20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
4-01-2026, 10:55
Vuçiç Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı


Vuçiç Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

Serbiya Prezidenti Aleksandr Vuçiç Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Təhlükəsizlik Şurasının iclası beynəlxalq siyasi səhnədə misli görünməmiş cinayətlərə cavab olaraq çağırılıb.
Görüş yanvarın 4-də Prezident Administrasiyasının binasında baş tutacaq və saat 10:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.
4-01-2026, 10:50
Sumqayıtda 11 köşkü sökdülər


Sumqayıtda 11 köşkü sökdülər

Sumqayıt şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
Reyd şəhərin 20 Yanvar küçəsində təşkil olunub.
Aidiyyəti qurumların iştirakı ilə keçirilən tədbir zamanı ərazidə qanunsuz şəkildə quraşdırılmış 11 ədəd köşk sökülərək xüsusi texnikaların köməyi ilə daşınıb.
Bildirilib ki, şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı müntəzəm reydlər davam etdiriləcək və bu istiqamətdə nəzarət tədbirləri gücləndiriləcək.
4-01-2026, 10:45
“Starlink”dən Venesuelaya pulsuz internet


“Starlink”dən Venesuelaya pulsuz internet

Qlobal peyk rabitə sistemi "Starlink" 3 fevral tarixinədək Venesuelanı pulsuz genişzolaqlı internetlə təmin edəcək.
Şirkət bu barədə "X" platformasında açıqlama yayıb.
"Starlink" Venesuela xalqına 3 fevral tarixinədək pulsuz genişzolaqlı rabitə imkanı təqdim edəcək", – deyə paylaşımda qeyd olunub.
4-01-2026, 10:30
Venesuelada sabitliyi o təmin edə bilər - Makron


Venesuelada sabitliyi o təmin edə bilər - Makron

Venesuela xalqı Nikolas Maduronun diktaturasından qurtulub və yalnız sevinə bilər. Nikolas Maduro hakimiyyəti ələ keçirməklə və fundamental azadlıqları tapdalamaqla xalqının ləyaqətini ciddi şəkildə sarsıdıb. Qarşıdan gələn keçid dövrü dinc, demokratik və Venesuela xalqının iradəsinə hörmətlə yanaşmalıdır.
Bunu Fransa Prezidenti Emmanuel Makron Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsini şərh edərkən deyib.
Makrona görə, bu keçid dövrü müxalifət lideri Edmundo Qonzales Urrutiaya tərəfindən təmin edilə bilər.
Qeyd edək ki, ötən gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.
4-01-2026, 10:17
Maduro Nyu-Yorka aparıldı


Maduro Nyu-Yorka aparıldı

Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorka aparılıb.
Venesuela liderinin Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-York ofisində görüntüləri Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.
Yayımlanan videoda Maduronun agentlərin nəzarəti altında dəhlizdə əlləri qandallı şəkildə getdiyi görünür. Bu görüntülər Venesuela Prezidentinin Nyu-Yorka gəlişinin ilk rəsmi sübutudur.
"NBC News"un məlumatına görə, Venesuela liderinin yanvarın 5-də Manhetten federal məhkəməsində narkotik və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacağı gözlənilir.
4-01-2026, 10:16
Venesuelanın prezidenti vəzifəsi ona həvalə edildi


Venesuelanın prezidenti vəzifəsi ona həvalə edildi

Venesuela hökuməti rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasını vitse-prezident Delsi Rodrigezə həvalə edib.
Karakasda keçirilən mərasim zamanı Rodrigez bəyanatla çıxış edib.
O, Venesuelanın heç kimin müstəmləkəsi olmayacağını və suverenliyini müdafiə edəcəyini bildirib.
Delsi Rodrigez bundan başqa prezident Nikolas Maduro və həyat yoldaşının azad edilməsini tələb edib.
4-01-2026, 00:33
Tramp daha iki ölkəni hədələdi


