Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
5-01-2026, 16:28
Dövlət hesabına təhsil alanlar üçün rekord məbləğ ayrılıb


Dövlət hesabına təhsil alanlar üçün rekord məbləğ ayrılıb

2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının 5210 nəfər artaraq 150102 nəfər, təqaüd alanların sayının isə 7520 nəfər artaraq 121280 nəfər olacağı gözlənilir.
Bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
Bildirilib ki, bu ilin dövlət büdcəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 616 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2025-ci illə müqayisədə 47,8 milyon manat çoxdur. Həmin vəsaitin 412 milyon manatını təhsil xərcləri, 177 milyon manatını təqaüd xərcləri, 27 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcəkdir.
Qeyd edilib ki, bu il 11 min nəfərədək təhsilalanı əhatə edəcək uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçirilməsinə 30,7 milyon manat vəsait ayrılacaq.
5-01-2026, 16:15
Türkiyədə tanınmış serial aktyoru saxlanılıb


Türkiyədə tanınmış serial aktyoru saxlanılıb

Bu gün Türkiyədə narkotik əleyhinə əməliyyat zamanı 23 nəfər həbs edilib.
Onlar arasında "Kızılcık Şerbet" serialındakı baş rolu ilə tanınan Doğukan Güngör və tanınmış türk bloqqeri Burak Altındağ (1,2 milyon İnstaqram izləyicisi ilə) var.
İstanbul Prokurorluğu bildirib ki, İstanbul Narkotik Cinayətləri ilə Mübarizə Bölməsi "şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələr saxlamaq, narkotik istifadəsini asanlaşdırmaq, fahişəliyə təhrik etmək, fahişəliyə kömək etmək və vasitəçilik etmək və ya fahişəlik üçün yer təmin etmək" ittihamları ilə Doğukan Güngör və Burak Altındağ da daxil olmaqla, ümumilikdə 23 nəfəri həbs edib.
Hazırda istintaq çərçivəsində 36 nəfər nəzarətə götürülüb. Dekabr ayında Türkiyənin "Habertürk" televiziya kanalının baş redaktoru Mehmet Akif Ersoy, "Möhtəşəm Yüzyıl" teleserialındakı rolu ilə tanınan aktrisa Ezga Eyüboğlu və Türkiyənin "Fənərbaxça" futbol klubunun prezidenti Sadettin Saran saxlanılıb.
5-01-2026, 16:09
Müdafiə və milli təhlükəsizlik xərcləri məlum oldu


Müdafiə və milli təhlükəsizlik xərcləri məlum oldu

Bu il müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri 2025-ci ilin proqnozu ilə müqayisədə 4 faiz çoxdur.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2026-cı ilin dövlət büdcəsi xərclərinin 28,9 faizi həcmində və ya 12 milyard 53,9 milyon manat məbləğində vəsait nəzərdə tutulub.
Bu, 2025-ci ilin proqnozu ilə müqayisədə 465,6 milyon manat və ya 4 faiz çoxdur.
Müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8 milyard 717,6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün 3 milyard 336,3 milyon manat ayrılacaq.
5-01-2026, 16:04
Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verdiyini açıqladı


Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verdiyini açıqladı

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri general-leytenant Vasil Malyuk istefa verdiyini açıqlayıb.
O, təhlükəsizlik sistemində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Ukrayna lideri Volodimir Zelenski də Malyukun istefası ilə bağlı şərh verib:
"Mən Malyuka asimmetrik əməliyyatlarımızı dünyanın ən güclü əməliyyatlarına çevirməyi tapşırdım. Bunun üçün resurslarımız və lazımi siyasi dəstəyimiz var. Təhlükəsizlik Xidmətinin yeni rəhbərinin seçilməsi üçün namizədləri müzakirə etdik".
5-01-2026, 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi


Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.
Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir.
Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılmışdır. Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər.
Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gündə bir daha hamınıza bayram təbriklərimi çatdırıram, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!"
5-01-2026, 15:56
Salyanda 11 yaşlı uşaq iynədən şoka düşərək ölüb


Salyanda 11 yaşlı uşaq iynədən şoka düşərək ölüb

Salyanda 11 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.
Salyan şəhər sakini 2015-ci il təvəllüdlü E.N. yüksək hərarətlə xəstəxanaya daxil olub. Azyaşlının xəstəxanada inyeksiyadan şoka düşərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
5-01-2026, 15:50
Bu il Qarabağ Universitetinə ayrılacaq vəsaitin həcmi AÇIQLANDI


