20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
3-01-2026, 22:07
Amerikalılar Maduronun arvadını niyə tutdu...


Amerikalılar Maduronun arvadını niyə tutdu...

ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən Karakasda Venesuela lideri Nikolas Maduro ilə yanaşı onun həyat yoldaşı Silia Flores də saxlanılıb.
ABŞ istintaq orqanları bildirir ki, Maduraya qarşı irəli sürülən narkotik ticarəti və transmilli cinayət ittihamlarında Floresin rolu ayrıca və mərkəzi əhəmiyyət daşıyır.
Amerika tərəfinin mövqeyinə görə, Silia Flores təkcə prezidentin həyat yoldaşı olmayıb. O, Venesuelada uzun illər ərzində hüquq sistemi və dövlət institutları üzərində real təsir imkanlarına malik fiqur kimi təqdim olunur. Məlumata görə, Flores vaxtilə mərhum lider Huqo Çavezin şəxsi vəkili olub, 1990-cı illərdə onun həbsdən azad edilməsində mühüm rol oynayıb və sonradan “Bolivariya inqilabı”nın hüquqi əsaslarının formalaşdırılmasında iştirak edib.
İstintaq materiallarında qeyd olunur ki, Flores 2006–2011-ci illərdə Milli Assambleyanın sədri olub və həmin dövrdə siyasi nüfuzundan istifadə edərək Maduronun əvvəlcə parlament rəhbərliyinə, daha sonra isə prezident postuna gedən yolunu açıb.
ABŞ kəşfiyyat mənbələri Venesueladakı idarəetməni illərdir “ikiqat prezidentlik” modeli kimi təsvir edir: Maduro ictimai sima rolunda çıxış etdiyi halda, Silia Floresin məhkəmə sistemi, maliyyə qurumları və dövlət neft şirkəti daxil olmaqla bir sıra strateji sahələrə nəzarət etdiyi iddia olunur.
Floresin adının narkotik işi ilə birbaşa hallanması isə 2015-ci ilə gedib çıxır. Barak Obama administrasiyası dövründə ABŞ xüsusi xidmət orqanları Haitidə Floresin iki yaxın qohumunu saxlamışdı. ABŞ prokurorluğunun məlumatına görə, diplomatik pasportlarla səyahət edən, lakin diplomatik toxunulmazlığı olmayan həmin şəxslər ABŞ ərazisinə 800 kiloqram kokain keçirməyə cəhd göstəriblər. Məhkəmədə verilən ifadələrdə narkotik satışından əldə olunacaq vəsaitin Maduronun siyasi kampaniyasının maliyyələşdirilməsinə yönəldiləcəyi bildirilib.
Bu etiraflar Vaşinqtonun arqumentlərində əsas sübut kimi göstərilir. Məhz bu fonda 2018-ci ildə ABŞ Maliyyə Nazirliyi Silia Floresə qarşı fərdi sanksiyalar tətbiq edib ki, bu da dövlət başçısının həyat yoldaşı ilə bağlı nadir presedentlərdən sayılır.
ABŞ istintaqının son mərhələsində Floresin saxlanılmasının əsas səbəbinin maliyyə xarakterli olduğu vurğulanır. Kəşfiyyat məlumatlarına əsasən, Floresin geniş ofşor şəbəkəsinə çıxışı var və narkotik ticarətindən əldə olunan milyardlarla dolların yuyulmasında əsas fiqurlardan biri hesab olunur. ABŞ tərəfi bu pulların bir hissəsinin Türkiyə, Rusiya və Çin kimi ölkələrdə gizlədildiyini iddia edir və Floresin həbsi ilə həmin vəsaitlərin izinə düşməyi hədəfləyir.
3-01-2026, 21:56
Türkiyədə güclü zəlzələ


Türkiyədə güclü zəlzələ

Türkiyənin Elazığ vilayətinin Baskil bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə AFAD məlumat yayıb.
Zəlzələnin 9,85 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
3-01-2026, 21:46
Qayadan aşan maşındakılar Namiq Mənanın qızı və ailəsi imiş


Qayadan aşan maşındakılar Namiq Mənanın qızı və ailəsi imiş

Quba rayonunda yağan qar səbəbi ilə KIA markalı avtomobil idarəetmədən çıxaraq qayadan aşıb. Avtomobildə isə sürücü, onun həyat yoldaşı və azyaşlı övladı olub.
Hadisə maşında olan uşaq tərəfindən anbaan lentə alınıb.
Avtomobilin sürücüsünün tanınmış meyxana ustası Namiq Mənanın kürəkəni olduğu üzə çıxıb.
Yayılan videogörüntülərdə qışqıran qadın meyxanaçının qızı, hadisəni çəkən azyaşlı uşaq isə Namiq Mənanın nəvəsidir.
Məlumata görə, Namiq Mənanın qızı ixtisasca ingilis dili müəllimidir və hazırda məşhur liseylərindən birində pedaqoji fəaliyyət göstərir.
3-01-2026, 21:32
İsrail ABŞ-ni dəstəkləyir


