20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
2-01-2026, 16:46
Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı


Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı

Rusiya ordusu Kupyansk şəhəri uğrunda döyüşlərdə ardıcıl məğlubiyyətə uğrayır.
Şəhərdəki rus qarnizonu Ukrayna ordusu tərəfindən 3 ayrı qrupa bölünərək mühasirəyə alınıb.
"Ukraynalılar şəhəri bir neçə kiçik hissəyə bölə biliblər və orada hücum bölmələrimiz qalıb. Kontingentin blokadasını qaldırmaq üçün heç bir iş görülmür. Bu, biabırçılıqdır!", - deyə Rusiya hərbi bloggerləri sosial şəbəkədə paylaşım ediblər.
Xatırladaq ki, hələ dekabrın əvvəllərində Rusiya tərəfi şəhərin tam nəzarətə alındığını elan etmişdi.
2-01-2026, 16:30
"Mühəndis İsmayıl" öldürüldü


"Mühəndis İsmayıl" öldürüldü

ABŞ-ın 5 milyon dollar mükafat təyin etdiyi "Əş-Şabab" qruplaşmasının üzvü Abdullahi Osman Məhəmməd Somalidə öldürülüb.
Bu barədə Somali kəşfiyyatı açıqlama yayıb.
Açıqlamada daha çox "Mühəndis İsmayıl" adı ilə tanınan terrorçunun xüsusi əməliyyatda zərərsizləşdirildiyi vurğulanıb.
2-01-2026, 16:11
DİN-dən xəbərdarlıq: Bir zənglə bütün pullarınızı itirə bilərsiniz!


DİN-dən xəbərdarlıq: Bir zənglə bütün pullarınızı itirə bilərsiniz!

Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur. “WhatsApp”, “Telegram” və digər sosial media platformaları vasitəsilə edilən zənglər, saxta kredit və kampaniya təklifləri adı altında bank müştərilərinin kart və şəxsi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.
Daxili İşlər Nazirliyi bununla bağlı bir daha diqqətə çatdırır ki, heç bir bank və ya dövlət qurumu telefon, mesaj və ya sosial şəbəkə üzərindən kart nömrəsi, CVV/CVC kodu və ya birdəfəlik SMS şifrəsi (OTP) tələb etmir. Bu məlumatların ötürülməsi bank hesabından vəsaitin oğurlanmasına səbəb olur.
Şübhəli zəng, mesaj və ya linklərlə qarşılaşan vətəndaşlar dərhal əlaqəni kəsməli və bu barədə 102 xidmətinə, həmçinin xidmət göstərən banka məlumat verməlidirlər.
Hər bir bank kartı istifadəçisi diqqətli olmalı, kart məlumatlarını və təsdiq şifrələrini naməlum şəxslərə təqdim etməməlidir.
Diqqətli olun, bir zəng maliyyə hesabınızı təhlükə altına qoya bilər.
2-01-2026, 16:00
Tütün şirkətləri siqaretin qiymətini qaldırdı


Tütün şirkətləri siqaretin qiymətini qaldırdı

İsraildə 3 tütün şirkəti siqaret qiymətlərini 5-7% artırıb.
Qiymətlər 1 yanvar tarixindən bahalaşıb.
Ölkədə Marlboro, L&M, Nobles, Time, Camel və "Winston" siqaretlərinin qiymətləri artıb.
2-01-2026, 15:45
Zelenskidən mühüm təyinat


Zelenskidən mühüm təyinat

Ukrayna prezidenti Volodimir Zelenski hərbi kəşfiyyat rəisi Kiril Budanovun prezident administrasiyasına rəhbərlik etməsini təklif edib.
Bu barədə Zelenski özü bildirib.
Xatırladaq ki, prezident administrasiyasının əvvəlki rəhbəri Andrey Yermak 2025-ci ilin noyabr ayının sonlarında korrupsiya qalmaqalından sonra istefa vermişdi.
2-01-2026, 15:29
Bakıda binanın fasadı uçub