Tramp daha iki ölkəni hədələdi

ABŞ prezidenti Donald Trump Venesuelada hərbi əməliyyatlar fonunda Kolumbiya və Kuba ilə bağlı sərt açıqlamalar verib.
O bildirib ki, Kolumbiya prezidenti Qustavo Petro ilə bağlı əvvəlki xəbərdarlıqları qüvvədə qalır və Vaşinqton bu mövqedən geri çəkilmir.
Tramp jurnalistlərin suallarını cavablandırarkən Kolumbiyada kokain istehsal edən obyektlərin mövcud olduğunu iddia edib və bu narkotiklərin ABŞ-a göndərildiyini söyləyib. Onun sözlərinə görə, Kolumbiya rəhbərliyi narkotik istehsalına qarşı mübarizəni gücləndirməsə, Amerika Birləşmiş Ştatları tərəfindən sərt addımlar atıla bilər. Tramp daha əvvəl də Kolumbiya hökumətini narkotik istehsalını təşviq etməkdə ittiham etmişdi.
ABŞ prezidenti eyni zamanda Kuba məsələsinin də Vaşinqtonun regionla bağlı daha geniş siyasətinin bir hissəsi kimi gündəmə gələ biləcəyini bildirib. O, Latın Amerikasında artan gərginlik fonunda ABŞ-ın diqqətinin təkcə Venesuela ilə məhdudlaşmaya biləcəyini vurğulayıb.
Kolumbiya prezidenti Qustavo Petro isə ABŞ-ın bu mövqeyini Latın Amerikasının suverenliyinə müdaxilə kimi qiymətləndirib və belə addımların regionda humanitar böhrana yol aça biləcəyini bəyan edib.
3-01-2026, 23:29
“Qarabağ”ın rəqibləri müəyyənləşdi


“Qarabağ”ın rəqibləri müəyyənləşdi

“Qarabağ” klubunun qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqibləri müəyyənləşib.
Bu barədə klub məlumat yayıb. Beləliklə, komandanın hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək. Klub bu müddət ərzində təlim-məşq toplanışını davam etdirəcək.
Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.
Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.
3-01-2026, 23:04
Maduro necə tutulub? - General AÇIQLADI


Maduro necə tutulub? - General AÇIQLADI

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Dan Caine Venesuelada həyata keçirilən hərbi əməliyyatla bağlı yeni detallar açıqlayıb.
Florida ştatının Palm-Biç şəhərində, Mar-a-Lago klubunda jurnalistlərə bildirib ki, “Operation Absolute Resolve” adlanan əməliyyat aylarla davam edən planlaşdırma və məşqlərin nəticəsi olub.
General Keynin sözlərinə görə, ABŞ qurumları arasında koordinasiya prosesi aylar əvvəl başlayıb və hava, quru, kosmos və dəniz əməliyyatlarının inteqrasiyası üzrə onilliklərə dayanan təcrübəyə əsaslanıb. “Biz izlədik, gözlədik, hazırlaşdıq. Səbirli və peşəkar davrandıq”, – deyə o vurğulayıb.
Açıqlamaya əsasən, əməliyyat zamanı Qərb yarımkürəsi boyunca 150-dən çox hərbi təyyarə eyni vaxtda və sıx koordinasiya şəraitində havaya qalxıb. ABŞ hərbi kontingentinin tərkibində F-22, F-35, F/A-18, EA-18, E-2 tipli qırıcı və dəstək təyyarələri, eləcə də B-1 bombardmançıları və çoxsaylı pilotsuz uçuş aparatları yer alıb.
General bildirib ki, ABŞ qüvvələri Venesuela prezidenti Nikolas Maduronun yerləşdiyi kompleksə Şərq vaxtı ilə saat 01:01-də, Karakas vaxtı ilə isə 02:01-də daxil olub. Onun sözlərinə görə, saxlanılma əməliyyatını icra edən qrup hədəf əraziyə sürət, dəqiqlik və ciddi intizamla hərəkət edərək ərazini tam izolə edib və quru qüvvələrinin təhlükəsizliyini təmin edib.
General Keyn qeyd edib ki, bu tip tapşırıqların gələcəkdə də gündəmə gəlməsi mümkündür. “Həmişə belə missiyaların yenidən bizə tapşırılması ehtimalı var”, – deyə o bildirib.
3-01-2026, 22:51
"Fənərbağça" yeni transferini açıqladı


"Fənərbağça" yeni transferini açıqladı

Türkiyənin “Fənərbağça” klubu “Samsunspor”un futbolçusu Entoni Musabanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstanbul təmsilçisi 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin müqaviləsindəki sərbəstqalma məbləğini ödəyərək keçidi rəsmiləşdirib.
Onunla 4,5 illik müqavilə imzalanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!