm. Yeni rəhbərlərin adları rəsmi təyinat prosedurları başa çatdıqdan sonra açıqlanacaq".
4-01-2026, 20:42
Venesuelada heç bir ABŞ qoşunu yoxdur


Venesuelada heç bir ABŞ qoşunu yoxdur

“ABŞ narkotik kartelləri ilə müharibə aparır, Venesuela ilə yox”.
Bu sözləri ABŞ dövlət katibi Marko Rubio “NBC News”a müsahibəsində deyib. O bildirib ki, ölkəsi neft sanksiyaları ilə bağlı Amerika qanunlarını tətbiq edir, məhkəməyə müraciət edir, order alır və neft daşıyan gəmiləri ələ keçirir.
O, Venesuelada heç bir Amerika qoşununun olmadığını və Venesuelada qalan liderləri düzgün qərar verərsə, ABŞ-ın onlarla işləməyə hazır olduğunu əlavə edib.
4-01-2026, 20:26
Neftlə bağlı vacib qərar


Neftlə bağlı vacib qərar

OPEC+ ölkələri neft hasilatının artırılmaması ilə bağlı qərar veriblər.
Təşkilatın səkkiz üzv ölkəsinin nazirləri keçirilən iclasın yekununda 2026-cı ilin birinci rübündə neft hasilatının 2025-ci ilin dekabr ayı səviyyəsində qalacağını təsdiqləyiblər.
Bu barədə OPEC+-in yaydığı kommünikedə bildirilib.
Qərara əsasən, mövsümi dalğalanmalar nəzərə alınaraq 2026-cı ilin fevral və mart aylarında hasilatın mərhələli şəkildə artırılması planı dayandırılıb. Qeyd olunub ki, bu qərar 2025-ci il noyabrın 2-də səkkiz ölkə tərəfindən razılaşdırılıb.
Eyni zamanda, nazirlər 2025-ci ilin noyabr ayının əvvəlində əldə olunan əvvəlki razılaşmanı da xatırladıblar. Həmin razılaşmaya görə, 2025-ci ilin dekabr ayında OPEC+ çərçivəsində neft hasilatının ümumi kvotası sutkada 137 min barel artırılıb.
Mövcud razılaşmalara əsasən, 2026-cı ilin birinci rübü üçün maksimal neft hasilatı səviyyələri belə müəyyən edilib: Rusiya üçün sutkada 9,57 milyon barel, Səudiyyə Ərəbistanı üçün 10,103 milyon barel, İraq üçün 4,273 milyon barel, Birləşmiş Ərəb Əmirlikləri üçün 3,411 milyon barel, Küveyt üçün 2,580 milyon barel, Qazaxıstan üçün 1,569 milyon barel, Əlcəzair üçün 971 min barel və Oman üçün 811 min barel. Bu göstəricilər kompensasiya qrafiki nəzərə alınmadan hesablanıb.
4-01-2026, 20:10
Azərbaycanlı ata-oğul güllələndi


Azərbaycanlı ata-oğul güllələndi

Gürcüstanın Marneuli rayonunun mərkəzi bazarında silahlı insident baş verib.
Qızıl mağazası işlədən azərbaycanlı ata və onun oğlu naməlum şəxs tərəfindən güllələnib.
Hücum edən hadisə yerindən qaçıb
Yaralı ata və oğlu Marneulidə yerləşən klinikalardan birinə yerləşdirilib.
Gürcüstan DİN-dən bildirilib ki, faktla bağlı istintaqa başlanılıb.
4-01-2026, 20:01
Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb


Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb

Artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətləri yaradılıb.
Bunu Prezident İlham Əliyev bu gün ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib.
Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğuladı. Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirdi. Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğuladı.
4-01-2026, 19:07
Gənc həkimin meyiti tapıldı


Gənc həkimin meyiti tapıldı

Gənc həkim Nurlana Əliyevanın meyiti tapılıb.
Bu barədə xəbəri onun yaxınları sosial mediada yayıblar.
Həkimin evində qəfil boğularaq dünyasını dəyişdiyi bildirilir.
Nurlana Əliyeva Bakıda yerləşən xəstəxanalardan birində kardioloq kimi fəaliyyət göstərirdi.

4-01-2026, 18:55
Amerikalı konqresmenlər İlham Əliyevin qəbulunda


Amerikalı konqresmenlər İlham Əliyevin qəbulunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta daxildir.
Qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən qonaqlar Bakıda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdıqlarını dedilər.
Qonaqlar ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdılar.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.
Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğuladı. Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirdi. Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev TRİPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını bildirdi.
Dövlətimizin başçısı “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun olmadığını dedi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğuladı.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, siyasi, iqtisadi, enerji, müdafiə və müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.
Söhbət zamanı ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
4-01-2026, 17:53
“Fənərbaxça”nın yeni transferi


“Fənərbaxça”nın yeni transferi

“Fənərbaxça” qış transfer pəncərəsində ilk transferini gerçəkləşdirib.
İstanbul nəhəngi “Samsunspor”un niderlandlı futbolçusu Entoni Musaba ilə 4,5 illik müqaviləyə imza atıb.
Bu transfer “Fənərbaxça”ya 5 milyon avroya başa gəlib.
Qeyd edək ki, 25 yaşlı vinger bu mövsüm “Samsunspor”la çıxdığı 22 rəsmi matçda 6 qol və 4 asistlə yadda qalıb.
4-01-2026, 17:32
Gürcüstanda turizm obyekləri bağlandı


Gürcüstanda turizm obyekləri bağlandı

Gürcüstanda əlverişsiz hava şəraitinə görə bir sıra turizm obyektləri müvəqqəti olaraq ziyarətçilər üçün bağlanacaq.
Bu haqda “Sputnik Gürcüstan” məlumat yayıb.
Sinoptiklər yanvarın 3-ü və 4-də Gürcüstanın əksər hissəsində hava şəraitinin pisləşdiyini bildiriblər.
Məlumata görə, aşağıdakı obyektlər bağlanacaq:

Sataplia;
Navenakhevi mağarası;
Okatse kanyonu;
Okatse şəlaləsi.
4-01-2026, 17:24
Bayram çərşənbələrinin tarixi AÇIQLANDI


Bayram çərşənbələrinin tarixi AÇIQLANDI

Bu il Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin vaxtı məlum olub.
Bu ilin ilk Su çərşənbəsi fevralın 24-nə təsadüf edir.
Ardıcıl olaraq martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Qeyd edək ki, Azərbaycanda Novruz bayramı martın 20-24-də qeyd olunur. Bu il yaz fəsli Azərbaycana martın 20-də, saat 18:46-da daxil olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!