Bakıda binanın fasadı uçub

Külək Bakıda dağıntıya səbəb olub.
Güclü külək Nərimanov rayonundakı çoxmərtəbəli binalardan birinin fasadı uçurub.
Ağa Nemətulla və Təbriz küçələrinin kəsişməsindəki binanın yuxarı mərtəbələrinin üzlük hissəsi qoparaq həyətə və yola düşüb.
2-01-2026, 15:00
Azərbaycanda yağış, sulu qar yağır


Azərbaycanda yağış, sulu qar yağır

Yanvarın 2-si saat 14:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Hazırda Bakıda və Abşeron yarımadasında sulu qar, Şahdağ, Xaltan, Xaçmaz, Quba, Qusar, Xınalıq, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Qubadlı, Qobustan, Ağsu, Şamaxı, Qəbələ, Gədəbəy, Daşkəsən, Tovuz, Şabran, Altıağac, Göygöl, Yardımlı, Lerik, İsmayıllı, Qax, Şəki, Naxçıvan MR-da qar, Göyçay, Lənkəran, Kürdəmir, Neftçala, Astara, İmişli, Biləsuvar, Sabirabadda isə yağış yağır.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Mingəçevirdə 25, Bakıda və Abşeron yarımadasında 24, Qaxda 23, Culfa, Yevlax, Şabranda 17, Altıağacda 16 m/s-dək güclənir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta qeydə alınır.
Yanvarın 3-dən ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.
2-01-2026, 14:50
Ankara-Bakı reysində dava - Təyyarədən düşən kimi saxlanıldı


Ankara-Bakı reysində dava - Təyyarədən düşən kimi saxlanıldı

Ötən il dekabrın 27-si yerinə yetirilən Ankara-Bakı reysində iki nəfər arasında dava düşüb.
Xaçmaz rayon sakini 1989-cu il təvəllüdlü Z.Baloğlanov təyyarədən düşərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, təyyarə Bakıya eniş edərkən onunla digər sərnişin arasında insident yaşanıb.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Onun sərxoş halda olması müəyyənləşdirilib.
Xəzər Rayon Məhkəməsinə göndərilən Z.Baloğlanov törətdiyi xətanı qismən etiraf edib: “Ankara-Bakı aviareysi ilə uçub Bakıda hava limanına eniş etdik. Oturduğum yerdən qalxıb çıxmaq istəyərkən yanımda əyləşmiş digər sərnişin tez keçmək üçün məni itələdi. Bu zaman həmin sərnişinlə aramızda narazılıq oldu. Bakıya gəlməmişdən öncə Ankara aeroportunda bir az spirtli içki qəbul etmişdim. Təyyarədən düşəndən sonra həmin sərnişin məndən şikayət edib. Bundan sonra məni polis şöbəsinə gətirdilər. Müəyyən səbəblərdən 4 gün yuxusuz olduğumdan gərgin idim, əsəblərimi cilovlaya bilməyərək xırda xuliqanlıq hərəkətlərinə yol verdim”.
Məhkəmənin qərarı ilə Z.Baloğlanov 4 günlük həbs olunub və dekabrın 31-i sərbəst buraxılıb.
2-01-2026, 14:42
Daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsində həlak oldu


Daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Rusiya ordusunda xidmət azərbaycanlı Emin İmanov Ukrayna ərazisində gedən döyüşlərdə öldürülüb.
Onun Rusiyanın Yaroslavl vilayətinin Mışkino şəhərində yaşadığı bildirilir. Həmyerlimizin cənazəsinin dəfn olunmaq üçün Vətənə yola salındığı qeyd olunur.
2-01-2026, 14:36
Azərbaycan bu məhsulun istehsal 34% artdı


Azərbaycan bu məhsulun istehsal 34% artdı

Azərbaycanda 2025-ci ilin yanvar-noyabr aylarında 76,86 min ton pambıq mahlıcı istehsal edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34%-lik artımdır.
Qeyd edək ki, 2023-cü ildə də ötən ilə nisbətən istehsal çox olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!