İsrail ABŞ-ni dəstəkləyir

İsrail ABŞ-ın Venesueladakı hərbi əməliyyatını dəstəkləyir.
Bunu İsrailin xarici işlər naziri Gideon Saar bildirib.
"İsrail azad dünyanın lideri kimi çıxış edən Prezident (Donald) Trampın rəhbərlik etdiyi ABŞ əməliyyatını təqdir edir. Bu tarixi anda İsrail Maduronun qanunsuz zülmündən əziyyət çəkən azadlığı sevən Venesuela xalqının yanındadır", - o qeyd edib.
Nazir bildirib ki, İsrail Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasını alqışlayır və Venesuelada "demokratiyanın qayıdışına" və iki ölkə arasında dostluq münasibətlərinin qurulmasına ümid edir.
Xatırladaq ki, bu gün ABŞ Venesuelanın paytaxtı Karakasa kütləvi hava hücumları həyata keçirib. ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutularaq ölkədən çıxarıldığını elan edib. ABŞ Venesuela prezidentini narkoterrorizm törətmək üçün sui-qəsddə, kokain idxalında və silah və partlayıcı qurğular saxlamaqda ittiham edir.
3-01-2026, 21:06
Venesuelanı ABŞ özü idarə edəcək


Venesuelanı ABŞ özü idarə edəcək

ABŞ prezidenti Donald Trump Florida ştatının Palm-Biç şəhərində keçirdiyi mətbuat konfransında Venesuelada həyata keçirilən hərbi əməliyyatla bağlı genişə açıqlamalar verib.
Tramp bildirib ki, bu əməliyyat ABŞ-a qarşı təhdid yaradan hər kəs üçün “açıq xəbərdarlıq” olmalıdır və Vaşinqton “terrorçuların və cinayətkarların cəzasız qalmasına heç vaxt imkan verməyəcək”.
Prezidentin sözlərinə görə, Venesuela prezidenti Nikolas Maduro “gecənin qaranlığında” saxlanılıb. Tramp iddia edib ki, əməliyyat zamanı Karakasda işıqların böyük hissəsi söndürülüb, Venesuela ordusunun bütün hərbi imkanları sıradan çıxarılıb və ABŞ ordusu hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə hərəkət edib. Onun sözlərinə görə, hava, quru və dəniz qüvvələri eyni vaxtda istifadə olunub və bu, “İkinci Dünya müharibəsindən bəri görünməmiş” hərbi güc nümayişi olub.
Tramp açıqlayıb ki, Maduro və həyat yoldaşı Kilia Flores hazırda ABŞ-a məxsus gəmidədir və yekunda Nyu-York şəhərinə aparılacaqlar. Prezident bildirib ki, onlar “Amerika ədalətinin bütün gücü ilə üzləşəcək” və ABŞ ərazisində mühakimə olunacaqlar.
ABŞ prezidenti eyni zamanda Venesuelanın gələcək idarəçiliyi ilə bağlı da sərt mövqe ortaya qoyub. Onun sözlərinə görə, ABŞ ölkədə təhlükəsiz və nəzarətli siyasi keçid baş verənədək Venesuelanı faktiki olaraq özü idarə edəcək. Tramp deyib ki, Vaşinqton “Venesuela xalqının maraqlarına zidd olan yeni bir hakimiyyətin formalaşmasına risk edə bilməz” və məqsəd ölkədə sülh, azadlıq və ədalətin təmin olunmasıdır.
İqtisadi məsələlərə toxunan Tramp Venesuelanın neft sektorunun illərdir “tamamilə dağıldığını” bildirib. O açıqlayıb ki, ABŞ-ın ən iri neft şirkətləri Venesuelaya daxil olacaq, milyardlarla dollar sərmayə qoyaraq sıradan çıxmış neft infrastrukturunu bərpa edəcək və bu sahədən gəlir əldə ediləcək. Trampın sözlərinə görə, bu proses həm Venesuela iqtisadiyyatı, həm də ABŞ üçün faydalı olacaq.
Mətbuat konfransında Tramp Maduro hökumətini ABŞ şəhərlərində fəallıq göstərdiyi iddia edilən Tren de Aragua cinayət şəbəkəsi ilə əlaqələndirib və Venesuelanın xarici düşmən qüvvələri regionda qəbul etdiyini, eləcə də “təhlükəli hücum silahları” əldə etdiyini iddia edib. O bildirib ki, bu faktorlar ABŞ üçün birbaşa təhlükə yaradıb.
3-01-2026, 18:44
Venesuelanın növbəti lideri kim olacaq? - Trampdan cavab