Bu il Qarabağ Universitetinə ayrılacaq vəsaitin həcmi AÇIQLANDI

Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsədilə 39 milyon manat vəsait nəzərdə tutulub.
Bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
Bildirilib ki, universitetdə 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb ixtisası - 100 nəfər) üzrə 2025/2026-cı tədris ilindən etibarən 4000-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır.
Bundan əlavə, 2025/2026-cı tədris ilindən fəaliyyətə başlamış və mühəndislik, tibb ixtisasları olmaqla 300 nəfər tələbənin təhsil alacağı “Azərbaycan – Türkiyə birgə Universiteti”nin fəaliyyətinin təmin edilməsi məqsədilə 6 milyon manat vəsait proqnozlaşdırılıb.
Qeyd edilib ki, ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması, beynəlxalq rəqabətliliyin təmin edilməsi üçün keyfiyyəti ilə seçilən və ya prioritet ixtisaslarda SABAH proqramları üzrə tədrisin təşkili ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə 15 milyon manat vəsait ayrılacaq. Strategiya sənədində ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşmə mexanizminə keçidini təmin edəcək pilot proqramların tətbiqi üzrə dövrün sonuna 100 məktəbdə pilot layihənin həyata keçirilməsi ilə bağlı 85 milyon manat vəsait nəzərdə tutulub.
5-01-2026, 15:37
Bu telekanallara 65 milyon manata yaxın pul ayrılıb


Bu telekanallara 65 milyon manata yaxın pul ayrılıb

Media vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin fəaliyyətinin təmin olunması məqsədilə bu il 64,8 milyon manat ayrılması nəzərdə tutulub.
Bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
Bildirilib ki, mədəniyyətimizin televiziya vasitəsilə dünya ictimaiyyətinə çatdırılması, tarixi və mədəni irsin təbliği, teatr sahəsinin inkişaf etdirilməsi tədbirlərinin maliyyələşdirilməsinə 10,9 milyon manat xərclənəcək.
Qeyd edilib ki, bu vəsaitin 1,2 milyon manatı teatrın davamlı inkişafının təmin edilməsinə, 500 min manatı teatrlarda tamaşaların hazırlanmasına, 1 milyon manatı dünyanın nüfuzlu televiziya kanallarında, informasiya portallarında Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı verilişlərin, reklam çarxlarının hazırlanması və yayımlanmasına, 8,2 milyon manatı isə Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş tədbirlərinə yönəldiləcək.
5-01-2026, 15:11
MDB-nin daxili işlər nazirləri Düşənbədə toplaşacaqlar


MDB-nin daxili işlər nazirləri Düşənbədə toplaşacaqlar

Müstəqil Dövlətlər Birliyi (MDB) Daxili İşlər Nazirləri Şurasının növbəti iclası 2026-cı ildə Düşənbədə keçiriləcək.
Bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin məlumatında bildirilib.
İclasda MDB Daxili İşlər nazirlikləri arasında prioritet əməkdaşlıq perspektivləri, dövlətlərarası cinayətkarlığa qarşı mübarizə proqramlarının həyata keçirilməsi və Birlik qurumları arasında əməkdaşlığın digər müvafiq aspektləri müzakirə olunacaq.
2025-ci ildə MDB Daxili İşlər Nazirləri Şurasının iclası Sankt-Peterburqda keçirilib.
MDB-yə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistan daxildir.
5-01-2026, 15:08
Bayram günlərində yol qəzalarında 8 nəfər öldü


Bayram günlərində yol qəzalarında 8 nəfər öldü

İlin təhvil olduğu və sonrakı 3 gün ərzində ölüm faktı qeydə alınan 6 yol qəzası baş verib.
Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub.
Bildirilib ki, bayram tətilinin son günündə ölkə ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Lakin ilin təhvil olduğu və sonrakı 3 gün ərzində ölüm faktı qeydə alınan 6 yol qəzası baş verib. Həmin hadisələrin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması və maneəvurma ilə bağlı olub. Belə ki, Nəsimi və Göyçay rayonlarında qeydə alınan toqquşma, eləcə də Goranboy və Astara rayonlarında baş verən maneəvurma hadisələri nəticəsində 6 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Paytaxtın Xəzər və Yasamal rayonlarında piyadaların və velosipedçinin vurulması hadisələri də qeydə alınıb ki, nəticədə 2 nəfər həlak olub, 1 nəfər isə yaralanıb:
"Hadisələrin başvermə səbəblərinin təhlili göstərir ki, uzaq məsafələrə səfərlərin əsasən gecə saatlarına planlaşdırılması, sürət həddinin aşılması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, eləcə də turizm bölgələrində nəqliyyat sıxlığının artması fonunda sükan arxasında diqqətsiz davranış qəzalara şərait yaradan əsas amillərdəndir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə çağırır".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!