Venesuelanın növbəti lideri kim olacaq? - Trampdan cavab

ABŞ prezidenti Donald Trump Venesuelada aparılan əməliyyatla bağlı yeni detallar açıqlayıb.
"Fox News" telekanalına müsahibəsində Tramp bildirib ki, ABŞ qüvvələrinin endirdiyi zərbələr zamanı amerikalı hərbçilər arasında itki olmayıb. Onun sözlərinə görə, əməliyyat yüksək səviyyədə planlaşdırılıb və risklər minimuma endirilib.
Tramp qeyd edib ki, hazırda Venesuelada növbəti mərhələ və ölkə rəhbərliyinin gələcəyi ilə bağlı qərarlar üzərində düşünür. ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton bundan sonra Venesuelanın neft sənayesində güclü şəkildə iştirak edəcək.
ABŞ prezidenti həmçinin açıqlayıb ki, o, Venesuela prezidenti Nikolas Maduro ilə təxminən bir həftə əvvəl telefon danışığı aparıb. Tramp Maduraya və ona sadiq qalan çevrələrə açıq mesaj verərək bildirib ki, rejimə sadiq qalan şəxsləri “pis gələcək” gözləyir. Onun sözlərinə görə, Venesuela daxilində hələ də Maduroya bağlı olan qüvvələr üçün vəziyyət getdikcə ağırlaşacaq.
Tramp ölkənin siyasi gələcəyi ilə bağlı suala da toxunub. O bildirib ki, Venesuelada hazırda vitse-prezident var və müxalifət lideri María Korina Maçadonun ölkəyə rəhbərlik edib-etməyəcəyi məsələsi ayrıca qiymətləndiriləcək. ABŞ prezidenti bu qərarın tələsik verilməyəcəyini vurğulayıb.
Əməliyyatın vaxtına da aydınlıq gətirən Tramp deyib ki, ABŞ qüvvələri daha əlverişli hava şəraiti üçün dörd gün gözləməli olub. Onun sözlərinə görə, hava amili əməliyyatın təhlükəsiz və uğurlu icrası baxımından həlledici rol oynayıb.
3-01-2026, 18:34
Mikroavtobus dirəyə çırpıldı - Ölən var


Mikroavtobus dirəyə çırpıldı - Ölən var

Astarada mikroavtobusun qəzaya uğraması nəticəsində ölən və xəsarət alanlar var.
Hadisə rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, Astara-Lənkəran marşrut xətti üzrə hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb
Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölənlərin olduğu bildirilir.
Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.
3-01-2026, 18:30
Venesuelanın vitse-prezidenti Rusiyaya qaçdı


Venesuelanın vitse-prezidenti Rusiyaya qaçdı

ABŞ prezidenti Donald Trump Venesuela prezidenti Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən saxlanıldığını açıqladıqdan sonra rəsmi Karakas daxilində vəziyyət daha da qeyri-müəyyənləşib.
Venesuelanın vitse-prezidenti Delci Rodriqez hazırda Rusiya ərazisindədir.
Onun son hərəkət marşrutunu bilən dörd mənbə bu məlumatı "Reuters"ə təsdiqləyib.
Eyni zamanda, Maduronun yaxın silahdaşlarından sayılan və Venesuela Milli Assambleyasının sədri olan qardaşı Jorge Rodriqez ölkə daxilində, Karakas şəhərindədir.
3-01-2026, 18:22
Azərbaycanda Ramazan ayı bu tarixdə başlayır


Azərbaycanda Ramazan ayı bu tarixdə başlayır

Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır.
Martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir.
Qeyd edək ki, Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq.
3-01-2026, 18:20
Maduro yataq otağında tutulubmuş


Maduro yataq otağında tutulubmuş

ABŞ xüsusi təyinatlı qüvvələrinin Venesuela prezidenti Nikolas Maduronu saxlaması ilə bağlı yeni detallar yayılıb.
CNN telekanalının vəziyyətlə tanış mənbələrə istinadən verdiyi məlumata görə, Maduro və həyat yoldaşı Kilia Flores gecə saatlarında, yatdıqları zaman yataq otaqlarında yaxalanıblar. Bildirilir ki, ABŞ hərbçiləri onların evinə qəfil daxil olub və cütlük müqavimət göstərməyib.
Məlumata görə, əməliyyat ABŞ ordusunun “Delta” adlı elit xüsusi təyinatlı bölməsi tərəfindən həyata keçirilib. Əməliyyatdan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi Maduronun dəqiq yerini müəyyən edib. Məlumata əsasən, prezident Donald Trump Maduronun saxlanılmasına bir neçə gün əvvəl razılıq verib.
ABŞ hərbçiləri əməliyyatı Milad günlərində keçirməyə hazır olsalar da, Nigeriyada “İslam Dövləti” hədəflərinə endirilən hava zərbələri və sonradan hava şəraiti səbəbindən plan bir neçə dəfə təxirə salınıb.
Qeyd edək ki, “Delta” qüvvələri ABŞ ordusunun ən məxfi və elit xüsusi təyinatlı bölmələrindən biri sayılır. Şimali Karolinadakı Fort-Bragg bazasında yerləşən bu bölmə təxminən 2 min hərbçidən ibarətdir və əsasən antiterror əməliyyatları, girovların azad edilməsi və yüksək riskli gizli missiyalar üzrə ixtisaslaşıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!